Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1056/2024 15.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar RPŞ-nin İTB-nın sahə rəisi polis mayoru X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Biləsuvar rayonu Aşağı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar RPŞ-nın X4 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 12 oktyabr 2024-cü il tarixdə Biləsuvar rayonu Əsgərabad kəndində Zərərçəkmiş şəxs döyərək, dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar RPŞ-nin İTB-nın sahə rəisi polis mayoru X10 izahatında göstərmişdir ki, X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixdə saat 10 radələrində birgə yaşadıqları evin həyətində Zərərçəkmiş şəxs ilə Şəxs aralarında ailə məişət "münasibətləri zəminində baş vermiş mübahisə zamanı sonuncu Rəsmiyyə Rəhimovaya əlində olan ağacla sağ ayaq nahiyəsinə, sonra saat 18 radələrində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı stul ilə çiyin nahiyəsinə zərbə vuraraq ona başın sol təpə "nahiyəsindən, sağ çiyin qurşağında sol bud və sağ baldır topuq nahiyəsində qançırla nəticələnən dərəcəsinə görə sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Bundan başqa, xx.xx.2024-cü tarixdə saat 18 radələrində Şəxs ilə Zərərçəkmiş şəxs aralarında sonuncunun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə ağacla vuraraq ona alının sol yarısında əzilmiş səthi yara və sıyrıq, sağ baldır nahiyəsində sıyrıqla nəticələnən dərəcəsinə görə sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, fərdi əməklə, yəni rayon ərazisində usta işləyərək əldə etdiyi gəlirlə dolanışığını təmin edir, heç kimlə şəxsi ədavəti və qərəzi yoxdur. Zərərçəkmiş şəxs bibisi əridir. Onunla aralarında əvvəllər qərəz və ədavət olmamışdır. Zərərçəkmiş şəxs bibisi Rəsmiyyə Rəhimova ilə ailə daxili münaqişələri olduğundan bibsini müdafiə edən şəxslərə qarşı qərəzli münasibət yaratmağa başlamış, yaşadığı ünvanda ailə üzvləri ilə yola getmədiyindən onun və atası Saleh Abaslının evdə münaqişə yaratmasını iddia edir. Zərərçəkmiş şəxs yaşadığı ünvana uzun müddətdir getmir və hər hansı formada əlaqəsi olmamışdır. Sonuncunun xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə və Biləsuvar RPŞ-yə etdiyi müraciətində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, həmin tarixdə Zərərçəkmiş şəxs yaşadığı evə getməmiş, aralarında münaqişə olmamış və hər hansı formada vuraraq xəsarət yetirməmişdir. Müraciətdə onun barəsində göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, fərdi əməklə məşğul olaraq dolanışığını təmin edir, heç kimlə şəxsi ədavəti və qərəzi yoxdur. 12 oktyabr 2024-cü il tarixdə yaşadığı evə gəlmiş, avtomobildə olan nalçanı evdə olan digər nalça ilə dəyişmək stədiyini Rəsmiyyəyə deyərək evdən nalçanı götürüb avtomobilinə qoymuş, bundan sonra evə daxil olmuşdur. O, oğlu Azəri evləndirmədiyinə görə Rəsmiyyə onunla mübahisə yaratmağa başlayaraq ünvanına nalayiq ifadələr işlədib “evin həyət qapısını tellə niyə bağlamısan, sən ermənisən, anan da ermənidir” deyə söyüb təhqir etmiş, evdən çıxıb getməsini tələb etməsi nəticəsində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı X16 və oğlu Amid Abasov evə daxil olmuşlar. Həmin vaxt Rəsmiyyə, Azər və Saleh onu tutmuş, Amid əlində olan ağacla onu vuran zaman ağac Rəsmiyyənin ayağına dəymiş, ilkin olaraq ayaq nahiyəsinə və baş nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Nəticədə yerə yıxılmış, həmin vaxt Saleh get bıçaq gətir “Sücayyətə xəsarət yetir" deyə qışqırmağa başlamışdır. Bunu eşitdikdən sonra evin həyətindən çıxaraq getmişdir. Təxminən bir neçə dəqiqədən sonra geri qayıtmış, avtomobilinə minərək evdən uzaqlaşmış, avtomobilə baxan zaman ona məxsus kartın, avtomobildə olan 400 manat pulun olmadığını aşkar etmişdir. Onun oğlu Azər təxminən 1 ay bundan öncə evdə olmadığı vaxtda avtomobilin sol qanad (krel) hissəsinə təpiklə vuraraq zədə yetirmişdir. X2 hərbi xidmətdən yayındırmışdır. Onun başqa qadınla münasibəti yoxdur, təxminən 20 il bundan öncə Saleh yaşadığı evə gələrək “sən ermənisən” deyə bildirərək uşaqlarını evindən götürüb aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində Biləsuvar rayonunun Əsgərabad kəndində atası Zərərçəkmiş şəxs məxsus evdə yaşadığını, 12 oktyabr 2024-cü il tarixdə səhər saatlarında yaşayış evində olmadığını, axşam saat 18 radələrində evə gəldikdən sonra anası Rəsmiyyə ilə atası Sücayyət arasında mübahisə olduğunu, lakin həmin vaxt Şəxs orada olmadığını göstərmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Cəlilabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1№-412 saylı eksper rəyində göstərilmişdir ki, «Zərərçəkmiş şəxs alının sol yarısında əzilmiş səthi yara və sıyrıq, sağ baldır nahiyəsində sıyrıqlar müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir». İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs izahatında Zərərçəkmiş şəxs döymədiyini göstərsə də, iş materiallarında olan inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə onun inzibati xəta törətməsi tam təsdiqini tapmışdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İşin hallarını, habelə törədilən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunmasına kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X14
Məhkəmə qərarları › İş №3(022)-1056/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1056/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver