Məhkəmə qərarları › İş №3(022)-1054/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1054/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1054/2024 15.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar RPŞ-nin İTB-nın sahə rəisi polis mayoru X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1961-ci ildə Biləsuvar rayonu Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar RPŞ-nın X4 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonu Əsgərabad kəndində Zərərçəkmiş şəxsnu döyərək, dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar RPŞ-nin İTB-nın sahə rəisi polis mayoru X9 izahatında göstərmişdir ki, X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixdə saat 10 radələrində birgə yaşadıqları evin həyətində Zərərçəkmiş şəxs ilə Şəxs aralarında ailə məişət "münasibətləri zəminində baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs əlində olan ağacla sağ ayaq nahiyəsinə, sonra saat 18 radələrində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı stul ilə çiyin nahiyəsinə zərbə vuraraq ona başın sol təpə "nahiyəsindən, sağ çiyin qurşağında, sol bud və sağ baldır, topuq nahiyəsində qançırla nəticələnən dərəcəsinə görə sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Bundan başqa, xx.xx.2024-cü tarixdə saat 18 radələrində X12 ilə Şəxs arasında sonuncunun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə ağacla vuraraq ona alının sol yarısında əzilmiş səthi yara və sıyrıq, sağ baldır nahiyəsində sıyrıqlarla nəticələnən dərəcəsinə görə sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, fərdi əməklə məşğul olaraq dolanışığını təmin edir, heç kimlə şəxsi ədavəti və qərəzi yoxdur. 12 oktyabr 2024-cü il tarixdə yaşadığı evə gəlmiş, avtomobildə olan nalçanı evdə olan digər nalça ilə dəyişmək istədiyini Rəsmiyyəyə deyərək evdən nalçanı götürüb avtomobilinə qoymuş, bundan sonra evə daxil olmuşdur. Həmin vaxt oğlu Azəri evləndirmədiyinə görə Rəsmiyyə onunla mübahisə yaratmağa başlayaraq ünvanına nalayiq ifadələr işlədib “evin həyət qapısını tellə niyə bağlamısan, sən ermənisən, anan da ermənidir” deyə söyüb onu təhqir etmiş, evdən çıxıb getməsini tələb etməsi nəticəsində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı X15 və oğlu Amid Abasov evə daxil olmuşlar. Həmin vaxt Rəsmiyyə, Azər və Saleh onu tutmuş, Amid əlində olan ağacla onu vuran zaman ağac Rəsmiyyənin ayağına dəymiş, ilkin olaraq ayaq nahiyəsinə və baş nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Nəticədə yerə yıxılmış, həmin vaxt Saleh get bıçaq gətir “Sücayyətə xəsarət yetir" deyə qışqırmağa başlamışdır. Bunu eşitdikdən sonra evin həyətindən çıxaraq getmişdir. Təxminən bir neçə dəqiqədən sonra geri qayıtmış, avtomobilinə minərək evdən uzaqlaşmış, avtomobilə baxan zaman ona məxsus kartın, avtomobildə olan 400 manat pulun olmadığını aşkar etmişdir. Oğlu Azər təxminən 1 ay bundan öncə evdə olmadığı vaxtda avtomobilin sol qanad (krel) hissəsinə təpiklə vuraraq zədə yetirmişdir. X2 hərbi xidmətdən yayındırmışdır. Onun başqa qadınla münasibəti yoxdur, təxminən 20 il bundan öncə Saleh yaşadığı evə gələrək “sən ermənisən” deyə bildirərək uşaqlarını evindən götürüb aparmışdır. Zərərçəkmiş şəxs dedikləri yalandır, onu ağacla və stulla vuraraq xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, evdar xanımdır, rəsmi olaraq heç bir yerdə işləmir. 1986-cı ildə Biləsuvar rayon sakini Şəxs ilə evlənmiş, həmin evlilikdən 4 övladı vardır. Əvvəllər münasibətləri normal olsa da, son illərdə isə münasibətləri pisləşmişdir. Belə ki, Şəxs rayon-şəhər arası taksi fəaliyyəti ilə məşğul olur, son vaxtlar Bakı şəhərinə gedib gəldikdən sonra başqa qadınla münasibətinin olmasını əsas gətirərək oğlu Azərlə birlikdə evdən çıxmalarını tələb edir, həmin qadını yaşadığı evə gətirmək istədiyini deyərək evdə mütəmadi olaraq münaqişələr yaratmağa başlamışdır. 12 oktyabr 2024-cü il tarixdə saat 10 radələrində yaşadıqları evin həyətində olarkən “avtomobilindən pul götürmüsən” deyərək nalayiq ifadələr işlədərək söyüb təhqir etməyə başlamışdır. Ona avtomobilinin qapısının bağlı olmasını və avtomobilindən pul götürmədiyini demiş, lakin buna baxmayaraq Sücayyət mübahisə etməyə davam edərək onu yenidən söyüb təhqir etmiş və üzərinə hücum edərək əlində olan ağacla sol ayaq nahiyəsinə 2-3 dəfə zərbə vuraraq xəsarət yetirmişdir. Daha sonra evə qalxaraq evin qapısını bağlamışdır. Bundan sonra Şəxs evdən çıxaraq getmiş, həmin tarixdə günorta vaxtlarında oğlu Azər yaşadıqları evə gəlmiş, əlavə söz-söhbət olmasın deyə bu barədə ona heç bir söz deməmişdir. Həmin gün saat 18 radələrində Sücayyət evə gəlmiş, heç bir səbəb olmadan ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmiş, otaqda olan stulu götürüb çiyin nahiyəsinə zərbə vurmuşdur. Saleh Abasovun səhhətində problem olduğundan gəzməkdə çətinlik çəkir, buna görə də yaşadıqları ünvana gəlməmiş, həmin vaxt yaşadığı evdə olmamışdır. Qardaşı Saleh və oğlu Amidlə münasibətləri yaxşı olmadığından qərəzli olaraq şikayət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Cəlilabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1№-417 saylı eksper rəyində göstərilmişdir ki, «Zərərçəkmiş şəxs başın sol təpə nahiyəsində, sağ çiyin qurşağında, sol bud və sağ bayır topuq nahiyəsində qançırın müəyyən olundu, müəyyən olunan xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir». Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs izahatında Zərərçəkmiş şəxs döymədiyini göstərsə də, iş materiallarında olan inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə onun inzibati xəta törətməsi tam təsdiqini tapmışdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İşin hallarını, habelə törədilən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunmasına kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar