Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-1005/2023 09.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, Biləsuvar rayonu Aşağı Cürəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati materiala inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş 09 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 iyul 2023-cü il tarixli, 2(022)-863/2023 nömrəli icra sənədində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin tərəfimdən qeyd olunan inzibati xəta haqqında material üzrə işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun düzgün tərtib olunmaması və təritb edilmiş materialın natamam olması və işə baxılarkən onun tamamlanmasının mümkün olmaması müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs 08 sentyabr 2023-cü il tarixli və 09 oktyabr 2023-cü il tarixli izahatlarından da görünür ki, borclu məhkəmənin qanuni qüvvəyə minmiş qənaməsini icra etməməsinə əsas olaraq hərbi sahədə çalışmış olmasını, lakin sonradan işdən çıxarıldığına görə maddi vəziyyətinin qətnamənin icrasına imkan vermədiyini qeyd etmişdir. Lakin icra məmuru tərəfindən inzibati xəta haqqında protokola həmin xüsusatların yoxlanılması, Şəxs Silahlı Qüvvələr Sıralarında xidmət edib-etməməsi, hazırda daimi iş yerinin olub-olmaması və ya pensiya alıb-almaması, Şəxs adına hər hansı əmlakın olubolmaması, icra sənədi üzrə tələbin həmin əmlaka niyə yönəldilməməsi barədə heç bir sənəd əlavə edilməmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə görə icra məmuru tərəfindən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi əsasları olduqda məcburi icra tədbirləri tətbiq edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə görə isə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 84-cü maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işi digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq surətdə tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana və vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Biləsuvar rayonu Aşağı Cürəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş material natamam olduğuna və işə baxılarkən onun tamamlanması mümkün olmadığına görə həmin material onu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrinə əsasən QƏRARA ALDİM: Biləsuvar rayonu Aşağı Cürəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material onu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 geri qaytarılsın. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1005/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-1005/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver