Məhkəmə qərarları › İş №3(022)-1045/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1045/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1045/2023 16.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1979-cu il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış himayəsində 1 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 05 noyabr 2007-ci il tarixli, 2(022)-632/2007 saylı icra sənədinə əsasən Şəxs 25 yanvar 2007-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 16 oktyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 05 noyabr 2007-ci il tarixli, 2(022)-632/2007 saylı icra sənədi üzrə Biləsuvar rayon İcra və Probasiya Şöbəsi tərəfindən 17 dekabr 2007-ci il tarixdə icraat başlanılmış və həmin sənəd üzrə borclu Şəxs dəfələrlə icra şöbəsinə dəvət edilərək sonuncuya borcunu ödəməsi təklif edilmişdir. Lakin Şəxs müxtəlif bəhanələrlə icra sənədini icra etməkdən yayınmışdır. Qeyd edilən icra sənədi təxminən 5 ildir ki, onun icraatındadır və bu müddətdə Şəxs Biləsuvar rayon İcra və Probasiya Şöbəsi vasitəsilə hər hansı aliment ödənişi həyata keçirməmişdir. İcra sənədi Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatında olsa da, həmin icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs alimentin məcburi qaydada tutulması barədə hər hansı müraciətlər etmədiyinə görə Şəxs barəsində hər hansı icra tədbirləri həyata keçirilməmişdir. 2023-cü ilin sentyabr ayında tələbkar Zərərçəkmiş şəxs ərizə ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Şəxs icra sənədi üzrə həmin vaxtadək hissə-hissə cəmi 1.000 manat ödəniş etdiyini bildirmiş və borcun Şəxs aliment borcunun məcburi qaydada tutulması barədə tədbirlər görülməsini xahiş etmişdir. Biləsuvar rayon statistika idarəsindən alınmış arayış əsasında və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.4-cü maddəsinə uyğun olaraq borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs hal-hazıradək 15.205 manat məbləğində aliment borcu yarandığı müəyyən edilmışdır. Şəxs aliment borcunun ödənilməsi üzrə onun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda N.B.Bəhmənov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 05 noyabr 2007-ci il tarixli, 2(022)-632/2007 saylı icra sənədinə əsasən ondan 25 yanvar 2007-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Lakin o, fəhlə işləyərək yalnız öz dolanışığını təmin edə bildiyinə, habelə bir müddət Zərərçəkmiş şəxs ilə faktiki ər-arvad münasibətlərini bərpa etdiyinə görə mütəmadi aliment ödənişləri həyata keçirə bilməmişdir. Bununla belə o, vaxtaşırı olaraq və maddi vəziyyətinin imkan verdiyi həddə Zərərçəkmiş şəxs aliment ödəmişdir. O, hazırda həmin aliment borcunu tam şəkildə ödəyə bilməsə də, hissə-hissə həmin borcu ödəməyə çalışacaqdır. Sonda Şəxs onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 05 fevral 2007-ci il tarixli, 2(022)-632/2007 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 17 dekabr 2007-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxsin əməlindən səmimi peşman olmasını və himayəsində 1 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, Şəxs hazırda da məhkəmə qətnaməsini icra etməməsini, habelə uzun müddət ərzində də Şəxs icra sənədinin icrasını təmin etməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 16 oktyabr 2023-cü il tarixdən, saat 16:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar