Məhkəmə qərarları › İş №3(022)-1013/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1013/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1013/2025 19.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, hakim kbməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu, Zəhmətabad kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 272-1-ci maddəsi ilə Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində Biləsuvar rayonu Xırmandalı kənd ərazisində yerləşən Mahmudçala adlanan ərazidə lisenziya olmadan qanunsuz 4 ədəd quş ovlamışdır. Buna görə də Şəxs barəsində Biləsuvar rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən 04 noyabr 2025-ci il tarixdə İXM-in 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında protokolda qeyd olunanları etiraf edərək barəsində yügül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, işin dəlillərini tədqiq edərək hesab edir ki, Biləsuvar rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib olunmuş 04 noyabr 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs əməli İXM-in 272-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Biləsuvar rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib olunmuş 04 noyabr 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən Mahmudçala adlanan ərazidə lisenziya olmadan qanunsuz ov etdiyinə görə onun barəsində İXM-in 272-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-nin 272-1-ci maddəsinin dispozisiyasına görə balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati hüquq normasının obyektiv cəhəti ov qaydalarının kobud şəkildə pozulmasında ifadə olunur ki, ov qaydalarının kobud şəkildə pozulmasını qanunverici aşağıdakı hərəkətlərin edilməsində ehtiva edir: lazımi icazə olmadan ov edilməsi, qadağan edilmiş yerlərdə ov edilməsi, qadağan olunmuş müddətlərdə ov edilməsi və qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi. Buna görə də adıçəkilən hüquq normasının hazırkı işin faktiki hallarına tətbiq edərkən məhkəmə müəyyən edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən Şəxs əməlində İXM-nin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcud olmasını təsdiq edən kifayət qədər sübutlar toplanmış, toplanmış sübutlar sonuncunun əməlində İXM-nin 272-1-ci maddəsinin tərkibinin mövcudluğu qənaətinə gəlinməsi üçün yetərlidir. İş materiallarında olan 1313 saylı Şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş Şəxs ov zamanı istifadə etdiyi 12 kalibirli «H-112-Hatsan» markalı, 70H22YT001248 nömrəli yivsiz lüləli ov tüfəngi Şəxs məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilmiş 7064 saylı ovçuluq biletindən görünür ki, Şəxs ov etmək hüququ vardır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 272-1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xəta əməlinə görə səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 272-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 272-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs ov hüququnun məhdudlaşdırma növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs barəsində 1 (bir) il müddətinə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar