Məhkəmə qərarları › İş №3(022)-1127/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1127/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1127/2024 13.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1970-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuş, Naxçıvan Muxtar Respublikası ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Biləsuvar keçid məntəqəsində Naxçıvan Muxtar Respublikası-Bakı marşurutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarət zonasına daxil olaraq əl yüklərinin ərzaq məhsullarından və 10 qutu siqaretdən ibarət olduğunu bəyan edərək başqa gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Daha sonra sərnişin keçid xəttində olan “Heimann X-Ray” rentgen yük yoxlama qurğusundan keçərkən fərqli qara sellofan torbaların içərisində yerləşən düyü yükünün içərisində siqaretlərin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda əks olunmuşdur. Şəxs ilə sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu- aparılmışdır. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o, isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sonra 2 nəfər hal şahidi dəvət edilib onun əl yükləri yoxlanılmış və yoxlama zamanı Şəxs məxsus fərqli qara selofan torbaların içərisində yerləşən qarışıq ərzaq yüklərinə daxil olan düyü yükünün içərisindən gömrük nəzarətindən gizlədilmiş 10 qutu üzərində “Parliament Blue” markalanma yazısı olan və 54 qutu üzərində “X8” markalanma yazısı olan siqaretlər aşkar edilərək götürülmüşdür. Daha sonra “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrükdən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 305 saylı qərarına əsasən 10 qutu üzərində “X6” markalanma yazısı olan siqaretlər Azərbaycan Respublikasının vətəndaşı Şəxs verilmişdir. Biləsuvar Gömrük İdarəsinə təhkim olunmuş X7 İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kiçik leytenantı X1 xx.xx.2024-cü il tarixli 01200- 00544/24 EP № ******* saylı inzibati xəta haqqında protokoluna əsasən xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Biləsuvar keçid məntəqəsində Naxçıvan Muxtar Respublikası-Bakı marşurutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gələn Azərbaycan Respublikası vətəndaşı Ağayeva llhamə Həbib qızı gömrük nəzarət zonasına daxil olaraq əl yüklərinin ərzaq məhsullarından və 10 qutu siqaretdən ibarət olduğunu bəyan edərək başqa gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Daha sonra sərnişin keçid xəttində olan “Heimann X-Ray” rentgen yük yoxlama qurğusundan keçərkən fərqli qara sellofan torbaların içərisində yerləşən düyü yükünün içərisində siqaretlərin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda əks olunmuşdur. Ağayeva llhamə Həbib qızı ilə sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sonra 2 nəfər hal şahidi dəvət edilib onun əl yükləri yoxlanılmış və yoxlama zamanı Ağayeva llhamə Həbib qızına məxsus fərqli qara selofan torbaların içərisində yerləşən qarışıq ərzaq yüklərinə daxil olan düyü yükünün içərisindən gömrük nəzarətindən gizlədilmiş 10 qutu üzərində “X6” markalanma yazısı olan və 54 qutu üzərində “X8” markalanma yazısı olan siqaretlər aşkar edilərək götürülmüşdür. Daha sonra “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 305 saylı qərarına əsasən 10 qutu üzərində “X6” markalanma yazısı olan siqaretlər Azərbaycan Respublikasının vətəndaşı Ağayeva llhamə Həbib qızına verilmişdir. Faktla bağlı xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinə təhkim olunmuş X7 İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kiçik leytenantı X3 tərəfindən Azərbaycan Respublikası vətəndaşı Ağayeva llhamə Həbib qızı barəsində İXMnın 480-ci maddəsi ilə 01200-00544/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır və Şəxs barəsində xx.xx.2024-cü il tarixdə İXM-in 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və inizibati materialı tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 480-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1715-9/8421 nömrəli, xx.xx.2024-cü tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqata təqdim edilmiş tütün məmulatlarının (siqaretlərin) xx.xx.2024cü il tarixə olan ümumilikdə orta bazar qiyməti təxminən 205,00 manat müəyyən edilir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş 51 qutu üzərində “X8” markalanma yazısı olan siqaretlər müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar