Məhkəmə qərarları › İş №3(022)-1128/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1128/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1128/2024 29.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Qubadov Xəyal Böyükxan oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi X4 iştirakları ilə, xx.xx.1995-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə daxil olmuşdur. Materiala əlavə edilmiş 29 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müxtəlif vaxtlarda 6 dəfə H.Əliyev küçəsində yerləşən “Aran” marketdən ümumi dəyəri 415 manat olan müxtəlif spirtli içkilər oğurlayaraq xırda talama inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirmişdir ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından bütün materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama əməlləri İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməllər üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokolda qeyd olunan əməlləri törətmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində sərxoş halda Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən “Aran” marketə girib oradan vitrindən bir ədəd “Jack Daniels” markalı qiyməti təxminən 30 manat olan bir ədəd viskini gizli olaraq götürüb gödəkçəsinin iç cibinə qoyub pulunu ödəmədən marketdən çıxmış və bu barədə heç kimə məlumat verməmişdir.”Aran” marketdən iki dəfə oğurluq etmişdir.Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X6 izahatında göstərmişdir ki, “Aran Market” ticarət mağazasında satış müdüri işləyir. 2024-cü ilin noyabr ayında ticarət mərkəzində olan məhsulların anbar qalıqlarını və hesab fakturasını hesablayan zaman bəzi bahalı spirtli içkilərdə əskiklik olması müəyyən olunmuşdur. O, ticarət mərkəzində olan videomüşahidə kameralaına baxan zaman Biləsuvar rayon sakini Orxan Mayılov adlı şəxsin 6 dəfə ayrı-ayrı vaxtlarda ticarət mərkəzində olan vitrinlərdə müxtəlif “Viski" spirtli içkisinin oğurlanmasını aşkar etmişdir.O, həmin oğurlanmış içkilərin hesab qiymətlərinə baxdıqda ümumilikdə 415 manata yaxın olmasını müəyyən etmişdir. Daha sonra müdüri olduğu “Aran’’ marketindən oğurluq etmiş Orxan Mayılovun barəsində tədbir görülməsindən ötrü Polis şöbəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 noyabr 2024-cü il tarixli qərarıdan görünür ki, yuxarıda qeyd olunan əməlləri törətmiş Şəxs əməllərində cinayət tərkibi olmadığından, onun əməllərində İXM-in 227-ci maddəsinin tərkibi olduğundan qərarın surəti Biləsuvar Rayon Polis Şöbəsi İTB-yə göndərilmiş, toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” 29 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 09:00da inzibati qaydada tutulmuşdur. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, İXM-in 34.2, 34.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun barəsində İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu 29 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-in 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi bir ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 29 noyabr 2024-cü il tarixdən saat 09:00-dan hesablansın. Qərarın icrası Biləsuvar Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar