Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1012/2024 06.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 06.fevral 1987-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon “Zəvvar” ovçuluq təsərrufatı adlanan ərazidə qanunsuz ovla məşğul olarkən saxlanılmışdır. Buna görə də Şəxs barəsində Cəlilabad “Zəvvar” Ovçuluq Təsərrüfatının sahə müfəttişi X5 tərəfindən 27 sentyabr 2024-cü il tarixdə İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati protokolu tərtib etmiş Cəlilabad “Zəvvar” Ovçuluq Təsərrüfatının sahə müfəttişi X5 izahat verərək Şəxs 26 sentyabr 2024-cü il tarixdə Cəlilabad rayon “Zəvvar” ovçuluq adlanan ərazisində beşatlan ov tüfəngi ilə qanunsuz ovla məşğul olarkən saxlanılmasını bildirərək, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında protokolda qeyd olunanları etiraf edərək barəsində yügül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə “Zəvvar” ovçuluq sahə müfəttişi X4 və barəsində inzibati icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, işin dəlillərini tədqiq edərək hesab edir ki, “Zəvvar” ovçuluq sahə müfəttişi X5 tərəfindən tərtib olunmuş 27 sentyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs əmələi İXM-in 272.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan “Zəvvar” ovçuluq sahə müfəttişi X5 tərəfindən tərtib olunmuş 27 sentyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən 26 sentyabr 2024-cü il tarixdə Cəlilabad rayon “Zəvvar” ovçuluq adlanan ərazidə Şəxs qanunsuz ov etdiyinə görə onun barəsində İXM-in 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-nin 272.3-cü maddəsinin dispozisiyasına görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati hüquq normasının obyektiv cəhəti ov qaydalarının kobud şəkildə pozulmasında ifadə olunur ki, ov qaydalarının kobud şəkildə pozulmasını qanunverici aşağıdakı hərəkətlərin edilməsində ehtiva edir: lazımi icazə olmadan ov edilməsi, qadağan edilmiş yerlərdə ov edilməsi, qadağan olunmuş müddətlərdə ov edilməsi və qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi. Qadağan edilmiş ərazidə ov edilməsinə görə təqsirin müəyyən edilməsi zamanı əvvəlcə şəxsin həqiqətən də ov edib-etməməsi, daha sonra isə həmin ovun qadağan edilmiş ərazidə olması müəyyənləşdirilmişdir. Buna görə də, adıçəkilən hüquq normasının hazırkı işin faktiki hallarına tətbiq edərkən məhkəmə müəyyən edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən Şəxs əməlində İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcud olmasını təsdiq edən kifayət qədər sübutlar toplanmış, toplanmış sübutlar sonuncunun əməlində İXM-nin 272.3-cü maddəsinin tərkibinin mövcudluğu qənaətinə gəlinməsi üçün yetərlidir. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Şəxs 12 çaplı “MR-155” markalı, qundaq ********** nömrəli beşatlan ov silahından istifadə etməklə qadağan olmuş vaxtda və yerdə ov etəmsini aşkar emiş, ovlanmış dörd ədəd ördək ov obyekti olaraq aşkar edilmişdir. İş materiallarında olan 1076 saylı Şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş Şəxs ov zamanı istifadə etdiyi 12 kalibirli «MR-155» markalı, ********** nömrəli ov tüfəngi X2 məxsusdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, İXM-in 272.3-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xəta əməlinə görə səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinsin və onun barəsində 12 kalibirli «MR-155» markalı, ********** nömrəli ov tüfəngi müsadirə edilmədən 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(022)-1012/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1012/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver