Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1043/2023 15.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X8 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X9 iştirakları ilə, xx xxx 1983-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri, S.Vurğun küçəsi, ev 30-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs barəsində daxil olmuş məlumatın araşdırlıması məqsədi ilə Biləsuvar Rayon Polis Şöbəsinə dəvət olunarkən xx.xx.2023-cü il tarixdə saat 00:40-da Biləsuvar RPŞ-nin inzibati binasında olan zaman Şəxs ucadan ünvansız nalayiq söyüş söyərək ictimai qaydanı kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X13 göstərmişdir ki, Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri X14 və X1 rayon sakini Şəxs barəsində daxil olmuş məlumatların araşdırılması ilə bağlı Bakı şəhəri Yasamal rayonunda yerləşən “Nizami” metro stansiyasının yaxınlığında müəyyən olunaraq RPŞ-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:40-da Biləsuvar RPŞ-nin inzibati binasında olan zaman Şəxs ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətməyə başlamış və RPŞ-nin inzibati binasını tərk edərək uzaqlaşmaq istəyən zaman RPŞ-nin inzibati binasının qarşısında Biləsuvar şəhəri M.İbrahimov küçəsində saxlanılmışdır. Həmin vaxt Şəxs öz qanunsuz əməllərinə davam edərək, yenidən küçədə, ictimai yerdə ünvansız küçə söyüşləri söyərək dövlət tərəfindən qəbul edilən qanunları saymadığını bildirmiş və yenidən hakimiyyət və dövlət əleyhinə nalayiq ifadələr işlədərək cəmiyyətə qarşı açıqca hörmətsizlik etmişdir. Şəxs RPŞ-nin inzibati binasında eyni əməllərini davam etdirərək RPŞ-nin iş rejimini pozmuşdur. Şəxs ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etməsinə və polisin qanuni təlablərinə qəsdən tabe olmamasına görə barəsində qanuni tədbir görülməsi üçün Biləsuvar RPŞ-nə aparılaraq növbətçi hissəsinə təhvil verilmiş və orada məlum olmuşdur ki, həmin şəxs Biləsuvar şəhər sakini 1983-cü il təvəllüdlü Şəxsdur. Beləliklə, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda yerləşən “Nizami” metro stansiyasının yaxınlığında saxlanılaraq Biləsuvar rayon PŞ-nə gətirilmişdir. Hazırda ona elan olunmuş inzibati xətanı qəbul etmir və heç bir qanun pozuntusuna yol vermədiyinə görə özünü təqsirli bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X15 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətadan azad edilməsini xahiş edir. X5 izahat verərək bildirmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Şəxs barəsində daxil olmuş məlumatın araşdırlması məqsədilə Şəxs Bakı şəhəri Yasamal rayonunda yerləşən “Nizami” metro stansiyasının yaxınlığında müəyyən olunaraq Biləsuvar rayon PŞ-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:40-da Biləsuvar RPŞ-nin inzibati binasında olan zaman Şəxs ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətməyə başlamış və RPŞ- nin inzibati binasını tərk edərək uzaqlaşmaq istəyən zaman RPŞ-nin inzibati binasının qarşısında Biləsuvar şəhər M.İbrahimov küçəsində tərəflərindən saxlanılmışdır. Həmin vaxt Şəxs öz qanunsuz əməllərinə davam edərək, yenidən küçədə, ictimai yerdə ünvansız küçə söyüşləri söyərək dövlət tərəfindən qəbul edilən qanunları saymadığını bildirmiş və nalayiq ifadələr işlədərək cəmiyyətə qarşı açıqca hörmətsizlik etmişdir.Şəxs RPŞ-nin inzibati binasında eyni əməllərini davam etdirərək RPŞ-nin iş rejimini pozmuşdur. Şəxs ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etməsinə və polisin qanuni təlablərinə qəsdən tabe olmamasına görə barəsində qanuni tədbir görülməsi üçün həmin şəxsi məcburi şəkildə RPŞ-nə gətirib NH-nə təhvil vermişlər. Şahid X2 Xəzər Arif oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan 15 oktyabr 2023-cü il tarixli AZA № 020165 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 15 oktyabr 2023-cü il tarixdə saat 0:45-da inzibati qaydada tutulmuş və 15 oktyabr 2023-cü il tarixdə saat 15:00-da azad edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə bir ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 15 oktyabr 2023-cü il tarixdən saat 15:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X16
Məhkəmə qərarları › İş №3(022)-1043/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1043/2023
15.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver