Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1094/2023 06.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, xx.xx.1986-cı ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tanbehi olmayan, Neftçala rayonu Qaçaqkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2023-cü il tarixdə Biləsuvar rayonu “Mahmudçala” ovçuluq təsərrüfatı ərazisində sənədsiz ov tüfəngi ilə ov edən zaman saxlanılmışdır. Buna görə də Şəxs barəsində Biləsuvar rayon Polis Şöbəsi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xətanı törətmiş şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqana məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 590.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Şəxs özünə məxsus sənədsiz “İJ 54” markalı, 12 çaplı, kk-311 qoşalülə ov tüfəngini müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxlamış və daşımışdır. İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxsə verilməsi və ya satılması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını və İXM-in 26.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində özünə məxsus sənədsiz “İJ 54” markalı, 16 kalibrli, 311 qoşalülə ov tüfəngi müsadirə edilməklə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinsin və “İJ 54” markalı, 12 çaplı, kk-311 qoşalülə ov tüfəngi müsadirə edilməklə Şəxs barəsində 90 (doxsan) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(022)-1094/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1094/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver