Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1008/2024 15.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X8, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, 3 X12 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, şikayət vermiş şəxs X5 iştirakı ilə, 3 X12 və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən tərtib edilmiş 27 sentyabr 2024-cü il tarixli, MN ******* saylı qərardan X9 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, 3 X12 və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh tədbirinin verilməsinə dair MN №1785607 saylı qərarıın qanunsuz, ədalətsiz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X12 və Təbii Sərvətlər İdarəsinin 27 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Həmin qərarı o, poçt vasitəsi ilə 21 oktyabr 2024-cü il tarixdə almış və hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, qərarda göstərilir ki, o, X2 Biləsuvar rayon ərazisində kanalın qazılaraq təmizlənməsi zamanı yulğun kollarını məhv etmişdir. Onun Biləsuvar rayon Xırmandalı kəndi ərazisində əkin torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onun mülkiyyətindədir. Onun torpaq sahəsinə gələn su kanalı X7 İdarəsinin balansındadır. Sahəsinə gələn su ilə bağlı o, həmin təşkilatla müqavilə bağlamış, suyun hansı kanalla, hansı yolla gəlməsini o deyil, həmin təşkilat təşkil edir. Həmin su kanalının təmizlənməsi, çəkilməsi, içindəki ağacların kəsilnməsini də həmin təşkilat təşkil edir. Bu kanal dövlət mülkiyyətindədir və həmin kanalı qazmaq, təmizləmək vətəndaşlara aid deyildir. Digər tərəfdən onun həmin işləri görmək üçün texnikası da yoxdur. Çünki həmin kanallar Suvarma idarəsinin texnikaları vasitəsi ilə təmizlənir. O hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X12 və Təbii Sərvətlər idarəsi onu əsassız və qanunsuz olaraq cərimə etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X12 və Təbii Sərvətlər idarəsi həmin inzibati işə baxarkən onu dəvət etməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X12 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X12 və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan X9 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan AZE 09592208 Ş/V görünür ki, X1 rayon Xırmandalı kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazisi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, X1 rayon Xırmandala kəndində yaşayır. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının 26 dekabr 2019-cu il tarixli 312 saylı sərəncamından görünür ki, Biləsuvar rayon Xırmandalı kənd sakini X6 heyvandarlıq məqsədi ilə 20,0 (iyirmi) hektar örüş sahəsi 15 (on beş) il müddətinə istifadə etmək məqsədi ilə icarəsinə verilmişdir. Məhkəmə iclasında X9 izahatında göstərmişdir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının 26 dekabr 2019-cu il tarixli 312 saylı sərəncamı ilə Biləsuvar rayonu ərazisində ona heyvandarlıq məqsədi ilə 20,0 (iyirmi) hektar örüş sahəsindən 15 (on beş) il müddətinə istifadə etmək məqsədi ilə icarəsinə verilmişdir. Həmin torpaq sahəsində iri buynuzlu heyvanlar saxlayır. Həmin heyvanların yemlə təmin edilməsi məqsədi ilə torpaq sahəsinə çəkilmiş su kanalından istifadə etməklə yem bitkisi əkmişdir. Lakin su kanalının içərisində yulğun kollarının bitməsi səbəbindən sudan istifadəsində çətinliklər yaranmışdır. Ona görə də həmin kanalı təmizlətmək qərarına gəlmişdir. Onun özünə məxsus texnikası olmadığı üçün tanmadığı bir nəfər traktorçuya 150 (yüz əlli) manat pul verərək icarəsində olan torpaq sahəsinə çəkilmiş su kanalını qazdırmaqla suyun axınının qarşısını alan yulğun kollarından təmizlətmişdir. Belələiklə, məhkəmə araşdırması zamanı X5 izahatı və iş materiallarında olan sübutlarla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X12 və Təbii Sərvətlər idarəsi tərəfindən X9 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın qanunsuz olmasına dair hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X12 və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslıdır. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı m: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X12 və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 27 senytabr 2024-cü il tarixli, MN ******* saylı qərar qanuni və əsaslı hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X17
Məhkəmə qərarları › İş №3(022)-1008/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1008/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver