Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1132/2023 15.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1987-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 5 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseynov küçəsində yerləşən 50 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, İ.Nəsibov küçəsi 32 saylı evdə yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Salyan rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(057)-599/2019 saylı icra sənədinə əsasən 23 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 10 aprel 2019cu il tarixdən başlayaraq, hər ay 100 manat sabit pul məbləğində aliment Şəxs alınaraq, Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 15 noyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Salyan rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(057)-599/2019 saylı icra sənədinə əsasən 23 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 10 aprel 2019-cu il tarixdən başlayaraq, Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilmiş və sonuncuya borcunu ödəmək təklif edilmişdir. Lakin Şəxs müxtəlif bəhanələrlə tələbkara olan borcunu ödəməkdən yayınmışdır. Buna görə həmin şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəsiri İ.İ.Əzizov tərəfindən 27 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar rayon Məhkəməsinin hakiminin həmin tarixli qərarı ilə sonuncu barəsində 8 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin tarixdən indiyə qədər borclunun ünvana çoxsaylı bildiriş və xəbərdarlıqlar göndərilsə də, nəinki sonuncu tələbkara olan qalıq aliment borcunu ödəməmiş, hətta aylıq aliment ödənişlərini də vaxtında və tam həyata keçirməmişdir. Belə ki, Şəxs son 5 ay ərzində heç bir aliment ödəməmişdir. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edildiyi vaxt 1.180 manat məbləğində aliment borcu 2 dəfə artmışdır. Hazırda Şəxs 2.400 manat məbləğində aliment borcu vardır və özünün deməsinə görə Şəxs fərdi əməklə məşğul olur. Dəfələrlə təklif olunmasına baxmayaraq, Şəxs aliment borcunu tam ödəməmişdir. Şəxs 15 noyabr 2023-cü il tarixli izahatında aylıq 700 manat məbləğində gəlirinin olduğunu və xəstə olduğuna görə aliment borcundan ödəniş edə bilmədiyini qeyd etmişdir. Bu gün borclu tələbkara olan borcundan 500 manat ödəniş etməyi təklif etsə də, tələbkar borclunun aliment borcunu tam şəkildə ödəməsini tələb edir. Şəxs əmək fəaliyyəti ilə məşğul olub, qazanc əldə etməsinə baxmayaraq, aliment borcunu ödəməməsi və yalnız barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra qismən ödənişlər etməsi tərəflərin birgə nikahından doğulmuş uşağın mənafeyinə uyğun deyildir. Buna görə də Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda, E.G.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, o, fərdi əməklə məşğul olmaqla, özünün maddi təminatını ödəyir. Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseynov küçəsində yerləşən 50 saylı evdə qeydiyyatda olsa da, o, hazırda Bakı şəhərində yaşayır. Onunla Zərərçəkmiş şəxs arasında nikah ləğv edildikdən sonra o, başqa qadınla nikaha daxil olmuşdur və həmin nikahından 2 uşağı vardır. O, əvvəllər də başqa bir qadınla nikahda olmuşdur və həmin nikahdan da 2 uşağı vardır. O, uzun müddət xəstəliyi ilə əlaqədar işləyə bilmədiyinə görə onun aliment borcları yaranmışdır. Amma bir müddət bundan öncə o, özünə yeni iş yeri tapmışdır və iş yerindən aldığı avans hesabına bu gün icra məmuruna aliment borcu qismində 500 manat təqdim etsə də, icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbiri tətbiq olunarsa, o, aliment borcunu hissə-hissə tam ödəyəcəkdir. Əks halda, o, yeni tapdığı iş yerini də itirə və bununla da maddi vəziyyəti yenə də pisləşə bilər. O, etdiyi əməldən peşmandır və buna görə də bu gün ərzində aliment borcundan 500 manat ödəmişdir. Ona vaxt veriləcəyi təqdirdə tələbkara olan bütün borcunu bağlayacaqdır. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Salyan Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(057)-599/2019 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 22 may 2019-cu il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 3(022)- 132/2021 tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, sonuncu barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən peşman olmasını və himayəsində 5 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, uzun müddət ərzində də Şəxs icra sənədinin icrasını təmin etməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXMin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 13 (on üç) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 15 noyabr 2023-cü il tarixdən, saat 12:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1132/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1132/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver