Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1040/2023 11.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1983-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, Cəlilabad rayonu, Alar kənində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində inzibati tutma tətbiq edilmiş, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 10 oktyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində «Ford» markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olduğu zaman Biləsuvar şəhəri, H.Əliyev prospekti ilə Ələt-Astara yolunun kəsişməsində dövlət tədbiri ilə əlaqədar hərəkətin məhdudlaşdırılıdığı üçün polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin həmin şəxs tərəfindən saxlanması barədə tələbini icra etməyərək, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X3 göstərdi ki, o, Biləsuvar Rayon Polis X1 Bölməsində sahə rəisi vəzifəsində işləyir. 10 oktyabr 2023-cü il tarixdə dövlət əhəmiyyətli tədbir ilə əlaqədar Biləsuvar şəhəri, H.Əliyev prospektində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılmışıdır. Həmin gün saat 21:30 radələrində Biləsuvar rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin yol patrul xidməti əməkdaşları X5 və X4 «BMW» markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla Biləsuvar şəhəri, H.Əliyev küçəsində xidmətdə olduqları zaman Cəlilabad rayonu istiqamətində hərəkət edən və sonradan şəxsiyyəti ona məlum Şəxs idarə etdiyi «Ford» markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilnə həmin polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilmişdir. Lakin Şəxs polis nəfərlərinin qanuni tələblərinə əməl etməyərək, nəqliyyat vasitəsini sonuncuların üzərinə sürmüş və beləliklə təhlükəli vəziyyət yaratmışdır. Həmin vaxt Şəxs polis əməkdaşları ilə aqressiv formada ünsiyyətə girmişdir. Buna görə də polis əməkdaşları həmin şəxsi tabesizliyə görə məcburi qaydada tutmuş və Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra isə onun tərəfindən həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olmaqla yaşayır. Onun 10 oktyabr 2023-cü il tarixdə, Biləsuvar şəhərində keçirilən toy məclisində iştirak etdikdən sonra, saat 21 radələrində, idarə etdiyi «Ford» markalı, **-OB- *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Cəlilabad rayonuna qayıtmaq məqsədilə, Heydər Əliyev prospektində hərəkətdə olakən, yol patrul xidməti əməkdaşları tərəfindən ona saxla əmri verilmişdir. Həmin vaxt Heydər Əliyev prospektində hərəkətin dövlət tədbiri ilə əlaqədar olaraq müvəqəqəti məhdudlaşdırılmasından onun xəbəri olmamışdır. O, polis əməkdaşlarının “saxla” işarəsini gec görmdüyünə görə əvvəlcə yoluna davam etmiş, sonradan polis avtopatrulunu gördükdən sonra avtomobili saxlamışdır. Həmin vaxt o, polis əməkdaşları ilə aqressiv şəkildə danışmış və sonunculara tabesizlik göstərmədiyini bilidrərk, saxla işarəsini görmədiyinə görə yoluna davam etdiyini izah etməyə çalışmışdır. Şəxs həmçinin bildirdi ki, qeyd edilən hadisə vaxtı Famil adlı həmyerlisi də onun idarə etdiyi avtomaşında olmuşdur. O, polis əməkdaşları tərəfindən saxlandıqdan sonra Famil adlı həmyerlisi polis əməkdaşları ilə aqressiv danışmasına, onun idarə etdiyi avtomobilin saxlanmasına görə kəskin etirazlar etməsinə baxmayaraq, yol-patrul xidməti əməkdaşları ona və həmin şəxsə qarşı mülayim davranmışlar. Polis əməkdaşları tərəfindən ona və Familə qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, həmin şəxsin yol-patrul xidməti əməkdaşları ilə əl-qol ilə danışmasına baxmayaraq, polis işçiləri Famillə hər hansı fiziki təmas olmadan izahat işi aparmaqla, həmin şəxsi sakitləşdirmişlər. Məhz Familin aqressiv davranışı onun polis əməkdaşlarına tabesizlik göstərməsinə gətirib çıxarmışdır. Bundan sonra o, polis əməkdaşları tərəfindən məcbuui qaydada Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu, hazırda böyük övladının Silahlı Qüvvələr sıralarında həqiqi hərbi xidmətdə olmasını, himayəsində daha 2 övladıının olduğunu nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, o, Biləsuvar rayon polis şöbəsinin dövlət yol polis bölməsində inspektor vəzifəsində işləyir. 10 oktyabr 2023-cü il tarixdə dövlət əhəmiyyətli tədbir ilə əlaqədar Biləsuvar şəhəri, H.Əliyev prospektində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılmışdır və həmin vaxt o, həmkarı B.A.Əzimli ilə birlikdə «BMW» markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla Biləsuvar şəhəri, H.Əliyev küçəsində xidməti fəaliyyətini icra etmişdir. Həmin gün saat 21:30 radələrində sonradan şəxsiyyəti onlara məlum olan Şəxs idarə etdiyi «Ford» markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Cəlilabad şəhəri istiqamətində H.Əliyev küçəsi ilə hərəkət etmişdir. Onlar Şəxs idarə etdiyi nəqliyyat vasitəsini saxlaması barədə işarə versələr də, sonuncu onların qanuni tələbinə tabe olmayaraq, hərəkətə davam etmişdir. Yalnız sonradan həmin şəxs avtomobil dayandırmış və onlarla aqressiv şəkildə danışmağa başlayaraq, onların qanuni tələblərinə tabe olmamağa cəhd etmişdir. Buna görə də onlar Şəxs məcburi qaydada Biləsuvar rayon polis şöbəsinə gətirərək, şöbənin növbətçi hissəsinə təhvil verilmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində 2 uşağı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş materiallarından görünür ki, M.K.Kazımzadə barədə 18 sentyabr 2023-cü il tarixdə inzibati qaydada tutma tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə zalında azad edilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1040/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1040/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver