Məhkəmə qərarları › İş №3(022)-1010/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1010/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1010/2024 06.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1961-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuş, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qahab kəndində qeydiyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1961-ci il təvəllüdlü (pasport № C03616847, verilmə tarixi xx.xx.2023-cü il, FİN xxxxxxx) Şəxs barəsində inzibati iş daxil olmuşdur. 29 avqust 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsində Naxçıvan Muxtar Respublikası-Bakı marşrutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarət zonasına daxil olaraq əl yüklərinin qarışıq ərzaq və qeyri ərzaq məhsullarından ibarət olduğunu bildirmiş və gömrük nəzarətinə təqdim etmişdir. Daha sonra onun özü ilə gətirdiyi əl çantasını və əl yüklərini sərnişin idxal xəttində olan “Heiman X-Ray” markalı rentgen yük yoxlama gurğusundan keçirdiyi zaman ona məxsus əl çantası və əl yüklərinə daxil olan qara rəngli sellofan torbaların içərisində şübhəli təsvirlərin əks olunması gurğunun müşahidə monitorunda görünmüşdür. Bundan sonra onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olarag şifahi sorğu-sual aparılmışdır. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetlərin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və bəyan olunası heç bir predmetin olmadığını bildirmişdir. Sonra hal şahidləri dəvət edilib, Şəxs əl yükləri əsaslı şəkildə yoxlanılmışdır. Yoxlama zamanı Şəxs əl çantasının içərisində olan konfetlərin arasından malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 20 qutu üzərində “MARLBORO TOUCH ONE” markalanma yazısı olan və 20 qutu üzərində “PARLİAMENT SİLVER BLUE” markalanma yazısı olan siqaretlər, onun əl yüklərinə daxil olan qara rəngli sellofan torbaların içərisində olan qeyriərzaq mallarının yanında bir qəbildən olan malların digər şəklə salınmaqla gömrük nəzarətindən gizlədilmiş 1 litrlik qablaşdırmada üzərində “Home Plus” yazısı olan göy rəngli plastik qabın içərisində naməlum maye, 1 litrlik qablaşdırmada üzərində “Ultra” yazısı olan göy rəngli plastik qabın içərisində naməlum maye, qablaşdırması ilə birlikdə təqribi 325 qram təşkil edən üzərində heç bir göstərici olmayan ağ rəngli plastik qabda toz halında ağ rəngli naməlum maddə və qablaşdırması ilə birlikdə təqribi 335 qram təşkil edən üzərində “Top” yazısı olan ağ rəngli plastik qabda toz halında sarı rəngli naməlum maddə aşkar edilərək götürülmüşdür. Faktla bağlı xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində İXM-nın 480-ci maddəsi ilə 01200-00466/24 saylı inzibati xəta haqgında iş üzrə İcraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş 29 avgust 2024-cü il tarixli “malların yoxlanılması haggında” protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Şəxs gızının əl çantasının içərisində olan konfetlərin arasından malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 20 qutu üzərində “MARLBORO TOUCH ONE” markalanma yazısı olan və 20 gutu üzərində “PARLİAMENT SİLVER BLUE” markalanma yazısı olan siqaretlər, onun əl yüklərinə daxil olan gara rəngli sellofan torbaların içərisində olan qeyri- ərzaq mallarının yanında bir qəbildən olan malların digər şəklə salınmaqla gömrük nəzarətindən gizlədilmiş 1 litrlik qablaşdırmada üzərində “Home Plus” yazısı olan göy rəngli plastik qabın içərisində naməlum maye, 1 litrlik qablaşdırmada üzərində “Ultra” yazısı olan göy rəngli plastik qabın içərisində naməlum maye, qablaşdırması ilə birlikdə təqribi 325 qram təşkil edən üzərində heç bir göstərici olmayan aq rəngli plastik qabda toz halında ağ rəngli naməlum maddə və qablaşdırması ilə birlikdə təgribi 335 gram təşkil edən üzərində “Top" yazısı olan ağ rəngli plastik gabda toz halında sarı rəngli naməlum maddə aşkar edilərək götürülmüşdür. Araşdırma zamanı kompleks məhkəmə-fiziki-kimyəvi, məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməklə tədqiqatların aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır.xx.xx.2024-cü il tarixdə daxil olmuş tədqiqatların nəticələrinə dair Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/4409-7/1470- 9/7238 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində "Home Plus" yazısı olan 1 litrlik göy rəngli plastik qabdakı sarımtıl mayenin, üzərində "Ultra" yazısı olan 1 litrlik göy rəngli plastik qabdakı mayenin, üzərində heç bir göstərici olmayan ağ rəngli plastik qabdakı ağ rəngli, toz səkilli maddənin və üzərində "Top" yazısı olan plastik qabdakı sarı rəngil, toz şəkilli maddənin tərkibində Azerbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ila təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış va nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracina, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılan"na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onlarin külli miqdarının siyahılan"na, habelə "Zəhərli maddələrin siyahılan"na daxil olan maddələr müəyyən edilməmişdir. Ekspertizaya təqdim edilmiş üzərində "Home Plus" yazısı olan 1 litrlik göy rəngli plastik qabdakı sarımtıl mayenin, üzərində "Ultra" yazısı olan 1 litrlik göy rəngli plastik qabdakı mayenin, üzərində heç bir göstərici olmayan ağ rəngli plastik qabdakı ağ rəngli, toz şəkilli maddənin və üzərində "Top" yazısı olan plastik qabdakı sarı rəngil, toz şəkilli maddənin markası, modeli, təyinatı məlum olmadığından giymətləndirmə aparmaq mümkün olmamışdır. İşdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə inzibati xəta əməlini törətməsi barədə 18 oktyabr 2024-cü il tarixli 01200-00466/24 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və inizibati materialı tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 480-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan 02 oktyabr 2024-cü il tarixli 3-16-xx/xx/4409-7/1470-9/7238 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Home Plus” yazısı olan 1 litrlik göy rəngli plastiq qabdakı sarımtıl mayenin, üzərində “Ultra” yazısı olan 1 litrlik göy rəngli plastik qabdakı mayenin, üzərində heç bir göstərici olmayan ağ rəngli plastik qabdakı ağ rəngli, toz şəkilli maddənin və üzərində “Top” yazısı olan plastik qabdakı sarı rəngli, toz şəkilli maddənin tərkibində Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdır və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, habelə “Zəhərli maddələrin siyahıları”na daxil olan maddələr müəyyən edilməmişdir. Tədqiq olunan maye və maddələr müvafiq qablara kustar qaydada doldurulmuş və həmin mayelərin, maddələrin tərkiblərinə görə qablaşdırılmaları üzərlərindəki göstəricilərlə heç bir əlaqəsi yoxdur. Ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan tütün məmulatlarının 29 avqust 2024-cü il tarixə ümumilikdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 280,00 (iki yüz səksən manat) manat müəyyən edilir. Qeyd edilir ki, hər hansi bir əşyanın, malın miqdarından asılı olaraq qiymətlərdə dəyişiklik olması istisna olunmur. Təqdim edilmiş 1 litrlik qablaşdırmada üzərində “Home Plus" yazısı olan 4 göy rəngli plastik qabın içərisində naməlum maye, 1 litrlik qablaşdırmada üzərində “Ultra" yazısı olan göy rəngli plastik qabın içərisində naməlum maye, qablaşdırması ilə birlikdə təqribi 325 qram təşkil edən üzərində heç bir göstərici olmayan ağ rəngli plastik qabda toz halında ağ rəngli naməlum maddə və qablaşdırması ilə birlikdə təqribi 335 qram təşkil edən üzərində “Top” yazısı olan ağ rəngli plastik qabda toz halında sarı rəngli naməlum maddənin markası modeli, təyinatı məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş aksiz markası olmayan 20 qutu “Marlboro touch one”, aksiz markası olmayan 20 qutu “PARLİAMENT SİLVER BLUE” markalı tütün məmulatlarının (siqaretlər) keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli hesab edilməli və İnzibati Xətalar Məcəlləsinin 480ci maddəsi ilə Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş 20 qutu üzərində “MARLBORO TOUCH ONE” markalanma yazısı olan və 20 qutu üzərində “PARLİAMENT SİLVER BLUE” markalanma yazısı olan siqaretlər, onun əl yüklərinə daxil olan qara rəngli sellofan torbaların içərisində olan qeyri-ərzaq mallarının yanında bir qəbildən olan malların digər şəklə salınmaqla gömrük nəzarətindən gizlədilmiş 1 litrlik qablaşdırmada üzərində “Home Plus” yazısı olan göy rəngli plastik qabın içərisində naməlum maye, 1 litrlik qablaşdırmada üzərində “Ultra” yazısı olan göy rəngli plastik qabın içərisində naməlum maye, qablaşdırması ilə birlikdə təqribi 325 qram təşkil edən üzərində heç bir göstərici olmayan ağ rəngli plastik qabda toz halında ağ rəngli naməlum maddə və gablaşdırması ilə birlikdə təqribi 335 qram təşkil edən üzərində “Top” yazısı olan ağ rəngli plastik qabda toz halında sarı rəngli naməlum maddə müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar