Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1044/2025 28.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tanbehi olan, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olmaqla, Biləsuvar rayonu Əliabad kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 272-1-ci maddəsi ilə Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:20 radələrində Biləsuvar rayonu Əliabad kəndi ərazisinin yaxınlığında qadağan olunmuş yerdə sənədsiz silahla qanunsuz iki ədəd quş ovlamışdır. Buna görə də Şəxs barəsində Biləsuvar rayon Polis Şöbsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən 12 noyabr 2025-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xətanı törətmiş şəxs Şəxs protokolda göstərilənləri təsdiq edərək bildirmişdir ki, 08 noyabr 2025-ci il tarixdə saat 03:20 radələrində Əliabad kəndinin yaxınlığında babasından qalmış sənədsiz ov tüfəngi ilə heç bir lisenziyası olmadan iki ədəd çöl quşu olan qaşqaldaq ovlamışdır.Bu zaman polis əməkdaşları ona qaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. Hazırda əməlindən peşimandır, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 272-1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Şəxs “Tula” markalı 16 kalibrli, E-6427 nömrəli ov tüfəngini xüsusi icazə almadan saxlamış və daşımışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 272-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını və İXM-in 26.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində “Tula” markalı E 6427 nömrəli, 16 çaplı ov tüfəngi və müsadirə edilməklə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə “Tula” markalı E 6427 nömrəli, 16 çaplı ov tüfəngi müsadirə edilməklə 1000 (min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(022)-1044/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1044/2025
28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver