Məhkəmə qərarları › İş №3(022)-1137/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1137/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1137/2025 15.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X9 məhkəmə-iclas katibliyi, qərardan şikayət vermis şəxs X5 iştirakı ilə, X7 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayonu Yol Patrul Xidməti inspektoru X4 tərəfinən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X7 şikayət ərizəsində göstərmişdir ki, Biləsuvar rayonu Yol Patrul Xidməti inspektoru polis baş serjantı X4 onun barəsində guya İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozduğunu iddia edilərək inzibati xəta haqqında protokol tərtib edilmiş və ona 100 (yüz) manat məbləğində cərimə tətbiq olunması ilə bağlı 22 noyabr 2025-ci il tarixli qərar qəbul edilmişdir. 05 dekabr 2025-ci il tarixdə rəsmi qaydada ona protokol və qərar təqdim edilmişdir. Həmin qərarda guya yol ayrıcını keçmə qaydalarını pozduğu qeyd olunmuşdur. Bu isə həqiqəti əks etdirmir. Hərəkdə olarkən digər yol hərəkəti iştirakçılarına şərait yaratmış, heç bir qayda pozuntusuna yol verməmişdir. Qeyd olunan qərarla razı deyil. Adı çəkilən vəzifəli şəxs tərəfindən inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmiş, işin halları tam araşdırılmamışdır. Belə ki, qeyd olunanlara əsasən hesab edir ki, inzibati xəta haqqında iş bütün halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, izahatı nəzərə alınmamış, hadisənin əsl səbəbkarı müəyyən edilməmişdir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayonu Yol Patrul Xidməti inspektoru X2 22 noyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsi və əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında: İnzibati qərardan şikayət verən X7 şikayət ərizəsində qeyd etdiyi xüsusatlara uyğun izahat verərək, barəsində qəbul edilmiş inzibati cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Göstərilənləri nəzərə alaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayonu Yol Patrul Xidməti inspektoru X2 22 noyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı “İnzibati xəta haqqında” qərarından görünür ki, X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə 100 (yüz) manat məbləğində cərimə edilmişdir. 22 noyabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, protokolun tərtib edldiyi yer Biləsuvar şəhəri, Nizami küçəsidir. Protokolu tərtib edən şəxs Biləsuvar rayonu, Yol patrul xidməti inspektoru polis baş serjantı X3r. Məhkəmənin mövqeyi: Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayonu Yol Patrul Xidməti inspektoru X2 22 noyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı, inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati material yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Qərardan şikayət vermiş şəxs H.G.Talıbov bildirmişdir ki, həmin qərarda guya yol ayrıcını keçmə qaydalarını pozduğu qeyd olunmuşdur. Bu isə həqiqəti əks etdirmir. Hərəkdə olarkən digər yol hərəkəti iştirakçılarına şərait yaratmış, heç bir qayda pozuntusuna yol verməmişdir. İş materiallarına əlavə olunmuş, 22 noyabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, X7 22 noyabr 2025- ci il tarixdə saat 16:47-də “VAZ-21214 minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Biləsuvar şəhəri, Nizami küçəsi istiqamətində idarə etmişdir. Mübahisə yarandığı halda şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İnzibati Xətalar Məcəlləsinin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İnzibati Xətalar Məcəlləsinin 12-ci Fəslinin, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. X12 Məcəlləsinin 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Sübutların nədən ibarət olması isə İnzibati Xətalar Məcəlləsində dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərarı qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində qərar qəbul edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasıтжт İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaq doldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Sadalananlara əsasən şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarın qəbul edilməsinə əsas olan sübutun qeyri-müəyyən olması səbəbindən, belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, qeyri-müəyyən və ziddiyətli bir vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İnzibati Xətalar Məcəlləsinin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İnzibati Xətalar Məcəlləsində inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayonu Yol Patrul Xidməti inspektoru X4 tərəfinən qəbul edilmiş qərar ləğv edilərək göstərilən qeyri-müəyyən halların yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İnzibati Xətalar Məcəlləsinin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yekun nəticə olaraq məhkəmə qeyd edir ki, inzibati məsuliyyət məsələlərinin ədalətli və dəqiq araşdırılması üçün hüquqi prosedurların düzgün icrası vacibdir. Məhkəmə, səlahiyyətli orqan tərəfindən təqdim olunan sübutların aydın, konkret və mübahisəsiz olmasını tələb edir. Əgər qərarda bu şərtlərə əməl edilməyibsə, məhkəmə həmin qərarı təsdiq edə bilmir və məsələni səlahiyyətli orqana geri göndərir. Bu yanaşma, hüquqi sistemin keyfiyyətini artırır, vətəndaşların hüquqlarını qorumaq məqsədini güdür və inzibati xətaların hüquqi çərçivədə düzgün qiymətləndirilməsini təmin edir. Nəticə olaraq, səlahiyyətli orqanların qərarlarının qanuniliyinin təmin edilməsi, hüquqi ədalətin bərqərar olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməli, Biləsuvar Rayonu Yol Patrul Xidməti inspektoru X4 tərəfinən qəbul edilmiş qərar ləğv edilməli, iş yenidən baxılması və məhkəmənin qərarında göstərilən halların araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D I: X5 şikayəti təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayonu Yol Patrul Xidməti inspektoru X4 tərəfinən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar