Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1120/2023 13.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X9, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X7 Bölməsinin sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, Biləsuvar rayonunun İsmətli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında göstərmişdir ki, Biləsuvar rayonu İsmətli kənd sakini X15 xx.xx.2023-cü il tarixdə DİN-nin 102 Zəng xidməti mərkəzinə müraciət edərək Sura və Xəzər adlı qonşularının ailə üzvləri ilə birlikdə ona hücum etməsini və azyaşlı oğlunu döyməsini bildirmişdir. Eyni zamanda X1 RPŞ-nin Səmədabad PB-nə ərizə ilə müraciət edərək 3 gün əvvəl qonşusu Ülviyə və sonuncunun oğlu Nihadın köməksiz vəziyyətdə olan oğlu Talehi döymələrini göstərmişdir. Biləsuvar rayon İsmətli kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin 102 Zəng xidməti mərkəzinə və Biləsuvar RPŞ-nin Səmədabad PB-nə müraciət edərək X19 tərəfindən döyülməsini bildirmişdir.Biləsuvar rayon İsmətli kənd sakini X22 xx.xx.2023-cü il tarixdə DİN-nin 102 Zəng-xidməti mərkəzinə müraciət edərək Şəxs və ailə üzvlərinin onun evini daşlaması, ziyan yetirməsi və mütəmadi olaraq narahat etməsi səbəbindən əlacının özünü öldürmək olduğunu bildirmişdir. Biləsuvar rayonu İsmətli kənd sakini X19 xx.xx.2023-cü il tarixdə Biləsuvar RPŞ-nin Səmədabad PB-nə müraciət edərək 28 sentyabr 2023-cü il tarixdə Şəxs və X20 azyaşlı X45u döymələrini, 30 sentyabr 2023-cü il tarixdə isə Biləsuvar rayonu İsmətli kəndində poçtun yaxınlığında Şəxs onu nalayiq sözlərlə təhqir etməsini, X10 isə onu döyməsini göstərmişdir.X22 xx.xx.2023-cü il tarixdə Biləsuvar RPŞ-nin Səmədabad PB-nə ərizə ilə müraciət edərək əmisi oğlu Şəxs və onun ailə üzvlərinin mütəmadi olaraq onun ailəsini narahat etməsi səbəbindən intihar həddinə çatmasını göstərmişdir. Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Nicat İbayev tərəfindən aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmaması əsası ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1, 86, 207.5.2 və 212-ci maddələrinə əsasən cinayət işi başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. X19 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, X19 onun əmisi oğlu və həm də qonşusudur. 28 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində oğlu Taleh X2 Hüseynov çağırmışdır. Taleh yaşadıqları evin qarşısına çıxmışdır. 2-3 dəqiqə sonra yaşadığı evin darvazasının qarşısından səs-küy gəlməsini eşidib o da bayıra çıxmışdır. O, darvazanın qarşısına çıxanda Ülviyyə Ağazadə ilə oğlu X13 İmanovu döydüyünü görmüşdür. O, Ülviyyə Ağazadəyə niyə xəstə övladını döydüyünü soruşmuşdur. Ülviyyə Ağazadə övladını götürərək oradan uzaqlaşmışdır. O, bundan sonra Xəzər Hüseynovun qardaşı Bəhruz İmanova zəng edərək bu barədə məlumat vermişdir. 30 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində arvadı X15 istifadəsində olan mobil nömrəyə zəng edərək Ülviyyə Ağazadənin qardaşı Səddam Ağazadənin onun ünvanına nalayiq ifadələr işlətməsini demişdir. O bundan sonra yaşadığı evə getmişdir. O, yolda olan zaman Bəhruz İmanovun mobil nömrəsinə zəng edərək bu barədə məlumat vermişdir. O, evə çatanda Xəzər Hüseynovun qaçaraq yaşadığı evə getdiyini görmüşdür. O, evə daxil olmuşdur. Xəzər Hüseynov yaşadığı evin həyətinə daxil olandan sonra arvadı Sevinc Hüseynovanın ünvanına nalayiq ifadələr işlətməsini eşitmişdir. O, hasarın bu tərəfindən Xəzər Hüseynova arvadının ünvanına nalayiq ifadələr işlətməməsini demişdir. Arvadı baş vermiş hadisə barədə DİNnin 102 Zəng xidmət mərkəzinə müraciət etmişdir. 30 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində poçtun qarşısında əyləşibmiş. Həmin vaxt Xəzər Hüseynovun və Emil adlı şəxsin marketindən çıxmasını görmüşdür. O, Xəzər Hüseynova yaxınlaşaraq niyə söyüş söydüyünü soruşmuşdur. Xəzər Hüseynovun yumruğunu sıxaraq ona rədd ol demişdir. Bundan sonra onların aralarında mübahisə başlamış, mübahisə zamanı ünvanına nalayiq ifadə işlətmişdir. Mübahisə zamanı onun boğaz nahiyəsindən yapışaraq sıxmağa başlamış, o, nəfəs ala bilməmiş və yerə yıxılmışdır. Həmin vaxt orada olan həmkəndliləri Laçın Cəbrayılov, Güllər Mirzəyev, Emin Mirzəyev və başqaları onları aralaşdırmışlar. Emin Mirzəyev onu tutaraq poçta tərəf aparmışdır. Emin Mirzəyev onu uzaqlaşdıranda X30 Hüseynovun mübahisə etdiklərini görmüşdür. 30 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Biləsuvar rayonu İsmətli kəndində poçtun yaxınlığında Xəzər Hüseynovla onun arasında dava-dalaş baş vermiş, bu hadisə mübahisə ilə birlikdə təxminən 15 dəqiqə davam etmiş, bu hadisəni orada olan X16, X23, X17, Əli Nəzərov, Şahin adlı şəxs, sonuncunun adını bilmədiyi oğlanları və xatırlamadığı təxminən 7-8 nəfər görmüşdür. 30 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Biləsuvar rayonu İsmətli kəndində poçtun yaxınlığında baş verən münaqişə zamanı alın nahiyəsindən, boğaz nahiyəsindən, sağ topuq nahiyəsindən xəsarət almışdır. 30 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Biləsuvar rayonu İsmətli kəndində poçtun yaxınlığında Xəzər Hüseynov ilə aralarında baş verən münaqişə zamanı alın nahiyəsindəki xəsarəti sonuncu yumruqla vuraraq yetirmişdir. Məhkəmə iclasında X19 izahatında göstərdi ki, X24 ilə 2010-cu ildə ailə həyatı qurmuşlar. Onların nikahlarından iki övladları vardır. Şəxs onun qonşusudur. 28 sentyabr 2023-cü il tarixdə azyaşlı X45 saat 19 radələrində velosipedlə küçə ilə hərəkət edərkən Şəxs azyaşlı uşaqları Taleh İmanov və Günay İmanova ona daş atmışlar. Oğlu həmkəndlisi Tacəddingildən pul götürüb geri qayıtdıqda sonuncu Nihada onun göyərçini oğurladığını demişdir. X45 Tacəddinə göyərçini oğurlamadığını, ona bu sözü kimin dediyini soruşmuşdur. Tacəddin ona bu barədə Taleh İmanovun məlumat verdiyini demişdir. Bundan sonra oğlu X42 İmanova məxsus evə getmişdir. Darvazasının qarşısında dayanaraq Taleh İmanovu çağırmışdır. Taleh darvazanın qarşısına çıxdıqda oğlu ondan Tacəddinin göyərçinini oğurladığını gördüyünü soruşmuşdur. Taleh İmanov heç kimə bu barədə söz demədiyini bildirmişdir. Nihad ona bu barədə Tacəddinin məlumat verdiyini bildirmişdir. Bundan sonra Taleh İmanov oğlunun ünvanına nalayiq söz işlətmişdir. Onların aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Taleh imanov X45a yumruqla zərbələr endirmişdir. Bu zaman Şəxs darvazanın qarşısına çıxmışdır. Onun X45 özünü müdafiə etmək üçün velosipedi yerə qoymaq istədikdə, Şəxs oğluna yaxınalaşarq üz nahiyəsinə bir neçə dəfə sillə vurmuşdur. Həmin vaxt anası X3 rayonu Alar kəndindən dayısı oğlanları Nahil, Zahid və Dilbər oğlu ilə yaşadığı evə gəlirmiş, arvadı Ülviyə Ağazadə darvazanı açmağa getmişdir. Arvadı darvazanı açdıqda Şəxs X45u döydüyünü görmüşdür. Arvadı oğlunu Şəxs ayırmaq üçün ora getmişdir. Bu zaman anasıgil avtomobillə həyətə daxil olmuşlar. X34 Şəxs niyə azyaşlı övladını döyüdüyünü soruşmuşdur, Şəxs arvadının ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Bu zaman anası, dayısı oğlanları bu hadisəyə şahid olmuşdur. Şəxs onun və qardaşının ünvanına nalayiq ifadə işlətmişdir. Arvadı azyaşlı X45u yaşadığı ünvana gətirmişdir. Şəxs onun və ailəsinin ünvanına nalayiq sözlər işlətmişdir. 30 sentyabr 2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhərindən yaşadığı evə gəlmişdir. 30 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində saçını səliqəyə saldırmaq üçün kənd ərazisində bərbər işləyən Xəyal İmanovun bərbərxanasına getmişdir.O, bərbərxananın qabağında dayanaraq siqaret çəkməyə başlamışdır. Həmin vaxt qardaşı Bəhruz İmanov istifadəsində olan mobil nömrəyə zəng edərək yaşadığı evdə dava-dalaş olmasını və tez getməyini demişdir. O, qaçaraq yaşadıdığı evə getmişdir. O, həyətə daxil olanda Şəxs və ailə üzvlərinin həyətyanı sahələrini ayıran hasarın o biri üzündən ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir, Şəxs söyüş söyməməsini demişdir. Şəxs ailə üzvlərinə qarşı nəlayiq ifadələr işlətməyə başlamışdır, Şəxs onu və qardaşı Bəhruz İmanovu tutduracağını demişdir. Şəxs arvadı Ülviyə Ağazadənin polis əməkdaşı ilə nikahdan kənar münaisbət saxladığını demişdir. Şəxs onun arvadı X15, azyaşlı uşaqları Taleh İmanov və Günay İmanovadan ibarət ailə üzvlərinin ünvanına nəlayiq sözlər işlətdiyi üçün onun səhhəti pisləşmişdir. O, bundan sonra yerə yıxılmış və Təcili Tibbi yardıma zəng etmişdir. X36 işçiləri 15 dəqiqə sonra yaşadığı ünvana yaxınlaşaraq ona tibbi yardım göstərmişlər. X36 işçiləri ünvanından çıxanda polis əməkdaşları Şəxs evinə yaxınlaşmışlar. Bundan sonra baş vermiş hadisə barədə arvadı X28 rayon polis şöbəsinin Səmədabad polis bölməsinə ərizə ilə müraciət etmişdir. Bir qədər sonra ona ağrıkəsici vurulduğu üçün yatmışdır. 30 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində mağazaya getmişdir. O, mağazada bazarlıq edərək yaşadığı ünvana geri qayıdanda həmkəndlisi Əli ilə qarşılaşmışdır. O, söhbət etdiyi zaman Şəxs ona yaxınlaşaraq cinsiyyət orqanını kəsəcəyini demişdir. O, Şəxs ondan nə istədiyini soruşmuş, Şəxs ünvanına nalayiq sözlər işlətmişdir. O, Şəxs ondan əl çəkməsini demişdir. Şəxs üzərinə gələrək yaxasında tutmuşdur. Həmin vaxt sol əlində sellofan olmuşdur. O, Şəxs ondan əl çəkməsi üçün yalvarmışdır. Şəxs əllərini sinə nahiyəsindən çəkmədiyi üçün onu boğaz nahiyəsindən sağ əlinin içərisi ilə itələmişdir. Şəxs geri gedərək özünü qəsdən yerə yıxaraq kürəyini palçığa sürtmüşdür. Şəxs yerdən qalxaraq “mənə də bu lazım idi, gör sənin ananı necə ağladacam”-demişdir. Bu zaman arxa tərəfdən boyun və üz nahiyəsinə iki dəfə sillə dəymişdir. O geriyə döndükdə sillələri vuranın X26 olmasını görmüşdür. O, Cavad Hüseynovun üzünə baxaraq niyə onu vurmasını soruşmuşdur. Cavad Hüseynov ona heç bir söz deməmişdir. O bundan sonra X18 Hüseynova zəng edərək atasının etdiyi əməl barədə məlumat vermişdir. Anar Hüseynov atası ilə danışmadığını bildirmişdir. 30 sentyabr 2023-cü il tarixdə yaşadığı Biləsuvar rayonu İsmətli kəndində poçtun yaxınlığında həmkəndlisi Emil adlı şəxsin mağazasının yanında Şəxsla aralarında münaqişə baş vermiş, bu hadisə mübahisə ilə birlikdə təxminən 15 dəqiqə davam etmiş, bu hadisəyə həmkəndliləri Əli, Əhəd ibayev, mağazanın sahibi Emil, Güllər Mirzəyev və başqa tanımadığı şəxslər şahid olmuşlar. İş materiallarına əlavə edilmiş 02 noyabr 2023-cü il tarixli «cinayət işi başlamasının rədd edilməsi haqqında» qərardan görünür ki, işdə cinayət tərkibi olmadığı üşün cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə zərərçəkmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X37
Məhkəmə qərarları › İş №3(022)-1120/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1120/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver