Məhkəmə qərarları › İş №3(022)-1042/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1042/2023

14.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1042/2023 14.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X8 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1969-cu ildə Biləsuvar rayonu Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olan və Əsgərabad kəndində yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 14 oktyabr 2023-cü il tarixdə saat 11:30 radələrində Biləsuvar rayonu Muğankənd kəndi ərzisində xidmət aparan zaman Çaylı kənd istiqamətində hərəkətdə olan Kamaz markalı **-BK-*** dövlət qeydiyyat nömrəli yük avtomobilinin normadan artıq yük daşıma qaydasını kobud şəkildə pozmuş və bu zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X6 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində BMV markalı **-YP-*** dövlət qeydiyyat nömrəli avtopatrulla DYPB-nin YPX inspektoru polis baş serjantı Babək Əzimzadə ilə birlikdə Biləsuvar rayonu Muğankənd kənd ərzisində xidmət aparan zaman Çaylı kənd istiqamətində hərəkətdə olan Kamaz markalı **-BK-*** dövlət qeydiyyat nömrəli yük avtomobilinin normadan artıq yük daşımasını görüb sürücüyə avtomobili saxlaması üçün işarə verilmiş və onlar vətəndaşa qanun pozuntusunu izah edərək ona avtomobilini onların iştirakı ilə müvəqqəti duracağa yerləşdirlməsini bildirmişlər. Lakin o, onların qanuni tələblərinə məhəl qoymayaraq YPX-nin əməkdaşlarına qarşı kobud danışmış və onların qanunu tələblərinə məhəl qoymadığı üçün onu RPŞ-nə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Növbətçi Hissədə həmin şəxsin Biləsuvar şəhəri Əlyağa Vahid küçəsində yaşayan xx xxxxxxx 1969-cu il təvəllüdlü Şəxs olduğu müəyyən olmuşdur. Beləliklə, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Çaylı kəndi istiqamətində Kamaz markalı **-BK-*** dövlət qeydiyyat nömrəli yük avtomobili ilə hərəkətdə olan zaman, BMV markalı **-YP-*** dövlət qeydiyyat nömrəli avtopatrulla DYPB-nin YPX inspektoru polis baş serjantı Babək Əzimzadə ona avtomobili saxlaması üçün işarə vermiş və o avtomaşını saxlamışdır. Bu zaman normadan artıq yük daşımasını ona bildirilmiş və onlar ona qanun pozuntusunu izah edərək avtomobilini YPX-nin iştirakı ilə müvəqqəti duracağa yerləşdirlməsini bildirmişlər. O isə onların bu əmrinə tabe olmamışdır. Hazırda əməlindən peşman olduğunu, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. X4 izahat verərək bildirmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsi PPX-nin Bölüyünün polis nəfəri vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində BMV markalı **-YP-*** dövlət qeydiyyat nömrəli avtopatrulla DYPB-nin YPX inspektoru polis baş serjantı Babək Əzimzadə ilə birlikdə Biləsuvar rayonu Muğankənd kənd ərzisində xidmət aparan zaman Çaylı kənd istiqamətində hərəkətdə olan Kamaz markalı **-BK-*** dövlət qeydiyyat nömrəli yük avtomobilinin normadan artıq yük daşımasını görüb sürücüyə avtomobili saxlaması üçün işarə verilmiş və onlar vətəndaşa qanun pozuntusunu izah edərək ona avtomobilini onların iştirakı ilə müvəqqəti duracağa yerləşdirlməsini bildirmişlər. Lakin o, onların qanuni tələblərinə məhəl qoymayaraq YPX-nin əməkdaşlarına qarşı kobud danışmış və onların qanunu tələblərinə məhəl qoymadığı üçün onu Biləsuvar RPŞ-nə apararaq növbətçi hissəsinə təhvil vermişlər. Şahid X1 Orxan Asim oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, onun cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs barədə 14 oktybar 2023cü il tarixdə inzibati qaydada tutma tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar