Məhkəmə qərarları › İş №3(022)-1046/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1046/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1046/2023 16.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X6 Patrul Bölməsinin yol patrul xidməti inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1987-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 uşağı olan, heç yerdə işləməyən, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 14 oktyabr 2023-cü il tarixdə, saat 05:50-də, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs həmin avtomobildə olmadığı halda etibarnaməsi olmadan və nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi, «VAZ 21213» minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avqomobili Biləsuvar rayonu ərazisində nəqliyyat vasitəsinin təhlükəsizlik kəmərini bağlamadan və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1, 332.1 və 334.1-ci maddələri ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, o, Biləsuvar Rayon Polis X6 X4 Patrul Xidmətinin inspektoru vəzifəsində işləyir. Biləsuvar Rayon Polis Şöbəsinin daxili iş bölgüsünə əsasən o, 14 oktyabr 2023-cü il tarixdə Biləsuvar rayonu ərazisində xidməti vəzifəsini icra edərkən, «VAZ 21213» minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün nəqliyyat vasitəsinin təhlükəsizlik kəmərini bağlamadan idarə etməsini müşahidə etmişdir. Bununla əlaqədar həmin avtomobilin sürücüsünə saxla işarəsi verilmiş və hmin nəqliyyat vasitəsinin sürcüsü maşını saxlamışdır. Bundan sonra keçirilmiş yoxlama zamanı «VAZ 21213» minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün Şəxs olduğu müəyyən edilmişdir. Şəxs spirtli içkiyə aid qoxu hiss olunduğuna və sonuncunun hərəkətləri qeyri-adekvat olduğuna görə sürcünün sərxoş vəziyyətdə olub-olmaması yoxlanılmışdır. Yoxlama zamanı Şəxs avtomobili yüngül dərəcəli sərxoş vəziyyətində, eləcə də həmin nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan, habelə təhlükəsizlik kəmərini taxmadan idarə etməsi aşkar olunmuşdur. Buna görə də Şəxs barəsində onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1, 332.1 və 334.1-ci maddələri ilə inzibati protokol tərtib edilərək, aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, 13 oktyabr 2023-cü il tarixdə axşam vaxtı, yaşadığı kənddə tanışları ilə yemək yeyib spirtli içki qəbul etmiş və yaşadığı evə qayıtdıqdan sonra, 14 oktyabr 2023-cü il tarixdə, səhər sübh saatlarında, özünə siqaret almaq üçün, qardaşının məxsus «VAZ 21213» minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili özbaşına olaraq, həmin şəxsin yaşadığı evin həyətindən götürərək, Biləsuvar rayonu, Günəşli kəndindən Biləsuvar şəhərinə getmək üçün idarə etmişdir. O, həmin vaxt sərxoş vəziyyətdə olduğuna görə nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini taxmadan idarə etmişdir. Buna görə də onun idarə etdiyi avtomaşın Bilsuvar rayonu, Əliabad kəndi yaxınlığında yol patrul xidməti əməkdaşları tərəfindən saxlatdırılmışdır. Həmin vaxt onun ağzından spirtli içki qoxusu gldiyinə görə polis əməkdaşları onu sərxoşluq vəziyyətinin tibbi müayinəsinə cəlb etmişlər və onun sərxoş olduğu məlum olmuşdur. O, haızrda törətdiyi əməldən peşmandır və bir daha qanun pozuntusuna və ictimai qaydanın pozulmasına səbəb olan əməllərə yol verməyəcəyəcəkdir. Sonda, Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu və himayəsində 3 övladı olduğunu bildirərk barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1 və 334.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində 3 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1, 332.1 və 334.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 329.1, 332.1 və 334.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 334.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə Şəxs barəsində 5 (beş) müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 16 oktyabr 2023-cü il tarixdən, saat 17:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar