Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1118/2024 26.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Biləsuvar rayonu Aşağı-Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar şəhəri M.Müşfiq küçəsi ev 19-da yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:35 radələrində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:35 radələrində YPX-nin inspektoru polis baş serjantı Əhməd Məmmədzadə ilə birlikdə xidmətdə olan Biləsuvar şəhəri H.Əliyev prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində BMW markalı ** XG *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü yolun əks istiqamətinə çıxaraq avtomobili xidmət apardıqları **-YP-*** çağrışlı avtomobilin üzərinə sürmüşdür. Bu zaman onlar geri qayıdaraq həmin avtomobilə xüsusi sayrışan işıq cihazları ilə saxla işarəsi vermişlər. Sürücü avtomobili saxladıqdan sonra YPX-nin inspektoru polis baş serjantı Əhməd Məmmədzadə sürücüyə yaxınlaşaraq özünü təqdim etdikdən sonra sürücüdən spirtli içki qoxusu gəldiyini hiss edərək onu tibbi müavinəyə dəvət etmişlər. Tibbi müavinə zamanı müəyyən olunmuşdur ki, həmin şəxs Biləsuvar şəhər sakini xx.xx.1983-cü il təvəllüdlü Şəxsdur. Vətəndaş Şəxs tibbi müayinə zamanı orta dərəcəli sərxoş olduğu üçün Şəxs avtomobilini RPŞ-nin müvəqqəti duracağa öz iştirakı ilə aparan zaman Şəxs polisin ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamışdır. O, dəfələrlə Şəxs nizam intizama dəvət etsə də, Şəxs hərəkətlərinə son qoymayaraq polisin qanuni tələblərinə tabe olmayaraq söyüşlərinə müvəqqəti duracağa qədər davam edərək, orada da avtomaşından düşərək hərəkətlərinə davam edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Onlar bu səbəbdən qeyd olunan ünvana növbətçi hissədən kömək istəmişlər. Köməyə gələn PPXB-nin əməkdaşları ilə birlikdə Şəxs barəsində tədbir görülməsi üçün RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, 25 noyabr 2024-cü il tarixdə Biləsuvar rayonunda toy məclisində spirtli işki qəbul etmişdir.Toydan sonra şəxsi avtomaşını olan 90 XG-084 nömrə nişanlı BMV markalı avtomaşına əyləşərək yaşadığı evə doğru hərəkət edən zaman S.Vurğun küçəsində xidmətdə olan yol patrul xidməti əməkdaşları ona ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün saxla işarəsi vermişlər.O avtomaşını saxladıqdan sonra RPŞ-nin əməkdaşları özlərini təqdim edərək, onu RPŞ-yə dəvət etmişlər, lakin bu zaman sərxoş və əsəbi olduğumdam onları təhqir etməklə RPŞ-yə getməkdən imtina etmiş, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra onu polis şəbəsinə gətirərək növbtçi hissəyə təhvil vermişlər. Hazırda əməlimdən peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, 25 noyabr 2024-cü il tarixdə Biləsuvar şəhərində xidmətdə olan zaman H.Əliyev prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində BMW markalı ** XG *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü yolun əks istiqamətinə çıxaraq avtomobili xidmət apardıqları **-YP-*** çağrışlı avtomobilin üzərinə sürmüşdür. Bu zaman onlar geri qayıdaraq həmin avtomobilə xüsusi sayrışan işıq cihazları ilə saxla işarəsi vermişlər. Sürücü avtomobili saxladıqdan sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra ona qayda pozuntusunu izah edərkən sürücüdən spirtli içki qoxusu gəldiyini hiss etmişlər, ona görə də onu tibbi müayinəyə dəvət etmişlər. Müayinə nəticəsində sürücünün Şəxs olduğu və orta dərəcəli sərxoş olduğu onlara məlum olmuşdur. Avtomobili RPŞ-nin MD-na apararkən vətəndaş A. Cəfərov polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət etsələr də, Şəxs öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmamışıdır. Buna görə də PPXB-nin əməkdaşlarından kömək istəmişlər və onların köməyi ilə A.X8 gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid X6 şahid X1 eyni məzmunlu ifadə veərərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 26 noyabr 2024-cü il tarixdən saat 17:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(022)-1118/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1118/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver