Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1041/2023 12.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X7 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olan və Xırmandalı kəndində yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 11 oktyabr 2023-cü il tarixdə Biləsuvar İcra Hakimiyyətinin qarşısında ictimai qaydanı kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X6 göstərmişdir ki, Şəxs 11 oktyabr 2023-cü il tarixdə Biləsuvar RPŞ-nin polis nəfəri, polis serjantı Zamiq Orucovla birlikdə Biləsuvar rayon İcra Hakimiyyətinin qarşısında xidməti ərazidə xidmət apararkən Biləsuvar rayonu İcra Hakimiyyətinin qarşısından bir nəfər şəxsin ətrafına bir neçə şəxsin toplaşdığını görüb onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt onlardan biri sərxoş vəziyyətdə ucadan nalayıq sözüş söydüyü üçün polis əməkdaşları ona yaxınlaşaraq onu nizamintizama dəvət etmişlər. O isə öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının ünvanına nalayıq söyüşlər söyərək təhqir etmiş və həmin yerdən qaçaraq uzağlaşmaq istəyərkən İcra Hakimiyyətinin qarşısındakı parkın digər giriş qapısında saxlayaraq Biləsuvar rayon Polis Şöbəsinə dəvət etmişlər. Bu zaman həmin şəxs polis əməkdaşlarına qarşı əl-qol ataraq onlara müqavimət göstərmiş, həmin şəxsin barəsində müvafiq tədbir görülməsi üçün Biləsuvar RPŞ-nə apararaq növbətçi hissəsinə təhfil vermişlər və orada məlum olmuşdur ki, həmin şəxs Biləsuvar rayon Xırmandalı kənd sakini 1999-cü il təvəllüdlü Şəxsdur. Beləliklə, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, o, 11 oktybar 2023-cü il tarixdə bir qədər sipirtli içki qəbul etmiş, həmin vaxt Biləsuvar şəhər H.Əliyev küçəsi, İcra Hakimiyyətinin qarşısında olan parkın yanında tanışları ilə birlikdə olan zaman özündən asılı olmayaraq hay-küy salmış, həmin vaxt onun bu hərəkətlərini görən polis işçiləri ona yaxınlaşmış, onu nizam intizama təklif etmişlər. O, həmin vaxt sərxoş olduğu üçün bərk əsəbləşmiş, ona görə də polis işçilərinə nalayiq ifadələr işlətmiş, buna səbəb əsəbi və sərxoş olması olmuşdur. Hazırda əməlindən peşman olduğunu, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. X4 izahat verərək bildirmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsi PPX-nin Bölüyünün polis nəfəri vəzifəsində çalışır. 11 oktyabr 2023-cü il tarixdə Biləsuvar RPŞ -nin polis nəfəri, polis serjantı Zamiq Orucovla birlikdə Biləsuvar rayon İcra Hakimiyyətinin qarşısında xidməti ərazidə xidmət apararkən Biləsuvar rayonu İcra Hakimiyyətinin qarşısından bir nəfər şəxsin ətrafına bir neçə şəxsin toplaşdığını görüb onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt onlardan biri sərxoş vəziyyətdə ucadan nalayıq sözüş söydüyü üçün polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. O isə öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının ünvanına nalayıq söyüşlər söyərək təhqir etmiş və həmin yerdən qaçaraq uzaqlaşmaq istəyərkən İcra Hakimiyyətinin qarşısındakı parkın digər giriş qapısında saxlayaraq Biləsuvar rayon Polis Şöbəsinə dəvət etmişlər. Bu zaman həmin şəxs polis əməkdaşlarına qarşı əl-qol ataraq onlara müqavimət göstərmiş, həmin şəxsin barəsində müvafiq tədbir görülməsi üçün Biləsuvar RPŞ-nə apararaq növbətçi hissəsinə təhvil vermişlər. Şahid X1 Mehman Natiq oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 12 oktyabr 2023-cü il tarixdən saat 18:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(022)-1041/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1041/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver