Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1121/2024 27.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X6 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində daxil olmuş məlumatın araşdırlıması məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 14:50 radələrində YPX-nin inspektoru polis baş serjantı Elvin Ağayev xidmətdə olan zaman Biləsuvar rayonu Xırmandalı kəndində VAZ 2106 markalı **-BV-*** dövlət nömrə nişanlı avtomaşının üzərində taksi işarəsi olduğu üçün saxlatdırmış və sürücü Şəxs sürücülük hüququ olmadığı üçün avtomaşını özünün iştirakı ilə RPŞ-nin müvəqqəti duracağına yerləşdirən zaman duracaqda Şəxs heç bir səbəb olmadan polis əməkdaşlarının ünvanına nalayiq söyüş söyərək ictimai qaydanı kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X5 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14:50 radələrində YPX-nin inspektoru polis baş serjantı Elvin Ağayev xidmətdə olan zaman Biləsuvar rayonu Xırmandalı kəndində VAZ 2106 markalı **-BV-*** dövlət nömrə nişanlı avtomaşının üzərində taksi işarəsi olduğu üçün tərəfindən xüsusi işıq cihazları vasitəsi ilə saxla işarəsi vermiş və həmin sürücünün taksi kimi fəaliyyət göstərməsi barədə lisenziyasının yoxlanılması üçün saxlatdırmışdır. Avtomaşını saxladıqdan sonra Elvin Ağayev sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, sonra sürücüdən sənədlərini istədikdə müəyyən olmuşdur ki, sürücü Biləsuvar rayonu Bəydili kəndi sakini Şəxs avtomaşını idarə etməsi üçün sürücülük hüququ yoxdur. Şəxs sürücülük hüququ olmadığı üçün avtomaşını özünün iştirakı ilə RPŞ-nin müvəqqəti duracağına yerləşdirən zaman duracaqda Şəxs heç bir səbəb olmadan uca səslərlə nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Polis əməkdaşları Şəxs nizam intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmayaraq onlarla mübahisə edərək söyüş söyməyə davam etmişdir. Bu səbəbdən də Biləsuvar rayon Polis Şöbəsinə aparılaraq növbətçi hissəsinə təhvil verilmişdir. Beləliklə, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatlarla bağlı göstərmişdir ki, həmin vaxtı o nalayiq ifadələr işlətsə də, lakin həmin ifadələri polis əməkdaşlarının ünvanına yox, öz ünvanına söylədiyini göstərmişdir. X2 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14:50 radələrində YPX-nin inspektoru polis baş serjantı Elvin Ağayevlə xidmətdə olan zaman Biləsuvar rayonu Xırmandalı kəndində VAZ 2106 markalı **-BV-*** dövlət nömrə nişanlı avtomaşının üzərində taksi işarəsi olduğu üçün tərəfindən xüsusi işıq cihazları vasitəsi ilə saxla işarəsi vermiş və həmin sürücünün taksi kimi fəaliyyət göstərməsi barədə lisenziyasının yoxlanılması üçün saxlatdırmışdır. Avtomaşını saxladıqdan sonra Elvin Ağayev sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, sonra sürücüdən sənədlərini istədikdə müəyyən olmuşdur ki, sürücü Biləsuvar rayonu Bəydili kəndi sakini Şəxs avtomaşını idarə etməsi üçün sürücülük hüququ yoxdur. Şəxs sürücülük hüququ olmadığı üçün avtomaşını özünün iştirakı ilə RPŞ-nin müvəqqəti duracağına yerləşdirən zaman duracaqda Şəxs heç bir səbəb olmadan uca səslərlə nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Şəxs nizamintizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmayaraq onlarla mübahisə edərək söyüş söyməyə davam etmişdir. Bu səbəbdən də Biləsuvar rayon Polis Şöbəsinə aparılaraq növbətçi hissəsinə təhvil verilmişdir. X4 X2 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinin tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on gün) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 27 noyabr 2024-cü il tarixdən saat 18:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(022)-1121/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1121/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver