Məhkəmə qərarları › İş №3(022)-1144/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1144/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1144/2024 23.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1 iştirakları ilə xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Yasamal rayonu Şahtaxtinski küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan X1 barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 idarə etdiyi özünə məxsus “PEUGEOT 406” markalı **-RA-*** dövlət qeydiyyat ni.anlı avtomobili ilə 28 iyun 2024-cü il tarixdə saat 14:50 radələrində X7 idarə etdiyi “Mersedes Benz 208 D” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomibillə toqquşmuş, toqquşma nəticəsində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Bununla da X5 Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən X1 barəsində YPX inspektoru polis baş leytenantı X8 tərəfindən 01.12. 2024-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Fərdi əməklə məşğuldur. “Peugeot 406” markalı -RA-179 dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil qeydiyyat şəhadətnaməsi ilə ona məxsusdur. B1, V, C1, C dərəcəli BD 033507 nömrəli sürücülük vəsiqəsi vardır. O, qeyri-iş günlərində Biləsuvar rayonuna gəlib bir neçə gün qaldıqdan sonra geri qayıdır. Belə ki, 28 iyun 2024-cü il tarixdə Bakı şəhərinə qayıdanadək Biləsuvar rayon “Mərkəzi bazar”-ında alış-veriş edəcəkmiş. 28 iyun 2024-cü il tarixdə saat 14:50 radələrində Biləsuvar şəhəri S.Vurğun küçəsindən hərəkətə başlamışdır. O, hərəkət edərək Biləsuvar şəhəri M.İbrahimov küçəsinə daxil olmuşdur. Belə ki, “Rest-Aran” restoranı istiqamətindən sağ zolaqla Biləsuvar rayonu “Mərkəzi bazar”-ına doğru hərəkətinə davam etmişdir. Bir qədər irəli getdikdən sonra o, ikinci dərəcəli yol olan Biləsuvar şəhəri M.Əsədov küçəsi ilə hərəkətdə olan “Mercedes Benz 208” markalı mikroavtobusun o, hərəkətdə olduğu yola baxmadan əsas yola çıxmasını görmüşdür. Bu zaman o, əvvəlcə tormozdan istifadə etmək istəsə də mikroavtobusun artıq yolun sol zolağını keçərək sağ zolağına daxil olmasını gördüyü üçün manevr edərək mikroavtobusun arxa hissəsindən keçərək hadisədən yayınmaq qərarına gəlmiş və hərəkətini əks istiqamətli hərəkət zolağına çıxmaqla davam etdirmişdir. Lakin bu zaman mikroavtobusun sürücüsü onun idarə etdiyi avtomobili görərək tormozdan istifadə edərək hərəkətini dayandırdığı üçün o, manevr edərək mikroavtobusun arxasından keçə bilməyəcəyini bilmiş və bu səbəbdən öz hərəkət zolağına qayıdaraq toqquşmanın qarşısını almaq istəsə də, toqquşma baş vermişdir. Belə ki, idarə etdiyi “Peugeot 406” markalı avtomobilinin qabaq “hissəsi “Mercedes Benz 208” markalı mikroavtobusun sağ arxa və orta hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən hər iki avtomobil yarasız hala düşmüşdür. O, ətrafda olan şəxslərin köməkliyi ilə avtomobildən çıxarılmış və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır. Həmçinin “Mercedes Benz 208” markalı mikroavtobusda olan sərnişinlər də müxtəlif bədən xəsarətləri aldıqları üçün Biləsuvar RMX-na aparmışlar. Bildirmişdir ki, yolnəqliyyat hadisəsi o, hərəkətdə olduğu, yəni yolun sağ hərəkət hissəsində baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi aydın hava şəraitində, gündüz vaxtında baş vermişdir, hadisədən əvvəl yolu normal şəkildə görmüşdür. Hadisə zamanı idarə etdiyi “Peugeot 406” markalı avtomobildə tək olmuş və avtomobilində heç bir yük olmamışdır. O, hadisə vaxtı ayıq vəziyyətdə olmuş, heç bir spirtli içki qəbul etməmişdir. O, toqquşma baş verməzdən əvvəl manevr edərək hadisədən yayınmaq məqsədilə sürətini təxminən 60 km/saat həddində qaldırmışdır. Həmin yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl o, “Mercedes Benz 208” mikroavtobusu təxminən 20-30 metr məsafədən görmüşdür. Həmin yol nəqliyyat hadisəsi anidən baş verdiyi üçün hadisənin şahidləri barədə hər hansı bir məlumatı yoxdur. Hadisə baş verən anda və hadisədən əvvəl idarə etdiyi avtomobildə hər hansı nasazlıq olmamışdır. Hadisənin baş verməsində özünü təqsirli bilmir. Hadisə "Mercedes Benz 208” markalı mikroavtobusun sürücüsünün təqsiri ucbatından baş vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Biləsuvar Rayon Polis Şöbəsinə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı YPX inspektoru polis baş leytenantı X8 tərəfindən 01.12. 2024-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 zərərçəkmiş şəxslərə yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X1 İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri inzibati xəta haqqında protokol və tibbi müayinə aktı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif edilmişdir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, işdə olan sübutlarla X1 təqsiri tam sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə X3 inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən X3 inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə X5 tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, X1 barəsində İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X2 barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar