Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1119/2023 13.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X6, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş X21 iştirakları ilə xx.xx.1990-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar RPŞ-nin X12 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 30 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində küçədə X5 alın nahiyəsindən dərəcəsi bəlli olumnayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında göstərmişdir ki, Biləsuvar rayonu İsmətli kənd sakini X14 xx.xx.2023-cü il tarixdə DİN-nin 102 Zəng xidməti mərkəzinə müraciət edərək Sura və Xəzər adlı qonşularının ailə üzvləri ilə birlikdə ona hücum etməsini və azyaşlı oğlunu döyməsini bildirmişdir. Eyni zamanda X1 RPŞ-nin Səmədabad PB-nə ərizə ilə müraciət edərək 3 gün əvvəl qonşusu Ülviyə və sonuncunun oğlu Nihadın köməksiz vəziyyətdə olan oğlu Talehi döymələrini göstərmişdir. Biləsuvar rayon İsmətli kənd sakini X21 xx.xx.2023-cü il tarixdə DİN-nin 102 Zəng xidməti mərkəzinə və Biləsuvar RPŞ-nin Səmədabad PB-nə müraciət edərək Şəxs tərəfindən döyülməsini bildirmişdir.Biləsuvar rayon İsmətli kənd sakini X22 xx.xx.2023-cü il tarixdə DİN-nin 102 Zəng-xidməti mərkəzinə müraciət edərək X7 və ailə üzvlərinin onun evini daşlaması, ziyan yetirməsi və mütəmadi olaraq narahat etməsi səbəbindən əlacının özünü öldürmək olduğunu bildirmişdir. Biləsuvar rayonu İsmətli kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Biləsuvar RPŞ-nin Səmədabad PB-nə müraciət edərək 28 sentyabr 2023-cü il tarixdə X21 və X18 azyaşlı X42u döymələrini, 30 sentyabr 2023-cü il tarixdə isə Biləsuvar rayonu İsmətli kəndində poçtun yaxınlığında İdrət İmanovun onu nalayiq sözlərlə təhqir etməsini, X8 isə onu döyməsini göstərmişdir.X22 xx.xx.2023-cü il tarixdə Biləsuvar RPŞnin Səmədabad PB-nə ərizə ilə müraciət edərək əmisi oğlu İdrət İmanovun və onun ailə üzvlərinin mütəmadi olaraq onun ailəsini narahat etməsi səbəbindən intihar həddinə çatmasını göstərmişdir. Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Nicat İbayev tərəfindən aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmaması əsası ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1, 86, 207.5.2 və 212-ci maddələrinə əsasən cinayət işi başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, X23 ilə 2010-cu ildə ailə həyatı qurmuşlar. Onların nikahlarından iki övladları vardır. X21 onun qonşusudur. 28 sentyabr 2023-cü il tarixdə azyaşlı X42 saat 19 radələrində velosipedlə küçə ilə hərəkət edərkən İdrət İmanovun azyaşlı uşaqları Taleh İmanov və Günay İmanova ona daş atmışlar. Oğlu həmkəndlisi Tacəddingildən pul götürüb geri qayıtdıqda sonuncu Nihada onun göyərçini oğurladığını demişdir. X42 Tacəddinə göyərçini oğurlamadığını, ona bu sözü kimin dediyini soruşmuşdur. Tacəddin ona bu barədə Taleh İmanovun məlumat verdiyini demişdir. Bundan sonra oğlu X39 İmanova məxsus evə getmişdir. Darvazasının qarşısında dayanaraq Taleh İmanovu çağırmışdır. Taleh darvazanın qarşısına çıxdıqda oğlu ondan Tacəddinin göyərçinini oğurladığını gördüyünü soruşmuşdur. Taleh İmanov heç kimə bu barədə söz demədiyini bildirmişdir. Nihad ona bu barədə Tacəddinin məlumat verdiyini bildirmişdir. Bundan sonra Taleh İmanov oğlunun ünvanına nalayiq söz işlətmişdir. Onların aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Taleh imanov X42a yumruqla zərbələr endirmişdir. Bu zaman İdrət İmanov darvazanın qarşısına çıxmışdır. Onun X42 özünü müdafiə etmək üçün velosipedi yerə qoymaq istədikdə, İdrət İmanov oğluna yaxınalaşarq üz nahiyəsinə bir neçə dəfə sillə vurmuşdur. Həmin vaxt anası X2 rayonu Alar kəndindən dayısı oğlanları Nahil, Zahid və Dilbər oğlu ilə yaşadığı evə gəlirmiş, arvadı Ülviyə Ağazadə darvazanı açmağa getmişdir. Arvadı darvazanı açdıqda X20 Hüseynovu döydüyünü görmüşdür. Arvadı oğlunu İdrət İmanovdan ayırmaq üçün ora getmişdir. Bu zaman anasıgil avtomobillə həyətə daxil olmuşlar. X30 İdrət İmanovdan niyə azyaşlı övladını döyüdüyünü soruşmuşdur, İdrət İmanov arvadının ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Bu zaman anası, dayısı oğlanları bu hadisəyə şahid olmuşdur. İdrət İmanov onun və qardaşının ünvanına nalayiq ifadə işlətmişdir. Arvadı azyaşlı X42u yaşadığı ünvana gətirmişdir. İdrət İmanov onun və ailəsinin ünvanına nalayiq sözlər işlətmişdir. 30 sentyabr 2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhərindən yaşadığı evə gəlmişdir. 30 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində saçını səliqəyə saldırmaq üçün kənd ərazisində bərbər işləyən Xəyal İmanovun bərbərxanasına getmişdir.O, bərbərxananın qabağında dayanaraq siqaret çəkməyə başlamışdır. Həmin vaxt qardaşı Bəhruz İmanov istifadəsində olan mobil nömrəyə zəng edərək yaşadığı evdə dava-dalaş olmasını və tez getməyini demişdir. O, qaçaraq yaşadıdığı evə getmişdir. O, həyətə daxil olanda İdrət İmanov və ailə üzvlərinin həyətyanı sahələrini ayıran hasarın o biri üzündən ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir, İdrət İmanova söyüş söyməməsini demişdir. İdrət İmanov ailə üzvlərinə qarşı nəlayiq ifadələr işlətməyə başlamışdır, İdrət İmanov onu və qardaşı Bəhruz İmanovu tutduracağını demişdir. İdrət İmanov arvadı Ülviyə Ağazadənin polis əməkdaşı ilə nikahdan kənar münaisbət saxladığını demişdir. İdrət İmanovun onun arvadı X14, azyaşlı uşaqları Taleh İmanov və Günay İmanovadan ibarət ailə üzvlərinin ünvanına nəlayiq sözlər işlətdiyi üçün onun səhhəti pisləşmişdir. O, bundan sonra yerə yıxılmış və Təcili Tibbi yardıma zəng etmişdir. X33 işçiləri 15 dəqiqə sonra yaşadığı ünvana yaxınlaşaraq ona tibbi yardım göstərmişlər. X33 işçiləri ünvanından çıxanda polis əməkdaşları İdrət İmanovun evinə yaxınlaşmışlar. Bundan sonra baş vermiş hadisə barədə arvadı X27 rayon polis şöbəsinin Səmədabad polis bölməsinə ərizə ilə müraciət etmişdir. Bir qədər sonra ona ağrıkəsici vurulduğu üçün yatmışdır. 30 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində mağazaya getmişdir. O, mağazada bazarlıq edərək yaşadığı ünvana geri qayıdanda həmkəndlisi Əli ilə qarşılaşmışdır. O, söhbət etdiyi zaman İdrət İmanov ona yaxınlaşaraq cinsiyyət orqanını kəsəcəyini demişdir. O, İdrət İmanova ondan nə istədiyini soruşmuş, İdrət İmanov ünvanına nalayiq sözlər işlətmişdir. O, İdrət İmanova ondan əl çəkməsini demişdir. İdrət İmanov üzərinə gələrək yaxasında tutmuşdur. Həmin vaxt sol əlində sellofan olmuşdur. O, İdrət İmanova ondan əl çəkməsi üçün yalvarmışdır. İdrət İmanov əllərini sinə nahiyəsindən çəkmədiyi üçün onu boğaz nahiyəsindən sağ əlinin içərisi ilə itələmişdir. İdrət İmanov geri gedərək özünü qəsdən yerə yıxaraq kürəyini palçığa sürtmüşdür. İdrət İmanov yerdən qalxaraq “mənə də bu lazım idi, gör sənin ananı necə ağladacam”-demişdir. Bu zaman arxa tərəfdən boyun və üz nahiyəsinə iki dəfə sillə dəymişdir. O geriyə döndükdə sillələri vuranın X25 olmasını görmüşdür. O, Cavad Hüseynovun üzünə baxaraq niyə onu vurmasını soruşmuşdur. Cavad Hüseynov ona heç bir söz deməmişdir. O bundan sonra X17 Hüseynova zəng edərək atasının etdiyi əməl barədə məlumat vermişdir. Anar Hüseynov atası ilə danışmadığını bildirmişdir. 30 sentyabr 2023-cü il tarixdə yaşadığı Biləsuvar rayonu İsmətli kəndində poçtun yaxınlığında həmkəndlisi Emil adlı şəxsin mağazasının yanında İdrət İmanovla aralarında münaqişə baş vermiş, bu hadisə mübahisə ilə birlikdə təxminən 15 dəqiqə davam etmiş, bu hadisəyə həmkəndliləri Əli, Əhəd ibayev, mağazanın sahibi Emil, Güllər Mirzəyev və başqa tanımadığı şəxslər şahid olmuşlar. Məhkəmə iclasında X21 bildirmişdir ki, Şəxs onun əmisi oğlu və həm də qonşusudur. 28 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində oğlu X43 Hüseynovun X42 çağırmışdır. Taleh yaşadıqları evin qarşısına çıxmışdır. 2-3 dəqiqə sonra yaşadığı evin darvazasının qarşısından səs-küy gəlməsini eşidib o da bayıra çıxmışdır. O, darvazanın qarşısına çıxanda Ülviyyə Ağazadə ilə oğlu X10 İmanovu döydüyünü görmüşdür. O, Ülviyyə Ağazadəyə niyə xəstə övladını döydüyünü soruşmuşdur. Ülviyyə Ağazadə övladını götürərək oradan uzaqlaşmışdır. O, bundan sonra Şəxs qardaşı Bəhruz İmanova zəng edərək bu barədə məlumat vermişdir. 30 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində arvadı X14 istifadəsində olan mobil nömrəyə zəng edərək Ülviyyə Ağazadənin qardaşı Səddam Ağazadənin onun ünvanına nalayiq ifadələr işlətməsini demişdir. O bundan sonra yaşadığı evə getmişdir. O, yolda olan zaman Bəhruz İmanovun mobil nömrəsinə zəng edərək bu barədə məlumat vermişdir. O, evə çatanda Şəxs qaçaraq yaşadığı evə getdiyini görmüşdür. O, evə daxil olmuşdur. Şəxs yaşadığı evin həyətinə daxil olandan sonra arvadı Sevinc Hüseynovanın ünvanına nalayiq ifadələr işlətməsini eşitmişdir. O, hasarın bu tərəfindən Şəxs arvadının ünvanına nalayiq ifadələr işlətməməsini demişdir. Arvadı baş vermiş hadisə barədə DİN-nin 102 Zəng xidmət mərkəzinə müraciət etmişdir. 30 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində poçtun qarşısında əyləşibmiş. Həmin vaxt Şəxs və Emil adlı şəxsin marketindən çıxmasını görmüşdür. O, Şəxs yaxınlaşaraq niyə söyüş söydüyünü soruşmuşdur. Şəxs yumruğunu sıxaraq ona rədd ol demişdir. Bundan sonra onların aralarında mübahisə başlamış, mübahisə zamanı ünvanına nalayiq ifadə işlətmişdir. Mübahisə zamanı onun boğaz nahiyəsindən yapışaraq sıxmağa başlamış, o, nəfəs ala bilməmiş və yerə yıxılmışdır. Həmin vaxt orada olan həmkəndliləri Laçın Cəbrayılov, Güllər Mirzəyev, Emin Mirzəyev və başqaları onları aralaşdırmışlar. Emin Mirzəyev onu tutaraq poçta tərəf aparmışdır. Emin Mirzəyev onu uzaqlaşdıranda Şəxsla Cavad Hüseynovun mübahisə etdiklərini görmüşdür. 30 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Biləsuvar rayonu İsmətli kəndində poçtun yaxınlığında Şəxsla onun arasında dava-dalaş baş vermiş, bu hadisə mübahisə ilə birlikdə təxminən 15 dəqiqə davam etmiş, bu hadisəni orada olan X15, X26, X16, Əli Nəzərov, Şahin adlı şəxs, sonuncunun adını bilmədiyi oğlanları və xatırlamadığı təxminən 7-8 nəfər görmüşdür. 30 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Biləsuvar rayonu İsmətli kəndində poçtun yaxınlığında baş verən münaqişə zamanı alın nahiyəsindən, boğaz nahiyəsindən, sağ topuq nahiyəsindən xəsarət almışdır. 30 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Biləsuvar rayonu İsmətli kəndində poçtun yaxınlığında Şəxs ilə aralarında baş verən münaqişə zamanı alın nahiyəsindəki xəsarəti sonuncu yumruqla vuraraq yetirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İşin hallarını, habelə törədilən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunmasına kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X34
Məhkəmə qərarları › İş №3(022)-1119/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1119/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver