Məhkəmə qərarları › İş №3(022)-1147/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1147/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1147/2024 10.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1971-ci il tarixdə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 uşağı olan, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 14 noyabr 2024-cü il tarixdə, saat 22 radələrində, «Nissan Maxima minik» markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar rayonu, Əsgərabad kəndində, avtomobili idarə etmək üçün sürücülük hüququ və etibarnaməsi olmadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək, həmkəndlisi Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi «VAZ 21070» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, hadisə nəticəsində zərərçəkmiş şəxsə 634 manat məbləğində maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, Biləsuvar rayonu, Əsgərabad kənd sakini Zərərçəkmiş şəxs 14 noyabr 2024-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə mürciət edərək, yaşadığı kənddə olduğu vaxt həmkəndlisi Şəxs idarə etdiyi «Nissan Maxima minik» markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun idarə etdiyi «VAZ 21070» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ön hissədən vurduğunu bildirmişdir. Ağarılmış araşdırma nəticəsində Şəxs hadisə vaxtı «Nissan Maxima minik» markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və avtomobili idarə etmək üçün sürücülük hüququ olmadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi məlum olmuşdur. Hadisə nəticəsində Şəxs zərərçəkmiş şəxsə 634 manat məbləğində maddi ziyan vurmuşdur. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 334.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs göstərdi ki, onun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. O, 14 noyabr 2024-cü il tarixdə şam yeməyi zamanı bir qədər spirtli içki içmiş və axşam saatlarında yaşadığı Biləsuvar rayonu, Əsgərabad kəndində, əmisi oğluna məxsus «Nissan Maxima minik» markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. O, həmin gün öz hərəkətlərini idarə edə bilməmiş və buna görə də idarə etdiyi nəqliyyat vasitəsini sürdüyü vaxt həmkəndlisi Zərərçəkmiş şəxs «VAZ 21070» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsini vurmuşdur. Həmin hadisə nəticəsində hər iki avtomobil əzilmişdir. Aparılmış qiymətləndirmə nəticəsində Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşına 634 manat məbləğində maddi ziyan dəydiyi məlum olmuşdur. O, hadisə baş verdikdən sonra zərərçəkmiş şəxsə vurduğu bütün ziyanı ödəyəcəyinə söz vermiş və həmin şəxslə barışıq əldə etmişdir. O, hal-hazırda əməlindən peşmandırSonda, Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, İİ dərəcəli əlil olduğunu və himayəsində 1 uşağının olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 14 noyabr 2024-cü il tarixdə, saat 22 radələrində idarə etdiyi «VAZ 21070» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşını yaşadığı Biləsuvar rayonu, Əsgərabad kəndində saxladığı vaxt həmkəndlisi Şəxs idarə etdiyi «Nissan Maxima minik» markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili onun nəqliyyat vasitəsinin qarşısında saxlamışdır. Həmin şəxs avtomobildən enmiş və onun yanına gəlmişdir. Həmin vaxt Şəxs sərxoş vəziyyətdə olmuş və ondan idarə etdiyi nəqliyyat vasitəsini çəkməsini tələb etmiş, əks halda isə həmin avtomobili vuracağını bildirmişdir. O, Şəxs hədələrinə əhəmiyyət verməmiş və həmin şəxsə oradan getməsini demişdir. Bundan sonra Şəxs onun idarə etdiyi nəqliyyat vasitəsini ön hissədən vurmuşdur. Hadisə nəticəsində ona 634 manat ziyan dəymişdir. Şəxs ona vurulmuş ziyanı hal-hazıradək ödəməsə də, avtomaşını təmir etdirəcəyini vəd etmişdir. Sonda, Zərərçəkmiş şəxs Şəxs etdiyi əməlinə görə bağışladığını bildirdi və həmin şəxs barəsində inzibati həbs tətbiq olunmamasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, İİ dərəcə əlil olmasını və himayəsində 1 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi meyarlarının” 3.1.2-ci maddəsinə görə xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – orqanizmin funksiyalarının 61-80 faiz həddində pozulması müəyyən edilir. Buna görə də işin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə hakim baxa bilər. Buna görə də məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında, Şəxs qeydiyyatda olduğu yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququ zərərçəkmiş şəxsə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında Şəxs qeydiyyatda olduğun yerin məhkəməsində iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar