Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-1144/2025 17.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən - Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, X1 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X5 və Təbii Sərvətlər İdarəsinin 29 noyabr 2024-cü il tarixli MN ******* saylı və 28 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: X4 barəsində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X5 və Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2023-cü il tarixli MN ******* saylı və 28 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarları qanunsuz, ədalətsiz və əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X5 və Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2023-cü il tarixli MN ******* saylı və 28 fevral 2025-ci il tarixli MN ******* saylı nzibati tənbeh vermə haqqında Qərarları ilə o, 300 və 600 manat cərimə edilmişdir. Hesab edir ki, adı şəkilən qərarlar qanunsuz və əsassızdır. Belə ki, 2007-ci ildən Biləsuvar rayon İcra Hakimiyyəti ilə torpaq icarə müqaviləsi bağlamaqla 20 hektar torpaq sahəsini balıqçılıq məqsədi ilə istifadə edir. Belə ki, sonuncu müqaviləsi Biləsuvar rayon İHB-nin 30 dekabr 2010-cu il tarixli Sərəncamı ilə olmuşdur. Həmin müqaviləyə əsasən də o, 20 hektar ərazidə balıq saxlayır. 19 dekabr 2011-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsindən müvafiq pəy də almışdır. Göründüyü kimi o, balıqçılıqla qanunamüvafiq qaydada sənədlərini almaqla məşğuldur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X5 və Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının müəyyən etdi hissəsində göstərilir : "Q.Əhmədov istifadəsində olan 20 ha dövlət ehtiyat fondu torpağında qanunsuz olaraq süni balıq gölləri yaradaraq akvakultura fəaliyyəti aparması faktı" ???? Buna görə də o, İXM-nin 275.1.1-ci maddəsi ilə cərimə edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X5 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 28 fevral 2025-ci il tarixli MN ******* saylı qərarı ilə o, İXM-nin 541-ci maddəsi ilə cərimə edilmişdir. X1 şikayətini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, şikayət baxılmadan X2 qaytarılmalıdır. Belə ki, X4 şikayətinin giriş hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X5 və Təbii Sərvətlər İdarəsinin 29 noyabr 2024-cü il tarixli MN ******* saylı və 28 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayət etdiyini göstərsə də, şikayətinin təsviri və xahiş hissəsində isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X5 və Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2023-cü il tarixli MN № ******* saylı nzibati tənbeh vermə haqqında qərarının əsassız olmasını göstrəmklə ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi X4 şikayətində fərqli qərarlardan şikayət edir. İş materiallarından görünür ki, X4 şikayətinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X5 və Təbii Sərvətlər İdarəsinin 28 fevral 2025-ci il tarixli MN № ******* saylı və 29 noyabr 2024-cü il tarixli MN № ******* saylı qərarlarının surətini əlavə etmişdir. Ona görə də şikayət baxılmadan X2 qaytarılmalıdır. Eyni zamanda, X1 diqqətinə çatdırılmalıdır ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X5 və Təbii Sərvətlər İdarəsinin 29 noyabr 2024-cü il tarixli MN ******* saylı və 28 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarlarından verilmiş şikayət baxılmadan X2 geri qaytarılsın. X8
Məhkəmə qərarları › İş №3(022)-1144/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-1144/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver