Məhkəmə qərarları › İş №3(022)-1079/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1079/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1079/2024 19.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Biləsuvar Rayon X10 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 21 avqust 1992-ci il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində 1 il ərzində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbirləri tətbiq olunmamış, Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna yaşayaış massivində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tədqiqata məlum olmayan mənbədən qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi -7.90 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 16 noyabr 2024-cü il tarixdə, saat 01:00 radələrində Şəxs Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində yerləşən «Turist 5» kafesinin yaxınlığında piyada hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış, üzərinə keçirilmiş baxış zamanı həmin narkotik narkotik vasitə qurudulmuş marixuana 01 ədəd sellofona bükülmüş bükülü aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında iştirak edən: İnzibati xəta haqqında protokolu tərtib etmiş X5 göstərdi ki, o, Biləsuvar Rayon X10 təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 16 noyabr 2024-cü il tarixdə Şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxs şöbənin əməkdaşları tərəfindən Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində yerləşən «Turist 5» kafesinin yaxınlığında 01:00 radələrində piyada hərəkətdə olduğu vaxt saxlanılmış, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş və bu zaman onun üzərindən 1 ədəd telefon və 01 ədəd bükümdə təmiz çəkisi -7.90 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Toplanmış məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X6 tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığına görə həmin şəxs barədə materiallar Biləsuvar Rayon X10 təhlükəsizlik bölməsinə göndərilmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, ailə üzvləri ilə birlikdə, Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna yaşayaış massivində yaşayır. O, izahatında bildirdi ki, əvvəllər narkotik vasitələrin istifadəçisi olub. Biildirdi ki, Bakıdan Cəlilabada əsgər yoldaşının yanına gedirdi, bu zaman Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış və üzərindən narkotik vasitə aşkar ediblər. Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində seçiləcək inzibati təbeh tədbirinin növünü məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 19 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardaddan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməsinə dair işə baxılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında” 19 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, 16 noyabr 2024-cü il tarixdə, saat 01:00 radələrində Məmmədov X3 rayonu Xırmandalı kəndi ərazisində piyada hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlayaraq gəzdirmişdir. “İnzibati qaydada tutma haqqında” AZA 020102 nömrəli, 18 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 18 noyabr 2024-cü il tarixdə, saat 18:15-də tutulmuş, 19 noyabr 2024-cü il tarixdə azad edilmişdir. “Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” AZA 008355 nömrəli, 18 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 16 noyabr 2024-cü il tarixli, 19/734 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs təqdim etdiyi bükülünün qablaşdırıldığı zərf...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi -4.923 qram olan bitki mənşəli kütlə tərkibinda narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadir. Tədqiqata 0,05 qram sərf olunmuş, qalıq – 4.873 qram qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 Məcburi X7 18 noyabr 2024-cü il tarixli 796 nömrəli ekspert rəyindən görünür ki, Şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında baxış keçirilmiş 1 ədəd CD diskdəki görüntülərlə müəyyən olunur ki, Şəxs narkotik vasitə qurudulmuş marixuananı daşıyarkən, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 16 noyabr 2024-cü il tarixdə, saat 01:00 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində yerləşən “Turist 5” kafesinin yaxınlığında piyada hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış, üzərinə keçirilmiş baxış zamanı həmin narkotik narkotik vasitə qurudulmuş marixuana 01 ədəd sellofona bükülmüş bükülü aşkar olunaraq götürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X1 Məcburi X7 18 noyabr 2024-cü il tarixli 796 rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 16 noyabr 2024-cü il tarixli, 19/734 saylı rəyi eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlini etiraf edərək peşman olmasını onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsi ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs oğluna məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi -4.873 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar