Məhkəmə qərarları › İş №3(022)-1136/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1136/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1136/2023 20.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, Biləsuvar şəhəri H.Aslanov küçəsi ev 70-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Biləsuvar şəhəri, Təyyarə meydanında yaşayan Şəxs 08 oktyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə material daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin nümayəndəsi X9 göstərmişdir ki, ilkin araşdırma zamanı məlum olmuşdur ki, Şəxs 08 oktyabr 2023-cü il tarixdə saat 19:15 radələrində nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X7ma məxsus olan, etibarnamə əsasında idarə etdiyi “VAZ- 2106” markalı, 10-NS- 655 dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsində “saat dairəsi”ndən “Azpetrol” yanacaqdoldurma məntəqəsi istiqamətində hərəkətdə olan zaman eyni istiqamətli hərəkət zolağında qarşısında hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Astra” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfdən ötüb keçmək istəyərkən idarə etdiyi avtomobilin sol yan tərəfi ilə həmin avtomobilin sağ yan tərəfi arasında toqquşma baş vermiş, bundan sonra avtomobilin idarə etməsini itirərək yolun sağ kənarında yerləşən daş hasara çırpılması nəticəsində “döş qəfəsinin travması” ilə nəticələnən xəsarət almışdır. Hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri “Opel Astra” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 tərəfindən göstərilib təqdim edilmişdir. “VAZ-2106” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs isə xəsarət alması ilə əlaqədar RMXna aparılmış və hadisə yerinə baxış keçirilməsində iştirak etməmişdir. Baxış Biləsuvar şəhəri H.Əliyev küçəsində “Azpetrol” yanacaqdoldurma məntəqəsindən “saat dairəsi” istiqamətində keçirilmişdir. Həmin hissədə yolda hərəkət iki tərəflidir. Hadisə baş verən yerdə yol asfalt örtüklüdür, düzdür və qurudur, yol işıqlandırılmır. Yolda sürət həddi 50 km\saat müəyyən edilmişdir. Hərəkət zolaqlarının sayı 2-dir. Hadisə baş verən yerdə yol örtüyünün eni 16,0 metr, hərəkət hissəsinin eni 10,0 metr, hərəkət zolaqlarının hər birinin eni 5,0 metrdir. Azpetrol” yanacaqdoldurma məntəqəsindən “saat dairəsi” istiqamətində baxdıqda yolun sağ və sol tərəflərində 1,2 metr enində piyada səkisi vardır. Daha sonra yolun sağ tərəfində “Xan” şadlıq sarayı, sol tərəfində isə “Zirvə” şadlıq sarayı, X4 yerləşir. “Zirvə” şadlıq sarayının həyətindən və X1 asfalt yola ikinci dərəcəli yollar birləşir. Hadisə nəticəsində yolun sol kənarında olan işıq dirəyi və daş hasar yararsız hala düşmüşdür. “Opel Astra” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sol kənarında “saat dairəsi” istiqamətində çəpəki şəkildə, “VAZ-2106” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil isə yolun sol kənarmda“Azpetrol” yanacaqdoldurma məntəqəsi istiqamətində çəpəki şəkildə dayanmışdır. Aparılmış araşdırma zamanı “VAZ-2106” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X2 məxsus olması, Şəxs həmin avtomobili etibarnamə əsasında idarə etməsi, avtomobil idarə etmək üçün Bl, B, Cl, C dərəcəli. BD4033852 nömrəli sürücülük vəsiqəsinin olması müəyyən edilmişdir. Bundan başqa, aparılmış araşdırma zamanı “Opel Astra” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Zərərçəkmiş şəxs1 məxsus olması, onun avtomobil idarə etmək üçün Bİ, B, Cl, C dərəcəli, BD417103 nömrəli sürücülük vəsiqəsinin olması müəyyən edilmişdir. Hadisə zamanı Şəxs yüngül dərəcəli sərxoş vəziyyətində olmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, “VAZ-2106” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X7ma məxsus olsa da, həmin avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil idarə etmək üçün Bİ, B, Cl, C dərəcəli, BD4033852 nömrəli sürücülük vəsiqəsi vardır, avtomobili sərbəst idarə etməyi bacarır. “VAZ-2106” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi faəliyyəti ilə məşğul olur və bu yolla ailəsini dolandırır. 08 oktyabr 2023-cü il tarixdə saat 19:15 radələrində idarə etdiyi “VAZ-2106” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsində “saat dairəsindən” “Azpetrol” yamacaqdoldurma məntəqəsi istiqamətində “Xan” şadlıq sarayının yaxınlığında hərəkətdə olan zaman onunla eyni istiqamətdə qarşıda hərəkətdə olan “Opel Astra” markalı, **-UY- *** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçmək üçün avtomobili yolun əks hərəkət zolağına doğru hərəkət etdirmişdir. Lakin, “Opel Astra” markalı avtomobilin sürücüsü avtomobili yolun əks hərəkət zolağına doğru hərəkət etdirdiyinə görə həmin avtomobilin arxa sol təkəri idarə etdiyi avtomobilin sağ qabaq təkəri arasında toqquşma baş vermiş, toqquşma nəticəsində “VAZ-2106” markalı avtomobili idarə etməsini itirmiş və buna görə də avtomobil əvvəlcə yolun yol sol tərəfində yerləşən piyada səkisinə çırpılmış, daha sonra isə sağ tərəfə doğru hərəkət etmişdir. Bundan sonra isə hansı hadisələrin baş verməsini xatırlamır. O, yalnız Biləsuvar RMX-da çatdırılan zaman huşu özünə gəlmiş, xəstəxanada tibbi yardım göstərilən zaman burnu, sol qolundan xəsarət almasını bilmişdir. Şəxs ona verilən əlavə suallara cavab olaraq izahatında göstərmişdir ki, yol-nəqliyyat hadisəsi əks hərəkət zolağında baş vermiş, günün qaranlıq vaxtı olsa da, yolda görüntünün vəziyyəti normal, hava yağışsız, yol örtüyü quru olmuş, hadisə baş verən anda idarə etdiyi avtomobildə yük olmamış, hadisə vaxtı sərxoş vəziyyətdə olmuşdur. Belə ki, avtomobil idarə etməzdən əvvəl spirtli içki araq içmişdir. Hadisə baş verməzdən əvvəl avtomobili təxminən 70-80 km/saat sürətlə idarə etmiş, həmin yol-nəqliyyat hadisəsi baş verən anda sərxoş vəziyyətdə olduğu üçün özünü təqsirli bilir. Lakin, “Opel Astra” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili ötüb keçmək istəyən zaman avtomobili yolun əks hərəkət zolağına doğru hərəkət etdirdiyinə görə hadisənin baş verməsin həmin sürücünün təqsirinin olması hesab edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən anda o, idarə etdiyi “Opel Astra” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın tam şəkildə ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs Biləsuvar RİHB-nm Biləsuvar şəhər icra nümayəndəsi X3 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixli 3-13-69M- 29670\2023 nömrəli məktubla daxil olmuş aktda göstərilmişdir ki, 08 oktyabr 2023-cü il tarixdə saat 19:15 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində Xan şadlıq” sarayının qarşısında “VAZ- 2106” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Opel Astra” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi nəticəsində nümayəndəliyin balansında olan küçə işıqlandırılması üçün quraşdırılmış işıq dirəyi və aqlay daşla üzlənmiş hasarın yararsız hala salınması zamanı nümayəndəliyə ümumilikdə 3870 ( üç min səkkiz yüz yetmiş) manat maddi ziyan dəymiş və ziyan ödənilməmişdir. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ziyan aktına əsasən Zərərçəkmiş şəxs1 məxsus buraxılış ili 2008 “Opel Astra” markalı **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 8760 manat ziyan dəydiyi göstərilmişdir. İş materiallarında olan 08 oktyabr 2023-cü il tarixli 518 nömrəli Aktdan görünür ki, hadisə zamanı Şəxs yüngül dərəcəli sərxoluq müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 327.1 və 333.3-cü maddələrində müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 20 noyabr 2023-cü il tarixdən saat 15:05-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar