Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1102/2023 06.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X7 Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci ildə İmişli rayonu Aranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, İmişli rayonu Aranlı kəndində kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsi Səmədabad PB-dən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:50 radələrində Biləsuvar–Bəhrəmtəpə yolunun 50-ci km-də ictimai qaydanı kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X7 Bölməsinin sahə rəisi X2 göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə saat 22:50 radələrində Biləsuvar RPŞ-nin Səmədabad PB-nin polis nəfəri, polis serjantı X6, polis nəfəri, polis serjantı X10 və PB-nin növbətçi sürüçüsü polis baş serjantı X4 ilə birlikdə Biləsuvar- Bəhrəmtəpə yolunun 50 km-də İmişli rayonu Aranlı kəndinin qarşısından keçərkən yolun kənarında bir nəfər şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim edərkən görmüşlər ki, həmin şəxs sərxoş halda ucadan nalayıq söyüşlər söyür. Onlar onu nizam iltizama dəvət etsələr də, o, onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam edtirmişdir. Onun hərəklətlərinə son qoymaq və şəxsiyyətini müəyyən etmək məqsədi ilə onu Səmədabad PB-nə dəvət etmişlər. O, onlarla Səmədabad PB-nə gəlmiş və PB-də müəyyən olunmuşdur ki, şəxs İmişli rayonu Aranli kənd sakini xx.xx.1972-ci il təvəllüdlü Şəxsdur. Beləliklə, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokollarda göstərilən xüsusatları təsdiq edərək, hazırda əməlindən peşiman olmasını, bir də belə hərəkətlərə yol verməyəcəyini bildirməklə, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 510-cu və İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir. İş materiallarında olan MN № ******* saylı protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:50 radələrində Biləsuvar–Bəhrəmtəpə yolunun 50-ci km-də küçədə sərxoş vəziyyətdə Şəxs nəlayiq söyüşlər söymüşdür. İş materiallarında olan MN № ******* saylı protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:50 radələrində Biləsuvar–Bəhrəmtəpə yolunun 50-ci km-də küçədə sərxoş vəziyyətdə Şəxs nəlayiq söyüşlər söymüş, onu intizama dəvət edən polis əməkdaşlarınn qanuni tələblərinə tabe olmamışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs barədə 31 oktybar 2023cü il tarixdə inzibati qaydada tutma tətbiq edilmişdir. Belə ki, İXM-in 510-cu və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(022)-1102/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1102/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver