Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1080/2024 19.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X11 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X5 Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs barəsində daxil olmuş məlumatın araşdırlıması məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 15:15 radələrində Biləsuvar Rayon Səmədabad polis bölməsinin əməkdaşları Biləsuvar rayon Nəsimi kəndində olduqları zaman Şəxs ucadan onların ünvanına nalayiq söyüş söyərək ictimai qaydanı kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X5 Bölməsinin sahə rəisi X2 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:15 radələrində Biləsuvar RPŞ-nin Səmədabad PB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı X12, polis sahə rəisi, polis leytenantı X8, sahənin polis nəfəri polis baş serjantı X15, sahənin polis nəfəri, polis baş serjantı X3 və polis serjantı X9 ilə birlikdə Nəsimi kəndində xidməti zərurətlə əlaqədar gəzinti apararkən, həmin ərazidə ferması olan Şəxs onların olduğu tərəfə gələrək və uca səslə polis əməkdaşlarının ünvanına nalayıq söyüşlər söymüşdür. Polis əməkdaşları Şəxs yaxınlaşaraq onu nizam intizama dəvət edib qanunsuz hərəkətlərinə son verməsini tələb etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək, uca səslə yenidən onların ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Polis əməkdaşları Şəxs Səmədabad Polis Bölməsinə dəvət etmiş, lakin Şəxs onların qanuni tələblərinə məhəl qoymamışdır. Onun barəsində qanuni tədbir görülməsi üçün Biləsuvar rayon Səmədabad polis bölməsinə aparılaraq növbətçi hissəsinə təhvil verilmiş və orada məlum olmuşdur ki, həmin şəxs Biləsuvar rayon sakini xx.xx.1977-ci il təvəllüdlü Şəxsdur. Beləliklə, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək göstərmişdir ki, həmin vaxtı o özünə məxsus fermanın yanında olarkən polis əməkdaşları ona yaxınlaşmış və onu Biləsuvar rayon Səmədabad polis bölməsinə gətirmişlər. X4 izahat verərək bildirmişdir ki, 18.11,2024-cü il tarixdə saat 15:15 radələrində Biləsuvar RPŞ-nin Səmədabad PB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı X12, polis sahə rəisi, polis leytenantı X8, sahənin polis nəfəri polis baş serjantı X15, sahənin polis nəfəri polis baş serjantı X3 və polis serjantı X9 ilə birlikdə Nəsimi kəndində xidməti zərurətlə əlaqədar gəzinti apararkən, həmin ərazidə ferması olan Şəxs onların olduğu tərəfə gələrək və uca səslə polis əməkdaşlarının ünvanına nalayıq söyüşlər söymüşdür. Polis əməkdaşları Şəxs yaxınlaşaraq onu nizam intizama dəvət edib qanunsuz hərəkətlərinə son verməsini tələb etmiş, lakin Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək, uca səslə yenidən onların ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Polis əməkdaşları Şəxs Səmədabad Polis Bölməsinə dəvət etmiş, lakin Şəxs onların qanuni tələblərinə məhəl qoymamışdır. Onun barəsində qanuni tədbir görülməsi üçün Biləsuvar rayon Səmədabad polis bölməsinə aparılaraq növbətçi hissəsinə təhvil verilmiş və orada məlum olmuşdur ki, həmin şəxs Biləsuvar rayon sakini 1977-ci il təvəllüdlü Şəxsdur. X15, X3 və X9 X4 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan 18 noyabr 2024-cü il tarixli AZA N 020102 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 18 noyabr 2024-cü il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuş və 19 noyabr 2024-cü il tarixdə saat 15:50-də azad edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinin tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on gün) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 19 noyabr 2024-cü il tarixdən saat 17:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X18
Məhkəmə qərarları › İş №3(022)-1080/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1080/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver