Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1126/2025 10.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, xx.xx.1984-cü ildə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tanbehi olmayan, Biləsuvar rayonu, Əliabad kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində Biləsuvar rayonu Əliabad kəndində müvafiq icra halkimiyyəti orqanından icazə almadan mülki ov silahını əldə etmiş, saxlamış və daşımışdır. Buna görə də Şəxs barəsində Biləsuvar rayon Polis Şöbəsi tərəfindən 27 noyabr 2025-ci il tarixdə İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xətanı törətmiş şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqana məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 590.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Şəxs sənədsiz “İj-05” markalı, qoşa lüləli, 12 çaplı, B51883 nömrəli ov tüfəngini müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxlamış və daşımışdır. İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxsə verilməsi və ya satılması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını və İXM-in 26.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində sənədsiz İj-05” markalı, qoşa lüləli, 12 çaplı, B51883 nömrəli ov tüfəngi müsadirə edilməklə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinsin, Şəxs məxsus İj-05” markalı, qoşa lüləli, 12 çaplı, B51883 nömrəli ov tüfəngi müsadirə edilməklə Şəxs barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(022)-1126/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1126/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver