Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1127/2025 16.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi ilə, xx xxxxxxx 1996-cı ildə Biləsuvar rayonunda doğulmuş, əvvəllər məhkum olunmamış, il ərzində inzibati xəta törətməyə görə inzibati tənbeh tətbiq olmayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs 27 noyabr 2025-ci il tarixdə, saat 00:30 radələrində Biləsuvar rayonu, Əliabad kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanından icazə almadan mülki ov silahını əldə etmiş, saxlamış və daşımışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Biləsuvar Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən 27 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 27 noyabr 2025-ci il tarixli aktdan görünür ki, müvafiq icra hakimiyyəti orqanından icazə almadan ov silahı gəzdirdiyi üçün Paşaxan Gülməmmədova məxsus Biləsuvar Rayon Polis əməkdaşları tərəfindən götürülmüş və Biləsuvar Rayon Polis Şöbəsində qeydiyyatda olmayan “Tula” markalı 16 çaplı, K 52412 nömrəli ov silahı saz və işlək vəziyyətdə təhvil alınmışdır. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 27 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərardaddan görünür ki, Şəxs barəsində toplanmış materiala baxılması Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aid edildiyindən aidiyyəti üzrə həmin məhkəməyə göndərilmişdir. “İnzibati xəta haqqında” 27 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı protokoldan görünür ki, Şəxs “Tula” markalı 16 çaplı, K 52412 nömrəli ov silahını müvafiq icra hakimiyyəti orqanından icazə almadan əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xətalara dair iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə toplanmış materiallara əlavə edilmiş izahatından görünür ki, o, 27 noyabr 2025-ci il tarixdə gecə vaxtı təxminən 01 radələrində o, Biləsuvar rayonu, Zəhmətabad kəndi ərazisi olan sahədə özünə məxsus lakin, sənədi olmayan mülki ov tüfəngi ilə ov etmək istədiyi vaxt xidmət aparan polis əməkdaşları onu görüb yaxınlaşmışdır. O, ov silahını təhvil vermiş, əməlindən səmimi peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini göstərmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, 27 noyabr 2025-ci il tarixli akta əsasən hüquqpozma predmeti kimi götürülmüş və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan “Tula” markalı, 16 çaplı, K 52412 nömrəli ov tüfəngi Şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanından icazə almadan əldə etməsinə, saxlamasına və daşımasına görə müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilsin. 27 noyabr 2025-ci il tarixli akta əsasən hüquqpozma predmeti kimi götürülmüş və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan “Tula” markalı, 16 çaplı, K 52412 nömrəli ov tüfəngi müsadirə edilsin. Qərarın icrası Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-1127/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1127/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver