Məhkəmə qərarları › İş №3(022)-1063/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1063/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1063/2023 03.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə Ünvanı Biləsuvar rayonu Nərimankənd kəndi hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Xaçmaz Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-33-/3- 1-005498/2023 saylı raportunda qeyd olunanlarla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Şəxs (VÖEN: **********) tərəfindən **********5110 saylı xx.xx.2022-ci il tarixli, **********6692 saylı xx.xx.2022- ci il tarixli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 19685,09 ABŞ dolları (33464,65 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar olaraq 13 sentyabr 2023-cü il tarixdə 3-33-1700/2-004077/2023 nömrəli məktubla X1 və Ödənişlər Baş İdarəsinə sorğu verilmişdir. X1 və Ödənişlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-33/2-016560/2023 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Şəxs (VÖEN: **********) tərəfindən **********5110 saylı xx.xx.2022-ci il tarixli, **********6692 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 19685,09 ABŞ dolları (33464,65 manat) məbləğində vəsaitdən **********6692 saylı xx.xx.2022-ci il tarixli bəyannaməsi üzrə 3413,09 ABŞ dolları (5802,25 manat) vəsait yüklərin bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvvəkil bankda olan hesablarına köçürülməmişdir. Belə ki, Şəxs (VÖEN: **********) tərəfindən ümumilikdə qaytarılan 16272,00 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti 180 gün ərzində MMC-nin Azərbaycan Respublikasındakı müvvəkil bankda olan hesablarına köçürülmüş, Şəxs MMC-nin hüquqi ünvanına xəbanamə əsasında göndərilmiş xx.xx.2023-cü il tarixdə, 1700-012/0xxxx/002424 saylı «İxrac olunmuş malların müqabilində vəsitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablaşma hesablara köçürülməməsi barədə» Bildirişin 25 aprel 2023-cü il tarixdə əldə edildiyi qeyd edilsə də, MMC tərəfindən xarici valyuta vəsitlərinin müvəkkil bankda olan hesablara tam qadada köçürülməsi istiqamtində müvafiq tədbirlər göroülməmişdir. Qeyd olunan faktla bağlı 18 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 01400-07667/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında qəbul edilmiş qərarla razı olmadığını bildirdi. Protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də, məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla «Sema-21” MMC tərəfindən inzibati xətanın törədilməsində təqisiri sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. İş materiallarında olan ümumilikdə hazırda qalıq borc 3413,09 ABŞ dolları (5802,25 manat) məbləğində təşkil edir. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə «Sema-21” MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, «Sema-21” ” MMC-nin barəsində İXM-in 483cü maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, «Sema- 21” MMC-nin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: «Sema-21” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. «Sema-21” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 3413,09 ABŞ dolları (5802,25 manat) dəyərinin otuz faizi məbləğdə inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar