Məhkəmə qərarları › İş №3(022)-1087/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1087/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1087/2024 04.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tənbehi olmayan, Biləsuvar şəhəri B.Abasov küçəsi, ev 4-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2024-cü il tarixdə özünə məxsus evində tikinti işləri görən zaman əmisi oğlu Zərərçəkmiş şəxs məxsus dam örtüyünü sındıraraq, sonuncuya 90 manat dəyərində maddi ziyan vurmuşdur. Bununla da Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, yaşadığı ünvanın həyətində tikinti işləri görürdü.Onunla qonşu olan əmisi oğlu Zərərçəkmiş şəxs onun həyəti ilə çəpərə birləşik dam tikmişdir. Həmin dam örtüyünün çıxıntıları həyətinə tərəf keçdiyinə görə iş görməsinə mane olurdu.O, Zərərçəkmiş şəxs dəfələrlə həmin çıxıntıları sökməsini desə də, o, ona fikir verməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə hamam tikən zaman əmisi oğluna məxsus dam örtüyünün üst tərəfinin həyətinə tərəf keçən hissəsini əli ilə qıraraq sökmüşdür. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə evində olan zaman, qonşuluqda yaşayan əmisi oğlu Şəxs özünə məxsus həyətində dam tikən zaman damlar yaxın olduqlarından ona məxsus damın örtüyünün taxtalarını kəsmiş və nəticədə damın üst hissəsi açıq qalmışdır.Damın üstü açıq qaldığı üçün damda olan yem məhsulları yağış suyu altında qalaraq ona ziyan dəymişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X1 HK-1/1820 nömrəli yoxlama materialı üzrə «cinayət işi başlanılmasının rədd edilməsi haqqında» 11 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə Biləsuvar Rayon Polis Şöbəsinin icraatında olan materiallar üzrə cinayət işinin başlanması rədd olunmuş, Zərərçəkmiş şəxs məxsus dam örtüyünü qəsdən özgə əmlakını məhv edən Biləsuvar şəhər sakini Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin gürülməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin Biləsuvar RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə özünə məxsus evində tikinti işləri görən zaman əmisi oğlu Zərərçəkmiş şəxs məxsus dam örtüyünü sındıraraq, sonuncuya 90 manat dəyərində ziyan vurmuşdur. İş materiallarında olan “Azərtikinti” inşaat materiallarının rəhbərliyi tərəfindən tərtib olunmuş məktubdan görünür ki, 10 ədəd 1.70 x1 ölçüsündə Azbes dam örtüyünün orta bazar qiyməti hal-hazırda 90 manat təşkil edir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, Şəxs tərəfindən vurulmuş ziyan ümumilikdə 90 manat təşkil edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. İşin hallarını və Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 232-1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair“ 02 noyabr 2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində inzibati xəta nəticəsində vurulmuş 90 (doxsan) manat ziyanın iki misli, yəni 180 (yüz səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar