Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1089/2023 25.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X8 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X4 Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1971-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 25 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində Biləsuvar şəhəri ərazisində yerləşən X2 filialının Biləsuvar rayon Xidmət Şöbəsində sərxoş vəziyyətdə nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş və cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında göstərdi ki, o, Biləsuvar Rayon Polis X4 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. 25 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində Şəxs X2 filialının Biləsuvar rayon Xidmət Şöbəsinin inzibati binasına daxil olaraq, orada səs-küy salmış və şöbənin əməkdaşlarına hədə-qorxu gəlmişdir. Belə ki, Şəxs sərxoş vəziyyətdə şöbənin müdiri ilə görüşmək istədiyini və ona iş verilməsini tələt etmişdir. Həmin şəxs ona iş verilməyəcəyi təqdirdə şöbənin əməkdaşlarına xəsarət yetirəcəyini bildirmiş, habelə həmin vaxt o, “Vətən müharibəsi” iştirakçısı olduğunu bildirərək, ona üstünlük verilməli olmasını bildirmişdir. Həmçinin Şəxs şöbənin inzibati binasının daxilində siqaret çəkməyə başlamış və ona xəbardarlıq edilməsinə baxmayaraq, öz qanunsuz hərəkətlərinə davam etmişdir. Buna görə də polis əməkdaşları həmin şəxsi məcburi surətdə X2 filialının Biləsuvar rayon Xidmət Şöbəsinin inzibati binasından çıxarmış və Biləsuvar rayon polis şöbəsinə gətirərək, növbətçi hissəyə təhvil vermişlər. Həmin şəxs Biləsuvar rayon Polis Şöbəsinə gətirildikdən sonra onun Biləsuvar şəhər sakini, xx xxxx 1971-ci il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. O, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 maddəsinin tərkibinin olmasını müəyyən etmiş və buna görə də o,Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə özünü təqsirli bilərək, göstərdi ki, o, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, Təzə məhəllə ünvanındaailəi ilə birgə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O artıq iki ildir ki, X2 filialının Biləsuvar rayon Xidmət Şöbəsində işsiz kimi qeydiyyatdadır, lakin o, heç bir işlə təmin olunmamışdır. O, 25 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində sərxoş vəziyyətdə olmuş və buna görə də etdiyi əməllərin mənasını dərk etmək iqtidarında olmamışdır. Belə ki, o, həmin gün saat 11 radələrində X2 filialının Biləsuvar rayon Xidmət Şöbəsinin inzibati binasına daxil olaraq, şöbənin müdiri Səbuhi adlı şəxs ilə görüşmək istəmiş, lakin onun istəyi baş tutmamışdır. Bundan sonra o, əsəbiləşərək, hay-küy salmağa başlamış və hazırda xatırlamadığı bir sıra nalayiq ifadələr istifadə etmiş, habelə həmin şöbənin əməkdaşlarına hədə-qorxu gəlmişdir. Sonradan isə polis əməkdaşları onu məcburi şəkildə şöbənin inzibati binasından çıxarmış və Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. O, hazırda əməlindən peşimandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, o, X2 filialının Biləsuvar rayon Xidmət Şöbəsində baş mütəxəssis vəzifəsində işləyir. 25 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində Şəxs adlı şəxs sərxoş vəziyyətdə şöbənin inzibati binasına daxil olaraq, Xidmət Şöbəsinin müdiri ilə görüşmək istədiyini bildirmiş və səs-küy salaraq, digər şəxslərə mane olmuşdur. Bundan sonra həmin şəxs şöbənin inzibati binasında siqaret çəkməyə başlamışdır. Həmin əməlini dayandırması barədə Şəxs xəbardarlıq edilsə də, sonuncu öz hərəkətlərinə davam etmiş və ona iş verilməsini şöbənin əməkdaşlarından tələb etmişdir. Həmin vaxt Şəxs əynində hərbi forma olmuş və o, özünü “Vətən müharibəsi” iştrakçısı kimi qələm verərək, ona dərhal iş verilməli olduğunu bildirmişdir. Bundan sonra Şəxs şöbənin əməkdaşlarına hədə-qorxu gələrək, tələbinin icra edilmədiyi təqdirdə sonuncuları izləyəcəyini və onlara xəsarət yetirəcəyini bildirmişdir. Sonradan Biləsuvar rayon polis şöbəsinin məkdaşları tərəfindən həmin şəxs şöbənin inzibati binasından məcburi şəkildə çıxarılaraq, polis avtopatruluna mindirilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxsi və şahidi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə onun məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, həbsin əvvəli tutulduğu vaxtdan, yəni 25 oktyabr 2023-cü il tarixdən saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində 5 (beş) müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarixdən saat 11:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1089/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1089/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver