Məhkəmə qərarları › İş №3(022)-103/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-103/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-103/2025 31.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, X4 iştirakı ilə X4 barəsində xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətini onunla əsaslandırmışdır ki, 01 noyabr 2024-cü il tarixdə Bakı şəhər DYPİ-nin Yol patrul xidmətinin inspektoru X5 tərəfindən onun barəsində əsassız olaraq İXP ******* saylı protokol tərtib edilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmiş və həmin protokol əsasında da 15 noyabr 2024-cü il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Halbuki, qeyd edilən normanın tələbləri onun tərəfindən pozulmamışdır.O, qeyd edilən qərarla razı deyil və həmin qərar tam əsassızdır. Ona görə ki, o, 01 noyabr 2024-cü il tarixdə idarə etdiyi "‘Khazar” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində, 20 yanvar dairəsində hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qaydalarına riayət etmiş və hər hansı bir yol hərəkəti qaydalarını pozmamışdır. Lakin Bakı səhər DYPİ-nin Yol patrul xidmətinin inspektoru Firudin Əzimzadə əsassız olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə, onun inzibati nəsuliyyətə cəlb olunmasına səbəb olmuşdur. O, Bakı şəhər DYPİ-nin Yol Patrul xidmətinin inspektoru Firudin Əzimzadənin ona qarşı qanunsuz hərəkətləri və vəzifə səlahiyyətlərinə biganə yanaşması barədə aidiyyəti orqanlara müraciətlər etmişdir. Ona görə də barəsində qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edir və həmin qərarın ləğv edilməsini xahiş edir. İş materialları ilə müəyyən olunur ki, X6 barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati xəta hadisəsəi Bakı şəhərində baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əssasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Qeyd olunanları, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, X6 barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X4 şikayəti aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddəsinin tələblərini rəhbər tutub QƏRARA ALDİM: X4 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar