Məhkəmə qərarları › İş №3(022)-1025/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1025/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1025/2023 13.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X4 oğlunun katibliyi ilə, Biləsuvar Rayon İcra və Probasiya Şpöbəısinin icra məmuru X1,barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxx 1986-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsillli, heç yerdə işləməyən, evli, bir il ərzində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Biləsuvar rayonu Bəydili kəndi X.Mərdiyev küçəsi ev 24-də qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müqdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 29 avqust 2019-cu il tarixli qərarı ilə tətbiq edilmiş 4000 manat məbləğində inzibati cəriməni, həmin qərar qüvvəyə mindiyi gündən 3 aydan artıq müddət ərzində, qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla əlaqədar Biləsuvar rayon İcra və probasiya şöbəsinin icra məmuru E.F.Nəsirov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə 02 oktyabr 2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov izahatında göstərdi ki, Şəxs barəsində 4000 manat inzibati cərimə tətbiq olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müqdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 29 avqust 2019-cu il tarixli qərarı 2020-ci ilin iyun ayında Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icra icraatı başlanmışdır. Həmin icra sənədi əvvəllər başqa icra məmurunun icraatında olmuşdur. Həmin icra sənədi onun icraatına daxil olduqdan sonra o, inzibati tənbeh haqqında həmin qərarın icrası məqsədilə Şəxs dəfələrlə icra şöbəsinə dəvət etməsinə, onunla söhbətlər aparmasına baxmayaraq, borclu həmin qərarə hal-hazıradək icra etməmişdir. Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icraatında bu icra sənədindən başqa mülki işlər üzrə məhkəmə qətnamələrinin icrasına dair təxminən 4-5 başqa icra sənədi da olmuşdur. Həmin icra sənədlərini də hal-hazıradək icra etmək mümkün olmamışdır. Buna görə də o, borclu Şəxs həmin şəxsin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müqdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 29 avqust 2019-cu il tarixli qərarı ilə tətbiq edilmiş 4000 manat məbləğində inzibati cəriməni, həmin qərar qüvvəyə mindiyi gündən 3 aydan artıq müddət ərzində, qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Sonda icra məmuru E.F.Nəsirov borclu Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək və inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirdi ki, o, əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu sexdə işləyən işçi ilə bağlı əmək qanunvericiliyinin tələblərini pozduğuna görə X2 Xidmətinin 29 avqust 2019-cu il tarixli qərarı ilə onun 4000 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. 2019-cu ildən başlayaraq onun maddi vəziyyəti pisləşmiş, sexi bağlanmış və o, müflis olmuşdur. Bu zəmində onun barəsində borc tələbi barədə bir neçə qətnamə çıxarılsa da, o, nə həmin qərarları, nə də inzibati cəriməni ödəyə bilməmişdir. Hazırda o, heç yerdə işləmir və icra sənədini icra etməyə heç bir imkanı yoxdur. Əgər həmin inzibati cərimə başqa inzibati tənbehlə əvəz olunarsa, o, həmin inzibati tənbehi icra edəcəkdir. Sonda Şəxs əməlini etiraf edərək bundan səmimi peşman olduğunu bildirib, barəsində yüngül inzibati tənbeh tətədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfləri dinləyərək hesab edirəm ki, Şəxs inzibati xəta törətməsi tam sübuta yetir və onun tərətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın(vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinədə qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət yaradır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını, Şəxs şəxsiyyətinin və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs ictimai işlər növündə ictimai tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona İXM-in 529.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130 və 154-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati tənbehi yaşadığı ərazidə yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəksin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri Rəfayil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar