Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1126/2024 13.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1956-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası Culfa rayonu N.Cavid küçəsi ev 26-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsi Əməliyyat-Təhqiqat İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Biləsuvar keçid məntəqəsində Naxçıvan Muxtar Respublikası-Bakı marşurutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarət zonasına daxil olaraq əl yüklərinin ərzaq mallarından ibarət olduğunu, gömrük nəzarətinə bəyan edilməli heç bir predmetin olmadığını bildirmişdir. Daha sonra sərnişin keçid xəttində olan “Heimann X-Ray” rentgen yük yoxlama qurğusundan keçərkən fərqli qara sellofan torbaların içərisində siqaretlərin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda əks olunması səbəbindən Şəxs ilə sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. Onun yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olubolmaması barədə sual verilmiş, o isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sonra 2 nəfər hal şahidi dəvət edilib onun əl yükləri yoxlanılmış və yoxlama zamanı Şəxs məxsus fərqli qara sellofan torbaların içərisində yerləşən qarışıq ərzaq yüklərinin içərisində yerləşən qarışıq ərzaq yüklərinin yanından gömrük nəzarətinə bəyan edilməyən 23 qutu üzərində “X6” markalanma yazısı olan siqaretlər aşkar edilərək götürülmüşdür. Bu əməli ilə Azərbaycan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərtib etdiyi 20 noyabr 2024-cü il tarixli № 01200-00543/24 saylı EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Biləsuvar keçid məntəqəsində X1-Bakı marşurutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarət zonasına daxil olaraq əl yüklərinin ərzag mallarından ibarət olduğunu, gömrük nəzarətinə bəyan edilməli heç bir predmetin olmadığını bildirmişdir. Daha sonra sərnişin keçid xəttində olan “Heimann X-Ray" rentgen yük yoxlama gurğusundan keçərkən fərqli qara sellofan torbaların içərisində siqaretlərin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda əks olunması səbəbindən Şəxs ilə sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarrinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sonra 2 nəfər hal şahidi dəvət edilib onun əl yükləri yoxlanılmış və yoxlama zamanı Şəxs məxsus fərqli qara selofan torbaların içərisində yerləşən qarışıq ərzaq yüklərinin içərisində yerləşən qarışıq ərzaq yüklərinin yanından gömrük nəzarətinə bəyan edilməyən 23 qutu üzərində “X6” markalanma yazısı olan siqaretlər aşkar edilərək götürülmüşdür.Faktla bağlı xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X4 tərəfindən Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində İXM-nın 482.1ci maddəsi ilə 01200-00543/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 7/1717-9/8423 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan tütün məmulatlarının (siqaretlərin) 12 oktyabr 2024-cü il tarixinə olan ümumilikdə orta bazar qiyməti təxminən 161 manat müəyyən edilir. Qeyd olunan faktla bağlı Şəxs barəsində Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X4 tərəfindən 20 noyabr 2024-cü il tarixdə İXM-in 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnizibati materialı tərtib etmiş şəxsə və Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş ümumilikdə 22 qutu üzərində “X6” markalanma yazısı olan siqaretlər müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-1126/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1126/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver