Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1058/2024 15.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1970-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş 15 noyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən 03 noyabr 2024-cü il tarixdə Biləsuvar rayonu S.Vurğun küçəsində narkotik vasitə olan marixuana istifadə etmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 göstərmişdir ki, Biləsuvar şəhəri, S.Vurğun küçəsi, bina 1, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1996-ci il təvəllüdlü X1, Biləsuvar şəhəri, S.Vurğun küçəsi bina 1 mənzil 3-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1970-ci il təvəllüdlü Şəxs rayon ərazisində narkotik vasitələr və psixotrop maddədən istifadə etmələri ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə X2 və Şəxs rayon ərazisində tərəflərindən müəyyən edilərək RPŞ-nə dəvət olunmuş, həmin tarixdə Cəlilabad RMX-da müvafiq olaraq müayinə zamanı Şəxs sidik nümunəsində narkotika aşkar olunmuşdur. Məhkəmə iclasında Şəxs İXM-in 206-cı maddəsi ilə özünü tam təqsirli hesab edərək əməlindən peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan 15 noyabr 2024-cü il tarixli AZA N 020105 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 15 noyabr 2024-cü il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh kifayət edir və ona İXM-in 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı və həbsetmənin əvvəli 15 noyabr 2024-cü il tarixdən saat 18:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 15 noyabr 2024-cü il tarixdən saat 18:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(022)-1058/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1058/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver