Məhkəmə qərarları › İş №3(022)-1148/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1148/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1148/2024 10.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir il müddətində eyni inzibati xəta üzrə barəsində inzibati tənbeh tədbiri tətbiq olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəxs şəxsi istehlak miqdarında narkotik vasitə istifadə edilməsində şübhəli bilinərək saxlanılmış və buna görə də onun barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X3 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs, xx.xx.1990-cı ildə Şəmkir rayonunda anadan olmuş, Şəmkir şəhəri Sabir küçəsi ev 26-da qeydiyyatda olmaqla faktiki yaşayan Şəxs narkotik vasitə istifadəçisi olması ilə bağlı müvafiq tədbirlərin görülməsi ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında Şəxs özünü İXM-in 206-cı maddəsi ilə tam təqsirli bilərək bildirmişdir ki, 07 dekabr 2024-cü il tarixdə Şəmkir rayonu ərazisində yerləşən kafedə tanışları Zahid və Fərid adlı şəxslərlə birlikdə çay içib söhbət edən zaman turbo.az elan saytında VAZ 2107 markalı avtomobil elanını gördüyünü, həmin avtomobili almaq istədiyini, avtomobilin Biləsuvar rayonu ərazisində olmasını və avtomobilə baxmaq üçün birlikdə öz avtomobili ilə getməyi təklif etmişdir. Zahid və Fərid təklifinə etiraz etməyərək onunla birlikdə Biləsuvar rayonuna getməyə razılaşmışlar. Həmin tarixdə, yəni 07 dekabr 2024-cü il tarixdə ona məxsus Mercedes markalı **-EA-*** markalı avtomobilə minib Biləsuvar rayonuna yola düşmüşlər. Yol uzun olduğu və yorğun olduğundan avtomobili idarə etməsi üçün tanışı Fəridə vermişdir. Həmin gün axşam saatlarında Biləsuvar rayonuna çatmışlar. Avtomobil elanı yerləşdirmiş şəxslə əlaqə saxlamış, həmin şəxs hazırda Biləsuvar ıyonunda olmadığını, ertəsi gün günorta saatlarında Biləsuvar rayonunda olacağını və avtomobilə həmin vaxt baxa biləcəklərini bildirmişdir. Onlar da ertəsi gün, yəni xx.xx.2024-cü il tarixdə həmin avtomobilə baxmaqları üçün avtomobildə gecələmişlər. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Biləsuvar rayonunda həmin şəxslə görüşmüşlər. Avtomobilin təmirə ehtiyacı olması səbəbindən qiymətində endirim etməsini təklif etdikdə həmin şəxs endirim etməyəcəyini dediyi üçün alqı-satqı barədə razılaşa bilməmişlər.Bir qədər vaxt keçdikdən sonra Şəmkir rayonuna geri qayıtmağı planlaşdırmışlar və yola düşmüşlər. Avtomobillə hərəkətdə olarkən avtomobilin mühərrik hissəsindən səs gəldiyi üçün avtomobili yol kənarında saxlamışlar. Avtomobildən düşüb mühərrik hissəsinə baxan zaman poİis əməkdaşları onlara yaxınlaşmışlar. Özlərini təqdim edərək gəlişlərinin səbəbini izah edərkən narkotik vatisələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Bundan sonra videoçəkiliş aparılmaqla onun və yanında olan şəxlsərin üzərinə müayinə və avtomobilə baxış keçirilmişdir. Müayinə keçirilən zaman təklif olunmuşdur ki, üzərində qanunla saxlanılması qadağan edilən əşya, predmet, narkotik vasitə varsa təqdim etsin. O, üzərində olan əşyaları, o cümlədən içərisində marixuana bükümü olan “Kent 4” markalı siqaret qutusunu təqdim etmişdir. Polis əməkdaşları tərəfindən siqaret qutusuna baxış keçirilən zaman içərisində qurudulmuş marixuana olan büküm aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və üzərində qeydlər aparıldıqdan sonra imzalanmışdır. Bundan sonra ona məxsus Mercedes markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobildən və yanında olan şəxslərin üzərindən qanunla saxlanılması qadağan edilən əşya, predmet, narkotik vasitə aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana bükümünü xx.xx.2024-cü il tarixdə Şəmkir şəhərində işlədiyi sexin yaxınlığında yerdən tapıb, gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Üzərində narkotik vasitə olması və istifadə etməyi barədə Zahid və Fərid adlı şəxslərin məlumatı olmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif olunmuşdur. İşdə olan MN № ******* saylı 10 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 dekabr 2024-cü il tarixdə saat 20:02 radələrində Biləsuvar rayonu Gömrük dairəsindən keçən hissədə qanunsuz olaraq 0,676 qram marixuana əldə edib saxlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər narkoloji xəstəxanasında ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 828 nömrəli rəyinə əsasən müayinə zamanı Şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin 09 dekabr 2024-cü il tarixli 19/772 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar olunmuş bükülünün qablaşdırıldığı zərf...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 bükümdə təmiz çəkisi: - 0,676 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 0,676 qr, tədqiqata sərf olundu-0,05 qr, qalıq-0, 626 qr. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hal törətdiyi əməlindən səmimi peşman olmasıdır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını, habelə törədilən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh kifayət edir və ona İXM-in 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati həbs cəzasını çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan Şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış çəkisi -0,626 qram birki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Həbs etmənin əvvəli 10 dekabr 2024-cü il tarixdən saat 17:50 dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar