Məhkəmə qərarları › İş №3(022)-1100/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-1100/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-1100/2023 02.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin hakimi X1, X4, 02 sentyabr 1989-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu Səmədabad kəndində yaşayan barəsində Azərbaycan Respublikası Ekologiya Yol Patrul Xidməti inspektoru X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında qərardan X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 01 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya Yol Patrul Xidməti inspektoru X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında qərardan X2 şikayəti və ona əlavə edilmiş materiallar Biləsuvar rayon məhkəməsinə daxil olmuşdur. Şikayət və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X5 07 oktyabr 2023-cü il tarixdə Bakı Kənar Dairəvi ərazidə yol hərəkəti qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 110-cü maddələrinə əsasən inzibati xəta haqqında işə, o cümlədən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəməyə daxil olmuş materiallardan görünür ki, X5 inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması barədə vəsatət verməmişdir. Həmin Məcəllənin 106-ci maddəsinə əsasən əgər inzibati xəta haqqında işin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsinə dair qərardad qəbul edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün inzibati xətanın törədildiyi yer üzrə Qaradağ rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109,110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 barəsində Azərbaycan Respublikası Ekologiya Yol Patrul Xidməti inspektoru X3 07 oktyabr 2023-cü il tarixli inzibati xəta törədilməsi haqqında qərarından şikayəti və onu əlavə edilmiş materiallar adiyyəti üzrə baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayəti verilmir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar