Məhkəmə qərarları › İş №3(022)-1018/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1018/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1018/2024 14.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Şəxs – ünvan Bakı şəhəri Binəqədi rayonu A.Kunanbayev küçəsi ev 26, mənzil 90 (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xətalar haqqında işə baxaraq MÜƏYYƏN ETDİM : Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, hüquqi şəxs "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********1290 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 6480.00 (altı min dörd yüz səksən) ABŞ dolları 11016 (on bir min on altı) manat müvəkkil bankdakı hesabına köçürülməmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin ünvanına qalıq vəsaitin köçürülməsinin təmin edilməsi, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun qanuna müvafiq tədbirlər görüləcəyinə dair bildiriş göndərilmiş, lakin vəsaitin köçürülməsinə dair hüquqi şəxs tərəfindən heç bir məlumat verilməmişdir. Faktla bağlı Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsində araşdırma başlanılmışdır. "xxxx" MMC -nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında hüquqi şəxs Şəxs MMC-nin əsas fəaliyyətinin “kənd təsərrüfatı məhsulları”-nı müxtəlif xarici ölkələrə, əsasən Rusiya Federasiyasına ixrac etməkdən ibarət olduğunu qeyd etmişdir. Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC arasında müqavilə bağlandığını, müqavilənin şərtinə əsasən Şəxs MMC "xxxx" MMC-yə meyvələr, tərəvəzlər, qoz-fındıq, giləmeyvə yüklərini sifariş əsasında göndərməli olduğunu bildirmişdir. Faktla bağlı onu qeyd edib ki, xx.xx.2024-cü il tarixli **********1290 sorğu nömrəli bəyannamə əsasında 6480,00 dolları dəyərində 3600.00 kq çəkisində “çiyələk” yükü Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-yə konsiqnasiya yolu ilə ixrac edilmişdir. O yalnız şirkətin gömrük işləri ilə məşğul olduğunu, 2024-cü il mart ayının sonlarından Şəxs MMC-nin gömrük işləri ilə məşğul olmadığından valyuta vəsaitinin hansı səbəbdən qaytarılmaması barədə məlumatsız olduğunu bildirmişdir. İş üzrə qeyd olunan faktla bağlı 22 oktyabr 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqigat şöbəsində hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində “Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama" ilə əlaqədar inzibati xəta haqqında № 01200-00522/24, EP№ ******* saylı protokol tərtib edilmişdir. X3 İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olan xx.xx.2024-cü il tarixli, 3-33- 1500/012/002186 nömrəli raportda göstərilmişdir ki, elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən qoşmada göstərilən bəyannamələr üzrə ümumilikdə 3.602,88 (üç min altı yüz iki ABŞ dolları 88 sent) ABŞ dolları məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində tərəfindən müvafiq araşdırma başlanılmışdır. Araşdırma zamanı alınmış məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2024-cü tarixində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə ixrac etdiyi **********5280 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların müqabilində köçürülməli olan 3.602,88 (üç min altı yüz iki ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları məbləğində qalıq vəsaitin köçürülməsi DGK ilə Mərkəzi Bank arasında “Forma 3.9.2.1” elektron hesabat sistemində öz əksini tapmamışdır. Zərurət yarandığından xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin hüquqi ünvanına müəyyən məsələlərə aydınlıq gətirilməsindən ötrü izahat verməsi üçün hüquqi şəxsin nümayəndəsinin 10 sentyabr 2024-cü il tarixdə saat 14:00-da Biləsuvar şəhəri X10 küçəsi 2 (8 Mart küçəsi 2) saylı ünvanda yerləşən Biləsuvar Gömrük İdarəsinin inzibati binasına göndərilməsi barədə 3-33-1500/2-001028/2024 nömrəli dəvət məktubu göndərilmişdir. Araşdırma zamanı Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, 05 yanvar 2024-cü il tarixli etibarnamə əsasında hüquqi şəxs Şəxs MMC-ni (VÖEN: **********) təmsil etmişdir. Hüquqi şəxs Şəxs MMC-nin əsas fəaliyyəti “kənd təsərrüfatı məhsulları”-nı müxtəlif xarici ölkələrə, əsasən Rusiya Federasiyasına ixrac etməkdən ibarətdir. Qeyd edib ki, Şəxs MMC-nin Rusiya Federasiyasında fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Müqavilənin şərtinə əsasən Şəxs MMC "xxxx" MMC-yə meyvələr, tərəvəzlər, qoz-fındıq, giləmeyvə yüklərini sifariş əsasında göndərməli idi. Faktla bağlı onu göstərib ki, xx.xx.2024-cü il tarixli **********5280 sorğu nömrəli bəyannamə əsasında 3602.88 dollar dəyərində 2001,6 kq çəkisində “çiyələk” yükü Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-yə konsiqnasiya yolu ilə ixrac edilmişdir. Nümayəndə kimi yalnız şirkətin gömrük işləri ilə məşğul olduğunu bildirmişdir. 2024-cü il mart ayının sonlarından Şəxs MMC-nin gömrük işləri ilə məşğul olmadığından valyuta vəsaitinin hansı səbəbdən qaytarılmaması barədə məlumatsız olduğunu qeyd etmişdir. Araşdırma ilə əlaqədar olaraq 1 ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsinin müəyyən olunması zərurəti yaranmışdır. Bu məqsədlə 3-33- 1500/012/002186 saylı material üzrə ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsi barədə məlumatı dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilmişdir. Baxış zamanı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin “Əməkdaşlıq” bölməsinin “X9 məzənnəsi” alt bölməsindəki “Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqpozmanın aşkar edildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixinə xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülleteni”ndə göstərilmiş 1 ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsinin 1,70 manat olması müəyyən edilmişdir. Odur ki, 1 ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsinin 1,70 manat olmasını nəzərə alsaq, hüquqpozma predmeti olan 3.602,88 (üç min altı yüz iki ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları 6124.90 (altı min yüz iyirmi dörd manat doxsan qəpik) manat təşkil etdiyi müəyyən edilmişdir. Bununla da Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində “Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması” ilə əlaqədar inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin qeydində göstərilmişdir ki, “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Göründüyü kimi Şəxs MMC tərəfindən xx.xx.2024-cü tarixində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə ixrac etdiyi **********5280 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların müqabilində köçürülməli olan məbləğ 3.602,88 (üç min altı yüz iki ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan “az” miqdarda olmaqla İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmışdır. Buna görə də «PARADİSE FRUİTS” MMC-nin barəsində Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsində 22 oktyabr 2024-cü il tarixdə İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında № 01200- 00524/24 EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin nümayəndəsi X2 izahatında «PARADİSE FRUİTS” MMC-nin İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsini əsas gətirməklə barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 483-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, İXM-in 483-ci maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. AR İnzibati Xətalar Məcəlləsinin: 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarında aşağıdakılar qeyd edilmişdir:

1. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.

2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur.

4. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Yuxarıda qeyd olunan İXM normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarının tələblərindən göründüyü kimi bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsində müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Belə ki, İXM-in 25.4-cü maddəsinin tələbinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDİM:

Hüquqi şəxs Şəxs (VÖEN **********) 22 oktyabr 2024-cü il tarixli № 01200-00522/24 EP № ******* və 22 oktyabr 2024-cü il tarixli № 01200-00524/24 EP № 099995 inzibati xəta haqqında protokollar üzrə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 22 oktyabr 2024-cü il tarixli № 01200-00522/24 EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixi **********1290 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 6480 (altı min dörd yüz səksən ABŞ dolları) ABŞ dollarının otuz faizi, yəni 1944 (bir min doqquz yüz qırx dörd ABŞ dolları) ABŞ dolları, 22 oktyabr 2024-cü il tarixli № 01200-00524/24 EP № 099995 inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixli **********5280 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 3602, 88 (üç min altı yüz iki ABŞ dolları, səksən səkkiz sent) ABŞ dollarının otuz faizi, yəni 1080,86 (bir min səksən ABŞ dolları, səksən altı sent) ABŞ dolları inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4 və 34.4-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş inzibati cərimə tənbeh tədbirləri qismən toplanılmaqla hüquqi şəxs Şəxs barəsində qəti olaraq 2500 (iki min beş yüz ABŞ dolları) ABŞ dolları məbləğində (4250 manat) cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan BiləsuvarRayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar