Məhkəmə qərarları › İş №3(022)-1133/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1133/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1133/2023 16.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X6, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1971-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 15 noyabr 2023-cü il tarixdə, saat 16 radələrində Biləsuvar Gömrük idarəsinin gözətçi otağının qarşısında gömrük əməkdaşlarının şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək, ictimai qaydanı pozmuş və cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 izahatında göstərdi ki, o, Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. Biləsuvar rayon Gömrük idarəsindən daxil olmuş protokolda Biləsuvar rayon sakini Şəxs hüquqazidd əməllərə yol verməsi göstərilmişdir. Belə ki, 15 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Kazımov X5 Gömrük İdarəsinin gözətçi otağının qarşısına yaxınlaşıb pəncərədən orada xidmət göstərən gözətçiyə aqressiv şəkildə onu içəri buraxmasını, idarə rəhbərliyi ilə görüşəcəyini bildirmişdir. X1 isə bu barədə idarənin növbətçisinə məlumat vermiş, növbətçi X2 Azər Sayatxan oğluna yaxınlaşaraq vəziyyətlə tanış olmaq istəyərkən sonuncu daha da aqressivləşib xidməti vəzifələrini icra edən gömrük əməkdaşlarına qarşı kobud rəftar etməyə başlamışdır. Gömrük əməkdaşlarının qanuni tələblərinə qulaq asmaq istəməyən həmin şəxs öz xidməti vəzifəsini yerinə yetirən gömrük əməkdaşlarına həqiqətə uyğun olmayan şər- böhtanlar atmağa başlamış, onları həqiqətə uyğun olmayan ittihamlarla təhqir etmişdir. Ümumi şəkildə gömrük əməkdaşlarının ünvanına insanın şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək onları təhqir etməkdə davam etmiş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş və daha sonra üst geyiminin cibindən naməlum yad cism çıxardaraq köynəyini soyunaraq bədəninə kesici xəsarətlər yetriməyə başlamışdır. O, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 maddəsinin tərkibinin olmasını müəyyən etmiş və buna görə də Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, Təzə Məhəllə ünvanında ailəsi ilə birgə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O, xx.xx.2023-cü il tarixdə Biləsuvar Gömrük idarəsinin gözətçi otağına yaxınlaşaraq, problemi olduğu üçün idarənin rəisi ilə görüşmək istəmişdir. Lakin, gözətçi ona gözləməyi bildirmişdir.O, isə əsəbi olduğundan aqressivləşmiş və gömrük əməkdaşlarının ünvanına ittihamedici ifadələr işlətmiş, onların qaninu tələblərinə riayət etməmişdir. Daha sonra o, əsəbi olduğu üçün üst geyiminin cibindən şüşə parçası çıxarıb, bədənini cızaraq xəsarət yetirmişdir. O, hazırda əməlindən peşimandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, o, Biləsuvar Gömrük idarəsində gözətçi işləyir. Belə ki, xx.xx.2023-cü il tarixdə işdə olarkən Biləsuvar şəhər sakini Şəxs gözətçi otağına yaxınlaşaraq, idarə rəisinin qəbulunda olmaq istədiyini bildirmişdir. Şəxs nə səbəbdən gəldiyini soruşduqda o, onlara çox aqressiv cavab vermiş, onlarla kobud rəftar etmiş və onların ünvanına ucadan nəlayiq ifadələr işlətmişdir. Onlar Şəxs sakitləşdirməyə çalışsalar da, o, üzərindən yad cisim çıxararaq bədəninə xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, o, Biləsuvar Gömrük idarəsində işləyir.Belə ki, xx.xx.2023-cü il tarixdə işdə olarkən Biləsuvar şəhər sakini Şəxs gözətçi otağına yaxınlaşaraq, idarə rəisinin qəbulunda olmaq istədiyini bildirmişdir. Şəxs nə səbəbdən gəldiyini soruşduqda o, onlara çox aqressiv cavab vermiş, onlarla kobud rəftar etmiş və onların ünvanına ucadan nəlayiq ifadələr işlətmişdir.Onlar Şəxs sakitləşdirməyə çalışsalar da, o, üzərindən yad cisim çıxararaq bədəninə xəsarət yetirmişdir.Bundan sonra onlar bu barədə rəhbərliyə məlumat vermişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsi və şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Belə ki, iş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(022)-1089/2023 saylı qərarından görünür ki, Şəxs İXM-nin 510-cu maddəsi ilı təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati həbs edilmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, həbsin əvvəli tutulduğu vaxtdan, yəni 16 noyabr 2023-cü il tarixdən saat 13:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəxs barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 16 noyabr 2023-cü il tarixdən saat 13:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar