Məhkəmə qərarları › İş №3(022)-1141/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1141/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1141/2024 23.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, xx.xx.1988-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tənbehi olmayan, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 18 noyabr 2024-cü il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanından icazə almadan ov silahı gəzdirmiş, daşımış və saxlamışdır. Buna görə də Şəxs barəsində Biləsuvar rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024cü il tarixdə İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana və inzibati xətanı törətmiş şəxs Şəxs məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 590.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Şəxs babasına məxsus sənədsiz İj 58 markalı 12 çaplı 13747 nömrəli ov tüfəngini müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxlamış və daşımışdır. İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxsə verilməsi və ya satılması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını və İXM-in 26.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində sənədsiz İj 58 markalı 12 çaplı 13747 nömrəli ov tüfəngi müsadirə edilməklə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinsin, İj 58 markalı 12 çaplı, 13747 nömrəli ov tüfəngi müsadirə edilməklə Şəxs barəsində 90 (doxsan) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar