Məhkəmə qərarları › İş №3(022)-1079/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1079/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1079/2023 06.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 iştirakı ilə, Biləsuvar rayonu Ələt-Astara yolu 161-162 km-da yerləşən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Şirvan-Salyan Regional Ərazi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan Şəxs X1 rəhbəri X9 (VÖEN **********) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontaktı) hüquqi qüvvəyə minmədən C.M.Nuriyevi və S.E.Poladzadəni qanunsuz olaraq iş və xidmətlərə cəlb etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi X4 məhkəmə iclası zamanı izahatında göstərdi ki, X9 Şəxs MMC-nin direktorudur və o, direktoru olduğu adıçəkilən MMC-də M.Nuriyevi və S.E.Poladzadəni əmək müqaviləsi olmadan iş və xidmətlərin göstərilməsinə cəlb etmişdir. Nəticədə Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə protokol tərtib olunaraq tənbeh tətbiq edilməsi üçün məhkəməyə göndərilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən Şəxs X3 barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs X1 nümayəndəsi X10 ifadəsində göstərmişdir ki, X9 ilə Cəmaləddin Nuriyev arasında olan razılaşmaya əsasən gətirdiyi hər işçi üçün 20 manat, yulğun kollarını doğrayacaq usta üçün isə 40 manat məbləğində pul verəcəyini vəd etmişdir. O, hər həftə gələn işçiləri dəyişmişdir. Cəmaləddin Nuriyev orada 15 gün müddətində İşləmişdir. Həmin mlddətə görə 5600 manat məbləğində pul vermişdir. O həmin pulun bir hissəsini nağd şəkildə, digər qismini isə plastik kart hesabına göndərməklə Cəmaləddin Nuriyevə vermişdir. Orada işləyən şəxslər 4 nəfər odun doğrayan usta, 5 nəfer isə fəhlə var idi. O həmin şəxslərə bir gün ərzində nə qədər odun doğrayacaqlarına nəzarət etmişdir. Həmin şəxslər bir gün müddətində bir kamaz odunu doğraya bilmədikləri üçün o həmin şəxslərə narazılıq etmişdir. Bundan sonra həmin şəxslər oradan uzaqlaşmışlar. Şəxs ilə orada işləyən şəxslər arasında əmək müqavilə bağlanmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Şirvan-Salyan regional şöbəsinin nümayəndəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında 17 oktyabr 2023-cü il tarixli MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-in əməlində İXM-in 192.1-ci maddəsinin tərkibi var və Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs X1 əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən törədilən xətanın xarakterini, təqsirin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 40,43, 114-116,12-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar