Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1064/2023 13.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X11, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1, İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan–Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X5 nümayəndələri X13 və X7 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və barəsində həmin maddə ilə cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X5 09 oktyabr 2023-cü il tarixli MN № ******* saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X5 09 oktyabr 2023-cü il tarixli MN № ******* saylı qərarı ilə X3 İXM-in 192-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 3500 (üç min beş yüz) manat məbləğdə cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X3 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X5 09 oktyabr 2023-cü il tarixli MN № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X17 Xidmətinin X5 qəbul etdiyi 09 oktyabr 2023-cü il tarixli məlum qərarla, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə (əmək qanunvericiliyinin pozulması) təqsirli bilinərək üç min beş yüz manat (3500) məbləğində cərimə edilmişdir. Qərarda göstərilmişdir ki, guya o, işçi X18 ilə yazılı əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb etmişdir. X5 ona ünvanlandığı 3-17-S/2M-39797/1023 saylı oktyabr 2023 tarixli məktubunda göstərilmişdir ki, bu inzibati xəta haqqında işə Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş 22 avqust 2023-cü il tarixli inzibati xəta barədə material əsasında baxılmışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə 09 oktyabr 2023-cü il tarixli qərar qanunsuz və əsassızdır: Əvvəla, X6 09 oktyabr 2023- cü il və ondan əvvəl heç zaman inzibati xətanın baş verdiyi iddia edilən ərazidə yoxlama aparmamış (reyd keçirməmiş) və bilavasitə həmin ünvanda inzibati xəta aşkar etməmişdir. Belə ki, Regional Şöbənin ona ünvanlandığı məktubdan da göründüyü kimi bu qərar Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş 22 avqust 2023-cü il tarixli iş əsasında qəbul edilmişdir. Bu isə inzibati orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinin pozulmasıdır. Belə ki, həmin işə baxılması üçün işdə kifayət qədər sübut toplanmamış, işin icraatını rədd edən halların mövcud olub-olmaması araşdırılmamış, iş üzrə vəsatətlərin, etirazların olub olmadığı dəqiqləşdirilməmiş, formal mülahizələr əsasında qərar qəbul edilmişdir. Belə ki, inzibati orqan yalnız polisin məlumatını əsas götürmüşdür. İnzibati orqan qərar qəbul edərkən sübutları düzgün qiymətləndirməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan bütün halları ortaya çıxarmamış, iş üzrə X12 polis tərəfindən alınan izahatına tənqidi yanaşmamış, bu izahatla kifayətlənərək onun, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını almamış, bununla da İXM 76-79-cı maddələrinin tələblərini pozmuşdur. Nəticədə sübutların qiymətləndirilməsi düzgün həyata keçirilməmiş, işin halları tam və obyektiv şəkildə araşdırılmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o, sözü gedən ünvanda-Biləsuvar şəhər H.Əliyev prospekti 25 ünvandakı iaşə obyektində həmin tarixdə heç bir sahibkarlıq fəaliyyəti həyata keçirməmiş, heç bir şəxslə, o cümlədən X18 ilə əmək münasibətinə girməmiş və onu işlərin görülməsinə cəlb etməmişdir. Çünki həmin vaxt o, heç bir işə başlamamış və vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir .Eləcə də o, həmin iaşə obyektini 25 avqust 2023-cü ildə rəsmi şəkildə müqavilə ilə icarəyə götürmüş, ondan əvvəl onun həmin obyektə aidiyyətı olmamışdır. Belə olan halda onun 23 avqust tarixdə cərimə olunması qanunsuz və əsassızdır. X18 onun uzaq qohumudur və o, onu heç bir işə cəlb etməmişdir.İş üzrə izahatı alınan X12 izahatında bildirdikləri ilə bağlı qeyd edir ki, izahatı alınarkən həmin şəxs nə baş verdiyini tam anlamamış və ona deyilən formada izahat yazmışdır. Hesab edir ki, X18 məhkəmədə dindirilərsə, X12 onun tərəfindən işlərə cəlb edilib edilməməsi ilə bağlı əsl həqiqət tam ortaya çıxar. Odur ki, həmin şəxsin məhkəmədə dindirilməsinin təmin edilməsi də işin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Qeyd olunanları nəzərə alaraq X5 həmin qərarı ləğv edilməlidir. Belə ki, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona göroə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şirvan-Salyan Rayon Şöbəsinin MN № ******* saylı 09 oktyabr 2023 cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X5 nümayəndəsi X20 şikayəti qəbul etməyərək bildirmişdir ki, sahibkarlıqla məşğul olan fiziki şəxs X3 tərəfindən Biləsuvar rayon sakini X12 əmək müqaviləsi bağlanmadan işə cəlb olunması halları barədə Biləsuvar rayon Polis Şöbəsindən 28 avqust 2023-cü il tarixli 3- 13-69/2- 24707/2023 nömrəli məktubla daxil olmuş inzibati araşdırma materiallarına X17 Xidmətinin X6ndə baxılmışdır.Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş məlumatlar əsasında tərəflərindən araşdırmaya başlanılmış, fiziki şəxs T.Məşədikərimlinin, zərərçəkən X12 yazılı izahatları alınmışdır. Həmin izahatlar əsasında müəyyən edilmişdir ki, fiziki şəxs X3 (VÖEN **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Biləsuvar rayonunda yerləşən “Safari Pub" adlanan kafedə əmək müqaviləsi bağlanmadan və hüquqi qüvvəyə minmədən X14 22, 23, 24 avqust 2023-cü il tarixlərdə işlərin görülməsinə cəlb etmişdir. Biləsuvar rayon sakini X3 fəaliyyət göstərdiyi Biləsuvar rayonunda yerləşən “Safari Pub” adlanan kafedə (VÖEN **********) əmək qanunvericiliyinin tələblərini pozaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinin (Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.), 44-cü maddəsinin 1-ci hissəsinin (Əmək müqaviləsi yazılı formada bağlanılır.) və 49-cu maddəsinin 1- ci hissəsinin (Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.) tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzlbati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Bu səbəbdən, fiziki şəxs (vəzifəli şəxs) T.Məşədikərimli barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən (Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) 02 oktyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və 09 oktyabr 2023-cü il tarixdə İnzibati tənbeh vermə haqqında Qərara əsasən 3500 manat məbləğində inzibati cərimə olunmuşdur. Ona görə də X17 Xidmətinin X5 xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X5 nümayəndəsi X15 da şikayətin təmin edilməməsini və X17 Xidmətinin X5 xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. X1 və inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan –Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X5 nümayəndələrinin izahatlarını dinləyib, inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edirəm ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şirvan-Salyan Rayon Şöbəsinin MN № ******* saylı 09 oktyabr 2023 cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarından olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şirvan-Salyan Rayon Şöbəsinin MN № ******* saylı 09 oktyabr 2023 cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən (Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki işləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) X1 barəsində İXM-in 192-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şirvan-Salyan Rayon Şöbəsinin inzibati tənbeh vermə haqqında 09 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, X4 yazılı əmək müqaviləsi bağlamadan işçi X14 işlərin görülməsinə cəlb etmişdir. Buna görə də X4 Azərbaycan Respublikası İXM-nin 192-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Buna görə də, adıçəkilən hüquq normalarını hazırkı işin faktiki hallarına tətbiq edərkən məhkəmə müəyyən edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən X2 əməlində İXM-nin 192-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcud olmasını təsdiq edən kifayət qədər sübutlar toplanmamış, əksinə toplanmış sübutlar sonuncunun əməlində İXM-nin 192-ci maddəsinin tərkibinin mövcudluğu qənaətinə gəlinməsi üçün yetərli deyildir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, şəxsin əməlində inzibati xətanın mövcudluğu sübuta yetirilməli, şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. İnzibati xəta törədilməsində təqsirin sübuta yetirilməsi vəzifəsi şəxsin özünün deyil, inzibati orqanın üzərinə düşür. Hazırkı işin materiallarından da göründüyü kimi, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şirvan- Salyan Rayon Şöbəsi tərəfindən X2 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən onun əməlində İXM-in 192-ci maddəsinin tərkibinin mövcud olmasını təsdiq edən sübutların onun təqsirinin sübuta yetirilməsinə kifayət edib-etməməsinə diqqət yetirməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, səlahiyyətli orqan Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş material əsasında araşdırma apararkən X4 izahatında Biləsuvar rayonunda yerləşən “Safari Pub” adlanan kafeni 25 avqust 2023-cül tarixdən rəsmi olaraq icarə müqaviləsi bağlamaqla işlətdiyini, qeyd olunan tarixdə kafedə təmizlik işələrinin aparıldığını, X14 isə əmək müqaviləsi bağlamadan onu hər hansı işlərin görülməsinə cəlb etmədiyini göstərmişdir. Bundan əlavə, X18 izahatında göstərmişdir ki, o, 22, 23 və 24 avqust 2023-cü il tarixlərində Biləsuvar rayonunda yerləşən “Safari Pub” adlanan kafədə gələcəkdə həmin kafedə işləmək istədiyi üçün işləri öyrənmək məqsədi ilə gün ərzində 1 (bir) saat həmin obyektdə olmuş, X4 əmək müqaviləsi bağlamadan onu hər hansı işlərin görülməsinə cəlb etməmiş və buna görə ona əmək haqqı verməmişdir. İXM-in 84.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qüvvədə olan qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 İXM-in 192-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şirvan-Salyan Rayon Şöbəsinin MN № ******* saylı 09 oktyabr 2023 cü il tarixli qərarı ləğv edilməlidir. Yuxarıda götərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X5 MN № ******* saylı 09 oktyabr 2023 cü il tarixli qərarı ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X23
Məhkəmə qərarları › İş №3(022)-1064/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1064/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver