Məhkəmə qərarları › İş №3(022)-1136/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1136/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1136/2025 05.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X6, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X4 Bölməsinin sahə rəisi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, Biləsuvar rayonu Ağalıkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Biləsuvar rayonu Ağalıkənd kəndində keçmiş həyat yoldaşı X2 və onun valideynlərini nəlayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X4 Bölməsinin sahə rəisi X11 izahatında göstərmişdir ki, Biləsuvar rayonu Ağalıkənd kəndində yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Biləsuvar rayonu Ağalıkənd kəndində keçmiş həyat yoldaşı X5 ilə mübahisə edərək, X2 və onun valideynlərini nəlayiq ifadələrlə təhqir etmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, 2011- ci il tarixdə həmkəndlisi X5 ilə ailə həyatı qurmuş, onların üç övladı vardır. Əvvəllər ailə münasibətləri yaxşı olmuş, sonralar o, spirtli içki qəbul etdiyinə görə aralarında mübahisə və münaqişə baş vermişdir.Təxminən iki ildir ki, arvadı Əfşan Seyfullayeva ilə rəsmi olaraq boşanmışlar. O, 3 aydır ki, Əfşan ilə barışmış və birgə yaşamışlar. Onunla Əfşan arasında 10-15 gün olar ki, aralarında sözlü mübahisə olmuş və münaqişə baş vermişdir. Ona görə də Əfşan uşaqları da özü ilə apararaq atası evinə getmişdir. O, xx.xx.2025-ci il tarixdə keçmiş arvadı Əfşan ilə barışmaq və uşaqları ilə görüşmək üçün qaynX9in evinə getmişdir.Lakin o, onların evinə getdikdə onu evə buraxmaq istəməmişlər, onun qaynanası Elnarə ilə mübahisəsi olmuşdur və qaynanası onu təhqir etmişdir. O, da təhqir edildiyinə görə Elnarə Səmədovanı və Əfşan Seyfullayevanı nalayiq ifadələrlə təhqir etmişdir. Sonra evin qarşısından uzaqlaşaraq çıxıb getmişdir. Məhkəmə iclasında X5 izahatında göstərmişdir ki, 2011-ci il tarixdə həmkəndlisi Şəxs ilə ailə həyatı qurmuş, onların üç övladı anadan olmuşdur. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan əri spirtli içki qəbul etdiyinə görə aralarında mübahisə olmuş və münaqişə baş vermişdir.Təxminən iki il əvvəl rəsmi olaraq məhkəməyə müraciət etmiş və boşanmışlar. 3 ay əvvəl Zamir onunla barışmaq istəmiş və o, da onun düzələcəyini fikirləşərək barışmışdır. 10-15 gün əvvəl aralarında yenidən sözlü mübahisə olmuş və münaqişə baş vermişdir. O, da övladlarını götürərək ata evinə getmişdir. Zamir bir neçə dəfə ata evinə gələrək onunla barışmaq istəmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Zamir ata evinin qarşısına gələrək küçədə ona barışmaq istədiyini demişdir.O, da ona barışmaq istəmədiyini demişdir.Lakin o, onunla barışmaq istəmədiyi üçün zamir anasını və onu nalayiq ifadələrlə təhqir etmişdir. X9 Zamirə bir daha qapıya gəlməməsini dedikdə, həmin zaman Zamir atasını da nalayiq ifadələrlə təhqir etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Biləsuvar rayonu Ağalıkənd kəndində keçmiş həyat yoldaşı X3 və onun valideynlərini nəlayiq ifadələrlə təhqir etmiş və buna görə də barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında 04 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 04 dekabr 2025-ci il tarixdə saat 17:20-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 04 dekabr 2025-ci il tarixdən, saat 17:20-dən hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. . X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar