Məhkəmə qərarları › İş №3(022)-1067/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1067/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1067/2023 06.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1948-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu İsmətli əndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar rayon polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 15 sentyabr 2023-cü il tarixdə saat 14:50 radələrində Biləsuvar şəhəri H.Əliyev küçəsində İsmətli kəndi istiqamətində etibarnamə əsasında idarə etdiyi oğlu İbrahim Heydərliyə məxsus “Mersedes Benz 240” markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobili “Mərkəz Restoran” adlanan restoranın qarşısında əks istiqamətli hərəkət zolağına doğru hərəkət edərkən həmin avtomobili X5 idarə etdiyi “KHAZAR LX” markalı 12 BH-222 dövlət qeydiyyat nişanlı avtomobili qarşısına çıxardığı üçün ehtiyatsızlıqdan avtomibilin sol yan tərəfi ilə “KHAZAR LX” markalı 12 BH-222 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi arasında toqquşma baş vermiş, bu zaman idarə etdiyi avtomobildə sərnişin kimi əyləşmiş X1 “baş sol təpə nahiyyədsində hematoma” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına səbıb olmuşdur.Buna görə də, Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, “Mercedes Benz 240" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən oğlu İbrahim Heydərliyə məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil idarə etmək üçün Bİ, V, C1 və C dərəcəli, BC-360353 nömrəli sürücülük vəsiqəsi vardır, avtomobili sərbəst idarə etməyi bacarır. 15 sentyabr 2023-cü il tarixdə saat 14:50 radələrində idarə etdiyi “Mercedes Benz 240” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsində “saat dairəsi”-dən RMX istiqamətində hərəkətdə olan zaman “Kapital bank”-dan arvadı X1 adına götürdüyü krediti ödəmək üçün onunla birlikdə idarə etdiyi avtomobili “Kapital bank”-ın Biləsuvar filialının qarşısında saxlamaq istəmişdir. Lakin, həmin bank filialının yaxınlığında avtomobil saxlamaq üçün yer olmadığına görə avtomobili bir qədər uzaq məsafədə saxlamağa məcbur olmuşdur. Bu məqsədlə idarə etdiyi avtomobili Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişmələrində olan işıqforu keçdikən sonra yolun sağ kənarında üzü İsmətli kəndi istiqamətində, “Mərkəz restoran” adlanan restoranın qarşısında saxlamışdır. Bundan sonra “Kapital bank”-ın Biləsuvar filialına gedərək Səmayə Heydərova ilə birlikdə krediti ödəyib idarə etdiyi avtomobilin yanına qayıtmışdır. Avtomobilə əyləşib işə saldıqdan sonra yolun sağ hərəkət zolağına çıxıb İsmətli kəndi istiqamətində hərəkət etmək istəyən zaman Biləsuvar şəhəri, H.Əliyev küçəsində “saat dairəsi’-dən İsmətli istiqamətində hərəkətdə olan zaman “KHAZAR LX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun yola çıxmasını gözləmədən hərəkətinə davam etdiyi üçün həmin avtomobilin qabaq sol tərəfi ilə idarə etdiyi avtomobilin sol arxa tərəfi arasında toqquşma baş vermişdir. Toqquşmadan dərhal sonra idarə etdiyi avtomobili saxlayıb yerə düşmüşdür. “KHAZAR LX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisə yerinə polis əməkdaşlarını çağırmışdır. Polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirdikdən sonra hadisə nəticəsində xəsarət almış arvadı X3 RMX-na aparmışdır. Odur ki, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan “Nəqliyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 453 saylı 15 sentyabr 2023-cü il tarixli aktından görünür ki, Şəxs tibbi müayinə zamanı sərxoşluğu aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 1037 saylı ekspert rəyindən görünür ki, X2 başın sol alın təpə nahiyyəsində Hematoma müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, əmələ gəlmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tənbeh tədbirinin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal onun səmimi peşmançılığı, həmçinin zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayəti olmaması, məsuliyyətini ağırlaşdıran hal isə müəyyən olunmamışdır. İş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlirəm ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər iş materialları ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, onun təqsiri tam sübuta yetirildiyinə görə, inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin hallarını, habelə törədilən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunmasına kifayət edir və ona İXM-in 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 9, 32, 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar