Məhkəmə qərarları › İş №3(022)-1128/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1128/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1128/2023 30.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X7, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, barəsində qərar qəbul edilmiş şəxs X4 iştirakı ilə, X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X9 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı qərardan X8 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X9 və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, 04 noyabr 2022-ci il tarixdə ona "Stoeger" markalı, 12 çaplı, təklüləli ******* nömrəli ov silahını götürüb ova gedərkən Biləsuvar RPŞnın əməkdaşları tərəfindən saxlanılaraq silahı əlindən alınmışdır. Buna görə də o, İXM-nin 590.2-ci maddəsi ilə məhkəməyə verilmişdir. Biləsuvar rayon məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərarı ilə tüfəngi müsadirə edilməklə o, cərimə olunmuşdur. O, həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərarı ilə onun şikayəti qismən təmin edilmişdir. Hər iki qərardan da göründüyü kimi o, 04 noyabr 2022-ci il tarixdə ov edə bilmədən yaxalanmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X9 və Təbii Sərvətlər İdarəsinin 28 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarında göstərilir ki, o, 04 noyabr 2022-ci il tarixdə Şirvan Milli Parkının X3 ərazisində ov etmiş və buna görə barəsində İXM-nın 272.3-cü maddəsi ilə inzibati xəta tərətdiyi üçün 1000 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulması inzibati xəta sayılır. Göründüyü kimi qanuna görə o, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə) görə cərimə edilə bilər. Biləsuvar rayon məhkəməsinin 05 dekabr 2022-ci il tarixli və Şirvan Apelyasiya Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qrarlarından görünür ki, o, 04 noyabr 2022-ci il tarixdə Mahmudçalaya gedərək ov ovlamağa başlamaq istərkən Biləsuvar RPŞ-nın əməkdaşları tərəfindən yaxalanmışdır. Buna görə də 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi, X4 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X9 və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X9 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı qərardan X8 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Biləsuvar rayon məhkəməsinin 3(022)-784/2022 saylı xx.xx.2022ci il tarixli qərarından görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində inzibati xətanın törədilməsində alət olmuş “Stoeger” markalı 12 çaplı, təklüləli ******* nömrəli ov silahı müsadirə olunmaqla 80 (səksən) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-532/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 3(022)-784/2022 saylı qərarı dəyişdirilərək inzibati xətanın törədilməsində alət olmuş “Stoeger” markalı 12 çaplı, təklüləli ******* nömrəli ov silahı qanuni sahibi X2 qaytarılmış və Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 3(022)-784/2022 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlarla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X9 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı qərarın qanunsuz olmasına dair hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X9 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı qərarın ləğv edilməsi üçün X4 şikayətində qanuni əsaslar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X9 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı qərarı qanuni və əsaslıdır. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X9 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 28 noyabr 2022ci il tarixli MN № ******* saylı qərar qanuni və əsaslı hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar