Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-1051/2023 13.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həəsn Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan "xxxx" MMC-nin qanuni təmsilçisi X2 iştirakı ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 215.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə daxil olmuş inzibati xəta haqqında 04 oktyabr 2023-cü il tarixli ******* nömrəli protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:50-də ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada keçirilən planlı (növbəti) yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (pediatrik, cərrahi stamatoloji, qastroenteroloji) və sertifikatsız (X5) özəl tibbi proflaktiki fəaliyyəti ilə məşğul olma faktı aşkarlanmışdır. İş materiallarından müəyyən olunur ki, inzibati xətalara dair protokol ciddi hesabat blankı hesab edildiyi halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokol Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 saylı Fərmanı ilə təsdiq edilmiş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına uyğun deyildir. Azəbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»na uyğun olaraq, həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan həmin Siyahıda göstərilən vəzifəli şəxslər Məcəllənin 43.3-cü maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə qöndərirlər. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral ta¬rixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»nda nəzərdə tutulan vəzifəli şəxslər Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. İş materiallavrına əlavə edilmiş 04 oktyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqlnda protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMCyə məxsus klinikada aparılmış planlı yoxlamanın nəticəsi olaraq Vita Med” MMC-nin barəsində İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsinə dair protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X11 Şöbəsinin baş mütəxəssisi X4 tərəfindən tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral ta¬rixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»nda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X11 Şöbəsinin baş mütəxəssisinin inzibati xəta haqqında protokol tərətib etmək səlahiyyətinə malik olması nəzərdə tutulmamışdır. Halbuki, «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»nda-dövlət orqanları rəhbərləri, dövlət orqanları rəhbərlərinin müavinləri, dövlət orqanı aparatında şöbə müdiri, dövlət orqanı aparatında şöbə müdirinin müavini, baş məsləhətçi, böyük məsləhətçi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, protokol və digər sənədlər səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğundan, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 215.1-ci maddəsi ilə tərtib olunmuş 04 oktyabr 2023-cü il tarixli ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X1ytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub QƏRARA ALDİM: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 215.1-ci maddəsi ilə tərtib olunmuş 04 oktyabr 2023-cü il tarixli ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X11 Şöbəsinə geri qaytarılsın. X12
Məhkəmə qərarları › İş №3(022)-1051/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-1051/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver